Hamiləlik zamanı riskli durumlar

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 3 008
Səs ver:
(səs: 3)
QANAXMA - Vaginal qanama ana namizədlərinin diqqət etməsi gərəkən mövzuların başında gəlir. Hamiləliyin başlanğıcında, dölün rəhmə tutunmaya çalışmasından dolayı görülən qanamalar anormal bir durum olaraq qəbul edilməz. Ancaq ilk 3 aydan sonra qasıq bölgəsində ağrı və qanama olarsa mütləq həkimə müraciət edilməlidir.

TEZ-TEZ QUSMA - Özəlliklə səhərlər olan ürəkbulanma və hamilənin ara sıra qusmasına səbəb ola bilir. Hamiləliyin ilk aylarında normal qəbul edilən qusma halları, doğuşa yaxın vaxtlara qədər davam edirsə, bu mədə ya da bağırsaq problemlərindən qaynaqlana bilər.

VÜCUDUN ŞIŞMƏSI - Əl və ayaq bölgəsində ödəm nəticəsi görülən şişkinlik aşırı dərəcədə isə bu hamiləliyə bağlı böyrək problemlərinin işarəti ola bilər.

QARIN AĞRISI - Hamiləliyin 8 həftəsindən əvvəl yaranan qarınağrısı uşaqlıqdan kənar hamiləliyin simptomu ola bilər.

TEMPERATURUN YÜKSƏLMƏSI - Vücut hərarətinin 37,5 dərəcənin üzərində olması, infeksiya xəbərçisi kimi, həmçinin də, ananın yetərincə maye qəbul etməməsinin də nəticəsi ola bilər. Ana və körpənin sağlığı üçün, tibbi müayinəni yubatmamaq vacibdir.

DÖLDƏ HƏRƏKƏTSIZLIK - Körpənizin bətninizdə uzun müddət hərəkətsiz qaldığını düşünürsüzsə əgər, o zaman bir stəkan meyvə suyu içib, sol tərəfi üzərinə uzanın. 1 saat keçdikdən sonra körpəniz hələ də hərəkətsizdirsə həkimə görünməlisiz.
(səs: 3)
Şərhlər: 5
Baxılıb: 3 008
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri