Abortun nəticəsi və ağırlaşmalar

Müəllif: YalniZ-ArZu
Şərhlər: 1
Baxılıb: 2 506
Səs ver:
(səs: 0)
Abortun keçirilməsindən sonra aşağıdakı ağırlaşmaların əmələ gəlməsi mümkündür:

Uşaqlıq qanaxmaları

Nisbətən az, qanın laxtalanma pozğunluğu olan qadınlarda müşahidə olunur. Normal sayılan və abortdan sonra hətta bir neçə həftə ərzində davam edə bilən adi, az miqdarda qanlı ifrazatlardan fərqli olaraq, uşaqlıq qanaxmaları qadının həyatı üçün real təhlükə törədirlər. Güclü uşaqlıq qanaxmasının qarşısını almaq üçün həkim sizə oksitosinin (uşaqlıq divarlarının güclü yığılmasına və qanaxmanın dayanmasına gətirib çıxaran hormon) bir neçə inyeksiyasını təyin edə bilər.

Əgər abortdan sonra uşaqlıq yolundan sizi, 2-3 saat ərzində 2-3 bez və ya 2-3 tampon dəyişməyə vadar edən güclü qanlı ifrazatlar müşahidə olunursa, mütləq həkimə müraciət edin.

Uşaqlıqda qan laxtalarının yığılması (gematometra)

Abort bitdikdən dərhal sonra baş verən uşaqlıq boynunun spazmı (güclü sıxılması) nəticəsində baş verir. Bu hal infeksiyanın inkişaf etmə riskinin yüksək olmasına görə çox təhlükəli ola bilər. Uşaqlıqda qan laxtalarının yuğılmasının qarşısını almaq üçün həkim sizə uşaqlıq boynunu boşalmış vəziyyətdə saxlayacaq spazmolitik qrupundan olan dərmanlar təyin edə bilər.

Uşaqlıq boşluğunda qan laxtalarının yığılma ehtimalının olmasının ilk əlaməti abortdan sonra qanlı ifrazatların tez yox olması və qarının aşağı hissəsində güclü ağrıların əmələ gəlməsidir.Əgər sizdə bu simptomlar əmələ gəlmişdirsə, mütləq şəkildə mümkün qədər tez həkimə müraciət edin.

Uşaqlığın selikli qişasının infeksiyası və iltihabı (endometrit)

Uşaqlığa mikrobların nüfuz etməsi halında əmələ gəlir. Hal-hazırda abortdan sonra uşaqlıq infeksiyasının profilaktikası üçün həkimlər antibiotiklərlə müalicə kursunu təyin edirlər.

Abortdan sonra infeksiyanın inkişaf etməsinin ilk əlaməti temperaturun yüksəlməsi, abortdan bir neçə gün sonra üşütmənin və qarında ağrıların əmələ gəlməsidir. Əgər sizdə bu simptomlar əmələ gəlmişdirsə, mütləq mümkün qədər tez həkimə müraciət edin.

Sonsuzluq

Abortun çox az-az rast gəlinən ağırlaşmasıdır. Sonsuzluq riski ən çox qaşıyıb təmizləmə üsulu ilə keçirilən abortdan sonra müşahidə olunur.

Beləliklə, abortdan sonra aşağıdakılar müşahidə olunduqda mümkün qədər tez həkimə müraciət etmək lazımdır:

Sizdə uşaqlıq yolundan qanlı ifrazatlar tez yoxa çıxmışdırlarsa və qarında ağrılar əmələ gəlmişdirsə;
Temperaturunuz 38C-dən yuxarı qalmışdırsa;
Qarnınızda ağrıkəsicinin qəbulundan sonrada keçməyən güclü ağrılar əmələ gəlmişdirsə;
Sizdə uşaqlıq yolundan, gigiyenik bezləri sürətlə dolduran və bir neçə saat ərzində kəsməyən güclü qanaxmalar müşahidə olunursa;
Sizdə uşaqlıq yolundan güclü, pis qoxulu ifrazatlar əmələ gəlmişdirsə;
Sizin əhvalınızkəskin şəkildə pisləşir, sizbaşgicəllənmə, zəiflik hiss edirsinizsə və ya huşunuzu itirmisinizsə.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 506
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri