Bədəninizi hamiləliyə 5 addımda hazırlayın

Müəllif: Onun_Mələyi
Şərhlər: 4
Baxılıb: 2 097
Səs ver:
(səs: 0)
Hamiləliyinizi əvvəldən planladınızsa çox şanslısınız, çünki hazırlıqsız tutululan hər iş iqtisadi böhran kimi hamilə qalmaqdada sizi sarsıda bilər.Sağlam bir körpə dünyaya gətirmək üçün ruhən və bədəncə hazır olmanız lazımdır.Sağlam həyatın təməli, doğru bəslənmədir. Elə isə problemsiz bir hamiləlik keçirmənizin və sağlam bir körpə dünyaya gətirmənizin birinci şərti də sağlam bəslənməyinizdir.İndi isə aşağıdakı addımları izləyərək özünüzü qiymətləndirin. Hər addımda, etdiklərinizi və təkliflərimi müqayisə edin və dəyişməyə hazırlaşın.

1 addım: Neçə kilosunuz?
Hamiləlik dövrünüzün problemsiz keçməsi, sizin ideal kiloda olmanızla doğrudan əlaqəlidir. Bu səbəblə prioritetiniz ideal kilonuza çatmaq olmalıdır. Əks halda hamiləliyiniz müddətində bir çox risk faktoru qapınızı çala bilər. Bunlardan ən əhəmiyyətliləri: düşük riski və şikəst uşaq dünyaya gətirmə ehtimalıdır. Erkən doğum, həddindən artıq kilolu və ya çox zəif analarda daha çox görülər.İdeal kilonuzu hesablayınBədən kütlə indeksi (BKİ) və bel omba nisbətinizi (BKO) təsbit edərək zəifmi, kökmü yoxsa normal kilodamı olduğunuzu öyrənə bilərsiniz.BKİ=kilo-boy2
Siz də özünüzü qiymətləndirin və hamiləliyə hazırlandığınız bu günlərdə, ideal kilonuza çatmağa cəhd göstərin. Kiloəskiyiniz, ya da çoxunuz, 8 kilodan çoxdursa mütləq bir diet həkimindən kömək almağa başlayın.

2 addım: Necə bəslənməlisiniz?
Doğru bəslənə bilmək üçün ən az 3-4 gündəlik bəslənmə gündəliyi tutun. Bu gündəliyə yediklərinizi detalıyla qeyd edin. Gündə neçə saat yatdığınızı,neçə saat ayaqda iş etdiyinizi, neçə stəkan su, çay, qəhvə kimi içkilər içdiyinizi, neçəsaat oturaraq işlə çalışdığınızı və istirahət etdiyinizi də qeyd etməyə laqeyd yanaşmayın. Çünki bunlar sizin davamlı vərdişlərinizdir və bəslənmə nizamınızı, bunlarla nizamlarsınız.Gündəlik qida xərcləmənizi, şərh etməyi öyrənin. Hansı qidaları həddindən artıq istehlak etdiyinizin, hansı qidalardan kifayət qədər vitamin götürdüyünüzün və ya götürə bilmədiyinizin cavabını verə bilirsinizsə, əskiklərinizi tapmısınız deməkdir. Gündə heç olmasa 1 stəkan südiçməyə indidən başlayın.Çox çox tez bazar yemək yeməyin.Atıştırmalarınızı qanuni hala gətirin, yəni ara naharı adı altında sağlam atıştırmalara yönəlin. Məsələn meyvə, buterbrod, ayran, meyvəli qatıq növü qidalar sağlam atıştırmalardır.Səhər naharlarınıza nəzarət edin. Nizamlı nahar etməyən kəslərin, gecə daha çox yedikləri elmi olaraq sübut edilmişdir. Günə gözəl bir nahar ilə başlarsınızsa gecə yemələriniz gözlə görülər bir şəkildə azalar.

3.Addım:
Öz planınızı yaradın.Bəslənmə şəkilləri adama görə dəyişər, çünki hər fərdin fərqli xüsusiyyətləri qatı qaydalar ilə təyin oluna bilməz. Amma təməl təkliflər üzərindən siz də özplanınızı meydana gətirə bilərsiniz.Hər naharınızda mütləq təməl 5 qida qrupundan kifayət qədər qida saxlayın. Gündə 5-6 pay, az və sıx bəslənməyə laqeyd yanaşmayın. Məsələn; günorta vəya axşam məqbul yeyilə biləcək bir ana nahar planlayaq.Qızartma balıq, toyuq, hind toyuğu və ya ət (ət qrupu)Zeytun yağlı tərəvəz yeməyi (tərəvəz qrupu, yağ qrupu)1-2 dilim çörək (taxıl qrupu)Qatıq (süd qrupu)Gördüyünüz kimi hər qida qrupundan kifayət qədər yeyərək, balanslı bir menyu planlamış olduq.

4 addım: Qeyri-kafi bəslənməyə bağlı sağlamlıq problemi
Qeyri-kafi bəslənmə nəticəsində vitaminvə mineral çatışmazlıqları, zəiflik, köklük, yüksək xolesterol, anemıya kimi sağlamlıq problemləri ortaya çıxa bilər. Hamilə qalmadan əvvəl mütləq həkiminizəgedərək sağlamlıq testləri etdirin. Sağlamlıq problemlərinizin olub - olmadığını araşdırın və lazımlı tədbirləri mütləq alın.Əgər qanazlığı probleminiz varsa həkiminizin verəcəyi müalicəyə əlavə olaraq, dəmirdən zəngin olan qırmızıət, toyuğun qahvərəngi əti, balıq,hind toyuğu əti kimi qidalara, hər gün rasionunuzda mütləq yer verin. Bu qidalarla birlikdə istehlak edəcəyiniz, C vitamini ehtiva edən təzə tərəvəz və meyvələr, dəmirin sorulmasını təmin edərək, bu qidaların faydasını artıracaq.

5 addım: Pis vərdişlərinizdən imtina edin
Əgər siqaret, spirt, kafenin istifadə edirsinizsə və çox yeyərək sağlamlıqsız bəslənirsinizsə vərdişlərinizi bir an əvvəldəyişdirin. Əvvəlcə gün içərisində bol bol su üçün, naharınızı keçirməyin və fast food yeməklərdən uzaq durun.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 097
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri