Övladınızın gözü hansı rəng olacaq? - Bu siyahıyla tapa bilərsiz

Müəllif: YalniZ-ArZu
Şərhlər: 14
Baxılıb: 9 159
Səs ver:
(səs: 2)
Hamiləlik müddətində valideynləri maraqlandıran mövzulardan biri doğulacaq körpənin göz rəngidir.
Əgər ailədə həm açıq, həm də tünd rəngli gözə sahib fərdlər varsa, bu maraq daha da artır.

Bəs genetik quruluşa görə körpənin göz rəngini bilmək mümkündürmü?
Elm adamları bu barədə siyahı tərtib ediblər. Onlar genetikaya uyğun olaraq körpənin göz rənginin təxmin edilməsinin mümkün olduğunu bildiriblər.

Həmin siyahını təqdim edirik:
Yaşıl – Qəhvəyi rəng
Ana və atanın gözləri yaşıl-qəhvəyidirsə, körpənin göz rəngi 50 faiz halda qəhvəyi, 37 faiz yaşıl, 12 faiz halda isə mavi ola bilər.

Mavi - Mavi
Həm ananın həm də atanın göz rəngləri mavidirsə, bu zaman uşağın göz rəngi 99 faiz halda mavi, 1 faiz halda isə yaşıl olur. Bu zaman gözün qəhvəyi rəngdə olma ehtimalı yoxdur.

Qəhvəyi – Mavi
Bu göz rənglərinə sahib valideynlərin uşaqlarının göz rəngi 50 faiz halda qəhvəyi, 50 faiz halda isə mavi ola bilər. Yaşıl olma ehtimalı isə yoxdur.

Qəhvəyi – Qəhvəyi
Valideynlərin gözləri bu rəngdədirsə, körpənin də göz rəngi 75 faiz halda qəhvəyi, 6,25 faiz halda mavi, 18,75 faiz halda isə yaşıl ola bilər.

Mavi-Yaşıl
Mavi və yaşıl göz rəngli valideynlərin uşaqlarının göz rəngi 50 faiz halda mavi, 50 faiz halda isə yaşıl ola bilər. Qəhvəyi rəng olma ehtimalı yoxdur.

Yaşıl – Yaşıl
Bu zaman isə körpənin gözləri 75 faiz halda yaşıl, 25 faiz halda isə mavi olur. Qəhvəyi rəngin olma ehtimalı isə sadəcə 1 faizdir.
(səs: 2)
Şərhlər: 14
Baxılıb: 9 159
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri