Qışda sağlam hamiləlik üçün 10 MƏSLƏHƏT

Müəllif: Onun_Mələyi
Şərhlər: 2
Baxılıb: 255
Paylaş:
Səs ver:
(səs: 0)
Qışda yaşanan hamiləliyin öz gözəlliyi var. Lakin soyuq hava səbəbindən bədən müqaviməti azalır və qrip infeksiyaları kimi bir çox problemlər yaradır. Ancaq düzgün qidalanmaqla yanaşı, infeksiyalardan qaçmaqla, bədən istiliyini nizama salmaqla, üstəlik, görəcəyiniz bir neçə tədbirlə qış aylarında da sağlam xoş hamiləlik keçirə bilərsiniz.

1. Kirli havada küçəyə çıxmayın. Kirli hava, yəni toksinlərin boğaz və ağciyərlərə çatması ana və körpədə infeksiyalara yol açır. Misal üçün, baş gicəllənməsi, baş ağrısı, boğaz və burun infeksiyaları, gözlərdə allergiya kimi mənfi hallar yaradır. Buna görə də kirli havada küçəyə çıxmaq düzgün deyil. Əgərküçəyə çıxmağa məcbursunuzsa, mütləq ağız və burnunuza maska taxın və ya salfetka ilə örtün.

2. Narıncı və yaşıl tərəvəzləri süfrələrdən əskik etməməyin.
Çünki bunlar tərkibindəki C vitamini başda olmaqla bir çox vitamin və minerallar sayəsində immunitet sistemini gücləndirir, yuxarı tənəffüs yolları infeksiyaları ilə yaranan xəstəliklərdən qoruyur. Bundan başqa, qış mövsümündə də bədəndə maye itkisi yaranır. Susamasanız belə, gün ərzində bol maye qəbul edin. Əsas yemək zamanı vitaminlərlə yanaşı, proteinə də üstünlük verin. Protein qış mövsümündə bədən müqavimətini artırmağa kömək edir.

3. Qrip infeksiyalarını ayaq üstə keçirmək olmaz.
Belə halda ən təsirli müalicə yataq istirahətidir. Bol maye qəbul etmək, C vitamini boğazın rahatlanmasına kömək edəcək. Ancaq qızdırma və başqa əlamətlər müşahidə etdikdə vəziyyət gərginləşərsə, mütləq həkimə müraciət etmək lazımdır.

4. Həftədə ən azı iki dəfə balıq yemək məsləhətdir.
Körpənin sağlam olması üçün Omega 3 dəstəyi baxımından balıq vəqoz, badam yemək vacibdir. Bununla yanaşı, B vitamini baxımından həftədə ənazı iki dəfə qızardılmış ət və quru paxlalılar yeməyə cəhd edin.

5. Hamiləlik dövründə vitamin ehtiyaclarını təzə tərəvəz və meyvələrdən almaq ən düzgün yoldur. Lakin şəhər həyatı insanları təbii meyvə və tərəvəzlərdən uzaq salır, sənayenin inkişafı artdıqca qidaların təməl dəyərləri azalır. Buna görə də xüsusən qış aylarında bədən müqavimətinizi qorumaq və sağlam döl inkişafını təmin etmək üçün başda C vitamini olmaqla, dəmir, kalsium, D vitamini və başqa bütünvitaminləri normal miqdarda qəbul etmək məsləhətdir. Lakin vitaminləri vitamin xətrinə qəbul etməyin, mütləq həkiminizlə məsləhətləşin.

6. İnsanların sıx olduğu məkanlarda olmaqdan qaçın. Qrip infeksiyalarından qaçmağın ən yaxşı yolu infeksiyaların keçə biləcəyi məkanlarda olmamaqdır. Misal üçün, avtobuslar, məktəblər, xəstəxanalar, alış-veriş mərkəzlərinə az getmək lazımdır. Əgər bunlardan birinə məcbursunuzsa, mütləq gigiyenik vasitələrdən, nəm-spirtli salfetlərdən istifadə edin.

7. Faydalı bitki çaylarından yararlanmaq olar. Qrip infeksiyalarından qorunmaq üçün həkim məsləhəti ilə hər gün C vitamini qəbul edin. Bundan başqa, cökə, alma, limon çayları da infeksion xəstəliklərdən qorunmaq üçün faydalıdır.Lakin çayları içməzdən əvvəl həkiminizlə məsləhətləşin.

8. Şirniyyat yeməkdən imtina edin. Qış aylarında evdə oturmaq məcburiyyəti əlinizə gələn hər şeyi yeməyə vadar edir.Bu isə hamilə qadınların kökəlməsinə səbəb olur. Yüksək təzyiq və hamiləlik diabeti anada metabolik və ürək, körpədəböyümə və inkişaf problemləri kimi həyativacib problemlər yaradır. Buna görə də ehtiyacınız olandan artıq kalori qəbul etməyin və lazım gəldikdə diabet məsləhətlərindən yararlanın.

9. Qış mövsümündə evdən kənarda idmanla məşğul olmaq hava şəraitindən asılıdır. Lakin idmanı təxirə salmayın. Evdə nizamlı olaraq idmanla məşğul olmaqlazımdır. Evdə edilə biləcək ən yaxşı idman isə hamilələr üçün pilates proqramıdır. Ev şəraitində xüsusi təlim və video vasitəsilə edə biləcəyiniz 30 dəqiqəlik idman çəkiyə nəzarəti artırır, əzələləri gücləndirir. Qaçış aparatında 30-45 dəqiqə sürətli yerimək də çox köməyinizə gələcək.

10. Hamilə qadınlar təqdim edəcəyimiz bu üçlükdən uzaq durmalıdırlar. Qışda qəbul edilən qidalar karbohidrat, yağ və duz baxımından zəngin olur. Lakin bu cür qidaların qış aylarında çox yeyilməsi hamilələrdə qan şəkəri və təzyiqin yüksəlməsinə, nəticədə isə ana və körpənin sağlamlığına mənfi təsir edir. Mövsümdən asılı olmayaraq qidalanmanıza fikir verin və duzlu qidalardan uzaq durun.

loading...
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 255
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
hamile xanimlarcin yaxsi melumatdir
8 iyun 2018 14:03
2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
BARBI
Hamile qadinlar mutleq yeni qidalar meyve terevez ve sud mehsullarina ustunluk vermelidir
7 iyun 2018 21:12
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri