Hamilənin ultrasəs müayinəsi (USM)

Müəllif: Sweet Candy
Şərhlər: 4
Baxılıb: 3 321
Səs ver:
(səs: 0)
Hamiləlik dövründə ultrasəs müayinənin qiymətləndirilməsi
Ultrasəs hazırda hamiləlik müayinələrinin ən mühüm hesab olunanıdır. Hamiləlikdə heç bir problem olmasa da müəyyən vaxtlarda müəyyən fasilələrlə ultra səs nəzarəti aparılır. Hamiləliyin fərqli aylarında ultrasəslə fərqli dəyərləndirmələr aparılır. Məsələn, hamiləliyin ilk aylarında yalnız körpənin kilosu ölçülməz ürək adımı və uşaqlığın böyüklüyü kimi qiymətləndirmələr aparılır, hamiləliyin 5-ci ayında kilosu, suyu, plasentanın vəziyyəti, orqanların strukturu kimi daha ətraflı qiymətləndirmə aparılır, bunlardan başqa da fərqli aylarda fərqli dəyərləndirmələr aparılır.

Ultrasəs qiymətləndirməsi ilə təxminən 30-35 faiz uşaqda anomaliya olsa belə bilinməyə bilir. Yəni ultrasəs körpədəki inkişafla bağlı pozuntuların çoxunu müəyyən etsə də hər zaman hamısını müəyyən etməsi imkansızdır.

Ultrasəsinin körpəyə heç bir zərəri yoxdur. Radiasiya baxımından təhlükəsizdir. Tez-tez fasilələrlə belə edilsə uşağa hər hansı bir zərər verməz.

Hamiləlikdə ultra səs hansı məqsədlərlə aparılır:

Hamiləlikdə ultrasəs aşağıdakı suallara cavab axtarmaq məqsədilə istifadə edilir
1.Hamiləlik varmı? Normal yerindəmi? Uşaqlıq içərisindəmi?
2.Uşağın təxmini kilosu nə qədər? Həftəsinə görə kilosu, inkişafı normaldımı?3.Hamiləlik canlıdırmı?
4.Hamiləliyin neçənci ayılıq? Neçə həftəlik?
5.Körpənin ənsə qalınlığı normaldırmı?
6.Körpədə bir anomaliya varmı? 18-20 həftələr arasında aparılan ətraflı ultrasəs ilə uşağın orqanlarında inkişaf pozğunluğu varmı araşdırılır.
7.Uşağın duruşu düzmü?
8.Dölün cifi (plasenta) normal inkişaf edibmi? Ciftin yerləşməsiı normal uyğundurmu?Cift doğüş yolunu bağlayırmı?
9. Körpənin baş diametri ayaq uzunluğu normal bilərmi?
10.Uşağın suyu normaldırmı?
11.Amniosentez və ya CVS kimi müdaxilələrdə istifadə edilir.
12.Biofizika profil (BFP) müayinənin qiymətləndirməsində körpənin hərəkətləri, əzələ tonusu və tənəffüsü qiymətləndirilir.
13.Erkən doğuş riski varlığında uşaqlıq ağzı uzunluğu ölçmək.
14.Uşaqlıq və yumurtalıqlarda myom və ya kist varmı?
15.Cinsiyyəti nədir?
16.Lazımi hallarda isə doppler araşdırma (qan axını) qiymətləndirilir.

Ultrasəs nə sıxlıqda aparılmalıdır?
Hamiləliyin vəziyyətinə və müəyyən risklərə görə dəyişməklə, ən azından aşağıda qeyd olunan vaxtlarda keçirilir. Lazım gəlsə daha fərqli zamanlarda da əlavə olaraq tətbiq olunur.
Hamiləliyin ilk aylarında
11-14 həftə arasında
18-20 həftə ətrafında ətraflı ultra səs
32 həftə yaxınlığında
38 həftə yaxınlığında

Ultrasəslə cinsiyyət nə vaxt başa düşülə bilər?
Cinsiyyətin xarici görünüş olaraq 11-ci həftə yaxınlığında fərqlənməyə başlayır amma ultrasəslə bu qədər erkən müəyyən etmək mümkün deyil. Əksər hamilələrdə 15-20 həftələrdə ultrasəslə ayırd etmək olar. Əlbəttə, bunda hər zaman yanılma payı vardır. Həmçinin bəzən uşağın duruşundan dolayı cinsiyyət təsbitini etmək heç mümkün olmaya da bilər.

Mövzu ilə bağlı suallara cavablar.
∞ Ultrasəs hamiləliyə (körpəyə) ziyan verə bilərmi?

Xeyr. Bəzi hallarda tez-tez və çox girmək lazım olarsa heç bir zərəri yoxdur.

∞ Hamilə olduğumu anladıqdan nə qədər sonra ultrasəsə girməyim lazımdır?
Hamilə olduğunuzu anlayır anlamaz müayinə üçün həkiminizə müraciət etməlisiniz. Müayinə zamanı ultrasəsdəndə keçiriləcəkdir.

∞Hamiləlikdə 3 ölçülü və 4 ölçülü ultrasəsə girmək məcburidirmi?
Xeyr. Hamiləlikdə normalda həkiminiz gərək görmedikçe 3 ölçülü və 4 ölçülü ultrasəs zəruri və lazımlı deyil.

∞Uşağın ultrasəsdə ürək atışı nə zaman bəlli olur?
Çox erkən hamiləliklərdə bəlli olmaya bilər. Təxminən 6 həftəlik olanda ultrasəsdə ürək atışı görülə bilər, doppler ilə səsi eşidilə bilər.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 3 321
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri