Hamiləlik zamanı çox tərləmə

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 1 859
Səs ver:
(səs: 0)
Hamiləlik – istənilən qadının həyatında ən vacib və çətin vaxtlardan biridir. Bu müddətdə orqanizmin bütün sistemlərinin yenidən qurulması baş verir ki, bu da müəyyən “sürprizlərə” gətirib çıxarır. Hamıya tanış olan şıltaqlıqlar və əhval-ruhiyyə dəyişikliyi ilə yanaşı bir çox hamilə qadınlar hiperhidrozdan (tərləmədən) əziyyət çəkirlər.

Hamiləlikdə tərləmə nə vaxt olur?

Hamiləlik zamanı çox tərləmə bir qayda olaraq birinci rüb ərzində yaranır və qadına əziyyət verərək gecə vaxtı narahat edir. Hamiləlik müddətinin ortalarında tərləmə bir az azalır, lakin doğuşa yaxın yüklənmələr nəticəsində, xüsusən də əkizlər gözləniləndə, yenidən qayıda bilər. Qadınlarda hiperhidroz adətən doğuşdan sonra keçib gedir, lakin bəzi hallarda çox tərləmə zahını hələ bir neçə həftə ərzində və hətta döş ilə yedirilmənin sonuna kimi narahat edə bilər.

Hamilələrdə hiperhidrozun yaranma səbəbləri

Hamiləlik zamanı qadınlarda çox tərləmə çox vaxt qidalanmada müəyyən qida məhsullarından istifadə olunmadıqda və otaqda hava temperaturunun çoxalmaması səbəbindən əmələ gəlir. Adətən hamilə qadınlarda hiperhidroz orqanizmdə baş verən qaçılmaz hormonal dəyişikliklər nəticəsində yaranır.

Hamiləlik zamanı estrogen səviyyəsinin azalması baş verir ki, bu da su- duz mübadiləsi requlyasiyasının pozulmalarına gətirib çıxarır. Eyni zamanda böyrəküstü vəzilərin normal fəaliyyətinə cavabdeh olan hormonların səviyyəsi yüksəlir. Nəticədə isə qadının bədən hərarətini artıran qan axınları baş verir.

Hamiləlik zamanı çox tərləmə aşağıda göstərilən hallarda ağırlaşa bilər:

yoluxma və soyuqdəymə xəstəlikləri;
qalxanvari vəz ilə problemlər;
artıq bədən çəkisi;
Yuxarıda göstərilən amillər gecə vaxtı hiperhidroza gətirib çıxarır, hamiləlik müddətində isə tərləmə daha da çoxala bilər.

Hiperhidrozla mübarizə

Həkimlər vurğulayırlar ki, hamiləlik zamanı tərləmə - xəstəlik deyil, normal bir haldır, buna görə də onu müalicə etmək lazım deyil, sadəcə gigiyena prosedurlarından istifadə etmək lazımdır. Çox tərləməni azaltmaq üçün aşağıdakı tövsiyələrə riayət etmək lazımdır:

təbii materiallardan olan gecə köynəyi və yataq dəsti seçin (kətana üstünlük verin), çünki sintetika - hiperhidroz üçün əlverişli mühit yaradır;
təbii parçadan olan yüngül və sərbəst geyimlərə üstünlük verin;
rasionunuza fikir verin: kofe, alkoqol və ədviyyatlar hamiləlik zamanı tərləməyə səbəb olurlar, çünki sinir sisteminə qıcıqlandırıcı təsir göstərirlər;
daha çox hərəkət edin və təmiz havada gəzin, əlbəttə ki, ağır fiziki yüklənmələrdən çəkinin;
yatdığınız otağın havasını dəyişin. Təmiz hava tək sizin üçün deyil, həm də gələcək körpə üçün xeyirlidir;
çalışın yuxu rejiminə riayət edin. Eyni vaxtda 8-saatlıq yuxu bədən hərarətinin rejimini normallaşdıran hipotalamusun fəaliyyətini stabilləşdirir.
Dezodorant və antipersperantlar

Hiperhidrozla mübarizədə körpəyə ziyan vurmamaq üçün gələcək analar dərmanların istifadəsindən çəkinməlidirlər. Əgər hamiləlik zamanı güclü tərləmə çox problem yaradırsa, tərkibində spirt, aromatizatorlar və kimyəvi əlavələr olmayan və bu səbəbdən də tamamilə ziyansız olan təbii dezodorantlardan istifadə etmək olar. Antipersperantların istifadəsi qəti olaraq tövsiyə edilmir, çünki onlar tərqovucu axarları daraldır, bu isə bədənin şişməsinə gətirib çıxarır və böyrəklərin fəaliyyətini pozur.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 859
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri