Abortdan sonra hamiləlik

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 2 769
Səs ver:
(səs: 0)
Abortun effektivliyi
Bəzi hallarda, abortun keçirilməsinə baxmayaraq hamiləlik qalır və öz inkişafını davam etdirir.

Dərman vasitəsi ilə abortdan sonra dölün qalma ehtimalı orta hesabla 2-dən 5%-dəkdir.

Vakuum aspirasiyası və qaşıyıb təmizləmə dərman vasitəsi ilə abortdan daha effektivdir və hamiləliyin qalma riski təxminən 0,2-0,8% təşkil edir.

Abortun hamiləliyi aradan qaldırdığını necə bilmək olar?
Hamiləliyin olub olmamasının ən dəqiq öyrənilmə üsulu uşaqlığın USM-nin keçirilməsidir. Adətən həkim ginekoloq abortdan bir neçə həftə sonra uşaqlığın yoxlama USM-nin keçirilməsini təyin edir. Əgər döl USM-də görünməzsə, böyük dəqiqlik dərəcəsi ilə nəticəyə gəlmək olar ki, hamiləlik aradan qaldırılmışdır.

Hamiləliyin olmamasında və abortun düzgün keçirilməsində əlavə olaraq əmin olmaq üçün həkim bir neçə ardıcıl İXQ (insanın xorionik qonadotropini) analizini təyin edə bilərş Qandan düz tam yox olmasına qədər İXQ səviyyəsinin proqressiv azalması hamiləliyin olmamasının və abortun uğurlu keçməsinin dəqiq əlamətidir

Abortdan sonra hamiləlik testinin müsbət olması
Məlum olduğu kimi, müasir ev hamiləlik testləri hamiləliyin özünü deyil, onun qadının qanında əlamətlərini müəyyən edirlər (daha dəqiq desək, İXQ səviyyəsinin çoxalmasını). Hətta dölün uğurlu götürülməsindən sonra da qadının qanında müəyyən müddət ərzində böyük miqdarda İXQ-nin dövr etməsinə görə abortdan bir neçə gün sonra edilən ev hamiləlik testləri müsbət nəticə göstərməyə davam edir.

Abortdan bir neçə gün sonra hamiləlik testinin müsbət nəticəsinin alınmasını hamiləliyin əlaməti hesab etmək olmaz. Əgər abortdan 2-3 həftə sonra siz hamiləlik təstinin ardıcıl olaraq bir neçə müsbət nəticəsini almısınızsa – mütləq həkimə müraciət edin. Bu onun əlaməti ola bilər ki, uşaqlıqda döl və ya onun qişalarının fraqmentləri qalmışdır.

Hamiləlik testini necə düzgün etmək lazım olduğu və onun nəticlələrinin hansı məna verdiyi haqqda ətraflı təsvir hamiləlik testi məqaləsində təqdim edilmişdir.

Abortdan sonra hamiləlik qalmışdırsa nə etmək lazımdır?
Əgər abortdan sonra uşaq (döl) sağ qalmışdırsa, və ya uşaqlıqda onun toxumalarının fraqmentləri qalmışdırsa – həkimlər prosedurun təkrar keçirilməsini təklif edə bilərlər (məsələn, dərman vasitəsi ilə uğurzus abortdan sonra vakuum aspirasiyası və ya qaşıyıb təmizləmə).

Təkrar prosedur adətən 100% effektivdir.

Abortdan sonra mayalanma, hamiləlik və doğuş
Adətən dərman vasitəsi ilə və ya cərrahi abort qadının gələcəkdə uşaq sahibi olmaq imkanına uzun müddətli təsir göstərmir. Bu səbəbdən də, abortdan sonra qadın artıq növbəti aybaşıların bitməsindən sonra hamilə qala bilər (abortdan təxminən 3-4 həftə sonra).

Hamiləliyin abortdan sonra dərhal və ya bir neçə ay keçməsindən sonra əmələ gəlməsi, əlbətti ki, arzuolunmazdır, çünki bu halda onun inkişafının yenidən dayandırılması zərurəti yarana bilər. Əgər qadın uşağı saxlamağa qərar verərsə - onun sağlamlığına görə narahatçılıq keçirməyə heç bir səbəb yoxdur. Yaxın zamanda keçirilmiş abort gələcək uşağın sağlamlığına zərər verə bilməz.

Abortdan sonra doğuş adətən normal keçir.

Abortdan sonra hamiləliyin planlaşdırılması

Yuxarıda deyildiyi kimi, yeni hamiləliyin əmələ gəlməsi abortdan artıq bir neçə həftə sonra mümkündür, lakin çox az hallarda abort etməyə qərar vermiş qadın elə tez uşaq sahibi olmağa cəsarət edir. Təkrar hamiləliyin tez əmələ gəlmə mümkünlüyü ilə bağlı olaraq, abortdan sonra gələcək uşağın mayalanmasını düzgün planlaşdırmağa və təkrar abortların zərurətini aradan qaldırmağa kömək edəcək hamiləliyin qarşısını alan vastilələrdən istifadə etmək çox vacibdir.

Yeni hamiləliyin planlaşdırması istifadə etdiyiniz hamiləliyin qarşısını alan vasitədən asılıdır. Məsələn, əgər siz hamiləliyin qarşısını alan tabletlərdən və ya uşaqlıq daxili spiraldan istifadə edirsinizsə, siz bu kontrasepsiya üsulunun istifadəsinin dayandırılmasından bir neçə həftə və ya ay sonra hamilə qala biləcəksiniz. Əgər siz medroksiprogesteron asetat inyeksiyalarından istifadə edirsinizsə - yeni uşaq mayalandırmaq qabiliyyətinin bərpası bir neçə ay və ya hətta il çəkə bilər.

Əgər siz heç bir qorunma üsulundan istifadə etmirsinizsə - cinsi həyata yenidən başladıqdan sonra siz yaxın bir neçə ay ərzində hamilə qala bilərsiniz (ən geci 1 il ərzində).

Abortdan sonra yeni hamiləliyə heç bir xüsusi hazırlıq tələb olunmur.

Hamiləliyi planlaşdırmamışdan öncə, sizi keçmişdə hamiləliyin dayandırılmasına vadar edən səbəblər və bu dəfə uşaq sahibi olmağı dəqiqmi istədiyiniz və ona gələcəkdə xoşbəxt həyat bəxş edə biləcəyiniz haqqda yaxşı-yaxşı düşünün.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 769
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri