Hamiləlik dövründə cinsi əlaqə

Müəllif: Onun_Mələyi
Şərhlər: 0
Baxılıb: 5 587
Səs ver:
(səs: 0)
Hamiləlik müddətində cinsi münasibətlər haqda qulaqdan-qulağa eşidilən bəzi fikirlər cütlüklər arasında qorxulara səbəb olur. Qadın, yaxud kişi 9 aymüddətində cinsi əlaqədə olmağa ehtiyat edir.

Hamiləlik zamanı cinsi həyat cütlüklərin çox zaman həkimlərdən soruşmağa utandıqları mövzudur. Halbuki soruşsalar, problemə aydınlıq gətirmiş olarlar. Çünki həkimlər cinsi həyatın sağlam bir hamiləlik üçün vacib olduğunu deyirlər.
Hamiləlik qayda-qanunlarına düzgün riayətetdikdə cinsi həyatı davam etdirmək olar. Hətta bəlli ölçüdə adi vaxtlardakındandaha rəngli bir cinsi həyat yaşamaq mümkündür.

Həkimlər bildirir ki,hamiləlik zamanı cinsi əlaqədə olmaq zərərlidirfikri kökündən yanlışdır. Bu yanlış fikrin yayılmasının bir çox səbəbləri var. Hamiləlik müddətində cinsi əlaqə körpəyə heç zaman zərər verə bilməz. Çünki körpənin amnion mayesi (embrionu qoruyan və qidalandıran maye) bütün fiziki dəyişiklikləri içində saxlayacaq şəkildə yaradılıb. Ona görə də hamiləlik dövründə sekslə məşğul olmaq zərərli deyil. Əksinə, anaya və uşağa xeyirdir. Belə ki, hormon nizamında artma olduğu üçün genital bölgədə qan axımı artır, bu zaman oyanma daha asan baş verir və qadınların çoxu üçün hamiləlik zamanı cinsimünasibət daha zövqverici ola bilər. Hamiləlik zamanı mütəmadi seks hər hansı səbəbdən yaranan neqativ enerjini alır və gərginliyin aradan qaldırılmasına kömək olur.
Hamiləlik zamanı cinsi münasibət fiziki aktivliyi artırır. Bu isə hamilə qadının artıq çəki almasına mane olur. Bununla yanaşı, istifadə edilən əzələlər sayəsində normal doğuş daha rahat keçir.

Hamiləykən cinsi yaxınlığınnuşağa ziyan olduğunu düşünən qadınlar həyat yoldaşlarından soyuyur və bu zaman hamiləlik daha daçətin bir hal alır. Qadınlar bilməlidir ki, hamiləlik bir xəstəlik deyil və normal həyatlarını hamiləliklərinə qurban vermələri düzgün deyil. Ancaq hamiləlik zamanı körpə və anaya zərər verməyən pozaların seçilməsi mühümdür. Bu movzünu cütlüklər hamiləliyin ilk vaxtlarında həkimlə mütləq müzakirə etməlidirlər. Çünki hamiləlikdən əvvəl istədiyiniz sevişmə pozalarıhamiləlik müddətində arzuedilməz ola bilər. Misalüçün, qadının arxası üstə uzandığı və kişinin üstdə olduğu misioner pozası kimitanınan və cütlüklərin 80 faizinin üstünlük verdiyi bu poza hamiləlik zamanı uyğun deyil. İlk 3 aydan sonra körpə ilə birlikdə böyüyən uşaqlıq arxası üstə yatan hamilə qadının ürəkdən gələn böyük damarlarına təzyiq edir və beləliklə də uşaqlıq, plasenta, həmçinin körpə kifayət qədər qan qəbul edə bilmir.

Eyni zamanda təzyiq səbəbindən ananın ürəyinə kifayət qədər qan geri qayıtmır və ana baş gicəllənməsi, nəfəs çatışmazlığı hiss edir. Bu halda hamilə qadının ürəyi də gedə bilər. Ona görə də hamiləlik zamanı cinsi münasibətdə qaşıq deyilən poza, yəni qadın yanı üstə uzanmalı və ya üstə olduğupozalar seçilməlidir.
Hamiləlik zamanı cinsi münasibətin qadağan olunduğu hallar da var:
— Dölün düşmə təhlükəsi varsa
— Daha əvvəl iki dəfədən çox düşmə halı baş veribsə
— Səbəbi məlum olan və olmayan vaginal qanama
— Körpənin qadının uşaqlığına yaxın olması (plesentaprevia)
— Uşaqlığın çatışmazlığı hallarında
— Vaxtından əvvəl doğuş təhlükəsi və ya vaxtından əvvəl doğuş baş veribsə
— Hamiləlik kisəsi vaxtından tez açılıbsa və ya su vaxtından tez gəlməyə başlayıbsa
— Kişidə cinsi yolla keçən xəstəliyin olması və ya daşıyıcısı olması (genital bölgədə aktiv kondiloma və ya herpesenfeksiyanın olması)
— Yüksək riskli hamiləlikdə (əkiz və ya başqa hallar)

Bu hallara isə diqqət etmək lazımdır:
— Həkim tərəfindən qadağan olunduğu hallardacinsi münasibətdə olmaq— Cinsi münasibətdən sonra az da olsa, qanama baş verərsə, mütləq bunu həkimə bildirmək vacibdir
— Cinsi münasibət zamanı döşlərin ucları çox oyandırılmamalıdır.
Çünki bu oyandırma zamanı beyindən oksitosin deyilən hormon ifraz edilir, bu isə uşaqlıqda sıxılmalara səbəbolur və vaxtından tez doğuş baş verə bilər. Qeyd edək ki, bu cür hallar çox zaman döş uclarının stimulyasiyası səbəbindən baş verir.

Bəs hamiləlikdə cinsi yaxınlıq zamanı qoruyuculardan istifadə etmək vacibdirmi?
Hamiləlik zamanı qadın orqanizmindən ifraz edilən maddə cinsi yaxınlıq zamanı vücuda daxil olan sperma və bakteriyaların qarşısını alır. Ancaq spermanın tərkibindəki prostaqlandin adlı maddə uşaqlığın ağzında sıxılmalara səbəb olduğu üçün cinsi əlaqə zamanı qoruyucudan istifadə edilməsi məsləhətdir.
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 5 587
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri