Dölün ənsə qalınlığı (Nuchal Translucency, NT)

Müəllif: Sweet Candy
Şərhlər: 4
Baxılıb: 3 390
Səs ver:
(səs: 0)
11-14-cü həftələr arasında dölün anatomik orqanları və böyüklüyü qiymətləndirilir. Bundan başqa, ultrasəslə ənsə qalınlığı ölçülür. Dölün ənsə qalınlığı (NT-Nuchal translucency) ultrasəsdə uşağın boynunun arxa hissəsində tünd rəngli görünən hissənin qalınlığını ifadə edir. Ənsə qalınlığının uyğun ölçmək üçün döl uyğun vəziyyətdə olmalıdır. Yenə son menstuasiya (aybaşı) tarixinə görə 11 həftə 1gün ilə 13 həftə 6 gün arasında ölçülməli və baş-sağrı məsafəsi 45-84 mm arasında olmalıdır.

Dölün ənsə qalınlığı (Nuchal Translucency, NT)

Döl ənsə qalınlığının artması halları:
Xromosomal fəsadlar: Trisomiya 13, Trisomiya 18, Trisomiya 21, (daun sindromu), Turner sindromu (45, X0)
Döl ənsə qalınlığı yalnız xromosom anomaliya artmaz- artdığı digər hallar:
*Ürək anomaliyaları
*Ağciyər anomaliyaları (diafraqma qüsuru)
*Böyrək anomaliyaları
*Qarın divarı anomaliyaları (omfalosel)
*Bəzi genetik xəstəliklər (Arthrogryposis, Noonan sindromu, Smith-Lemli-opitz sindromu, Stickler sindromu, Jarcho-Levin sindromu və bəzi skelet anomaliyaları)
Döl ənsə qalınlığının artdığı hallarda ürək anomaliyası görülmə riski artıb o üzdən ənsə qalınlığı artmış olan döllərin mütləq ekokardiyografi ilə dəyərləndirilməsi lazımdır. Bu artımın səbəbi körpənin ənsə bölgəsindəki maye yığılmasıdır (şişkinlik) və bunu ultrasəslə bilmək mümkündür.
Normal olaraq körpənin ənsə qalınlığı hamiləlik həftəsi getdikcə artır. Ümumiyyətlə 3 millimetrin üstü patoloji qəbul edilir və bu halda döl xüsusilə "Daun sindromu" baxımından irəlidə qiymətləndirməlidir. Əgər 14-16 həftə arası keçirilən təkrar ənsə qalınlığı aşağı düşməyibsə, bu fetusta genetik bir anomaliya ya da infeksiya olma ehtimalı yüksəkdir.
Ənsə qalınlığı sahəsi, son illərdə hamiləlik təqiblərinə girmiş bir üsuldur. Ancaq aparılması müəyyən təcrübə tələb edir.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 3 390
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri