Hamiləlik zamanı başgicəllənmə

Müəllif: Sweet Candy
Şərhlər: 4
Baxılıb: 2 369
Səs ver:
(səs: 0)
Hamiləlik zamanı başgicəllənmə və ürək bulanma kifayət qədər tez-tez təsadüf edilən haldır. Hamiləliyin normal gedişatı və düzgün təşkil edilmiş rejim zamanı siz çətin ki bu problemlərlə üzləşməli olacaqsınız. Gələcək analar səylə öz sağlamlıqlarının qeydinə qalırlar, ona görə də onda baş verən hər hansı bir dəyişikliklər olanda onlar təşvişə düşürlər. Gəlin müəyyən edək ki, hamilə qadınlarda nasazlıq tutmalarını hansı amillər əmələ gətirir?

Başgicəllənmə bədənin və ətrafdakı əşyaların firlanması təəssüratını yaradan haldır. O başın kəskin hərəkəti, göz və vestibulyar aparatın həddindən artıq qıcıqlanması zamanı əmələ gəlir.

Başgicəllənmə, zəiflik, ürək bulanma, qulaqlarda cingilti özündən getmənin göstəriciləri ola bilər. O baş beyinin kifayət qədər qanla təchiz olunmadığı halda, huşun bir neçə saniyə və ya dəqiqəlik itməsidir. Qadının rəngi ağarır, o tərləyir,arterial təzyiqi düşür, nəbzi zəifləyir.

Hamiləlik zamanı başgicəllənmənin əsas səbəbləri
Bədən vəziyyətinin kəskin şəkildə dəyişdirilməsi: əyili vəziyyətdən düz vəziyyətə keçmə, üfuqi vəziyyətdən ayağa durma.
Çoxlu adam olan dar boğanaq otaqda olma.
Atmosfer təzyiqdə baş verən kəskin dəyişikliklər meteohəssas qadınlarda nasazlıq tutmaları əmələ gətirir.
Uşaqlıqda qan təchizatının çoxalması (ümumi qan axınının 2-30%-dək) başqa orqanların, o cümlədən baş beyinin oksigenlə az təchiz olunmasına gətirib çıxarır.
Ürəyə və damarlara dövr edən qan həcminin artması və əlavə bir qan dövranı dövriyyəsinin yaranması hesabına yüksək yüklənmə. Hamiləliyin 20-ci həftəsinə yaxın ürək yığılmalarının artması və ürək əzələlərinin qalınlaşması baş verir. Orqanın fəaliyyətindəki dəyişikliyə cavab olaraq damar divarları boşalır və təzyiq azalır.
Toksikoz hamiləliyin erkən dövrlərində başgicəllənmələri əmələ gətirir. O uyğunlaşma mexanizmlərin pozulması nəticəsində yaranan, uşağın bətndə saxlanmasına qarşı qadın orqanizminin qeyri-təbii reaksiyasıdır. Toksikoz arterial təzyiqin azalması, ürək bulanma, qusma və zəifliklə müşahidə olunur.
Qanda qlükoza miqdarının kəskin azalması. Bu qida qəbulları arasında uzun müddətli fasilələrin olması və şirniyyatın kühli miqdarda qəbulu nəticəsində baş verir. Sadə karbohidratlar (tort, konfet) qanda şəkərin konsentrasiyasını artıraraq mədəaltı vəzini insulin hasil etməyə vadar edir. Bu hormon kəskin şəkildə qlükoza səviyyəsini azaldır.

Anemiya(qanazlığı) – qanda hemoqlobinin miqdarının düşməsidir. Hemoqlobin eritrositlərdə oksigeni bağlama və toxumalara çatdırma funksiyasını yerinə yetirir. Gələcək analarda onun enməsi eritrositlərin sayına proporsional olmayan qan miqdarının çoxalmasından irəli gəlir. Bu ananın orqanizmində və döldə oksigen çatışmamazlığına gətirib çıxarır.
Hamiləliyin son dövrlərində başgicəllənmə böyümüş uşaqlığın aşağı boş venasını əsasən də bel üstə uzanıqlı vəziyyətdə sıxdıqda baş verir.
Hestasion şəkərli diabet mədəaltı vəzin həddindən artıq yüklənməsi nəticəsində yaranır və adətən doğuşdan sonra keçib gedir.
Bel onurğasının boyun hissəsinin osteoxondrozu özünü başın kəskin hərəkətləri zamanı büruzə verir.
Baş beyinin şişləri, miqrenlər.

Damar və ürək xəstəlikləri.
Vestibulyar aparatın müxtəlif xəstəlikləri, məsələn, Minyer xəstəliyi. Onlar hamiləlik zamanı güclü başgicəllənmələri əmələ gətirir.
Dölün bətndaxili tələf olması, donmuş və uşaqlıqdan kənar hamiləlik.

Hamiləlik zamanı başgicəllənmənin qarşısını necə almaq olar?
Qanda şəkərin səviyyəsini saxlamaq üçün tez-tez və az miqdarda hissə-hissə qidalanın, şirniyyatdan az, meyvə və tərəvəzdən və dəmir ilə zəngin olan məhsullardan(mal əti, alma, qarabaşaq sıyığı) isə çox istifadə edin.
İnsanların çox toplandığı yerlərdən uzaq olun.
Havada daha çox gəzin, müntəzəm olaraq otağın havasını dəyişin.
Ürək-damar sistemini möhkəmləndirmək üçün gündəlik olaraq hamilə qadınlar üçün xüsusi fiziki məşqlərlə məşğul olun.
Eyni vəziyyətdə çox durmayın, müntəzəm olaraq idman hərəkətləri edin, qəflətən çarpayıdan qalxmayın.
Hamiləlik müddətinin ikinci yarısından sonra uzun müddət arxası üstə uzanmayın, sol böyrü üstə yatmaq tövsiyə edilir.
Damar divarını möhkəmləndirməyə kömək edən kontrast duş qəbul edin.
Qaynar vannada uzanmayın.
Toksikoz zamanı çarpayıdan qalxmadan səhər tezdən bir az yemək yemək tövsiyə olunur.
Əgər sizdə hamiləlik zamanı yüngül başgicəllənmə yarandısa, dizlərdə bükülmüş vəziyyətdə ayaqlarınızı qaldıraraq, oturun və ya uzanın, tünd şirin çay için.
Sağlamlıq durumunuzu nəzarətdə saxlamaq məqsədilə müntəzəm olaraq mama(akuşer)-ginekoloqun qəbulunda olun.
Hamilə qadınlar unutmamalıdırlar ki, onlar həm özlərinin, həm də gələcək uşaqlarının sağlamlığı və firavanllığı üçün məsuliyyət daşıyırlar.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 369
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri