Qadının pəhrizi uşağın cinsiyyətinə təsir edirmi?

Müəllif: Onun_Mələyi
Şərhlər: 4
Baxılıb: 2 133
Səs ver:
(səs: 0)
Uşağın cinsiyyətinin planlaşdırılması insanları qədim zamanlardan maraqlandırır.

Qadınla.Com xəbər verir ki, İnternetdə qız və ya oğlana hamilə qalmaq üçün müxtəlif"üsullar" təqdim olunur.
"Mütəxəssislər" qan qruplarına, qadının doğulduğu tarixinə və s. əsaslanaraq gələcək uşağın cinsini planlaşdırmağa cəhd edir.Belə üsullardan biri də pəhrizdir.
Belə hesab olunur ki, bəzi qidaların ananın pəhrizindən çıxarılması, digər qidaların isə əlavə olunması ilə gələcək uşağın cinsini planlaşdırmaq mümkündür.
Nəzərinizə çatdıraq ki, elmdə bu təsdiq olunmayıb və heç bir araşdırma ananın pəhrizi ilə gələcək uşağın cinsiyyəti arasındaəlaqəni aşkar etməyib.Ümumiyyətlə ana ilə bağlı olan heçbir belə "planlaşdırma üsulu", heç bir "hesablama" və s. nəticə verə bilməz.
Nə üçün? İlk növbədə bilmək lazımdır ki, uşağın cinsiyyəti fiziki olaraq qadından asılı deyil.
Qadın orqanizmində 2 eyni cinsi xromosom var - XX.
Kişi orqanizmində isə cinsi xromosomlar fərqlidir - XY.
Mayalanmada iştirak edən kişi və qadının cinsi hüceyrələrində yalnız1 cinsi xromosom olur. Qadınlarda bu yalnız X, kişilərdə isə X və ya Y.Beləliklə qadın cinsi hüceyrəsi kişinin X xromosomunu daşıyan hüceyrə tərəfində mayalanarsa, XX əmələ gəlir ki, bu da o deməkdir ki, dünaya qız uşağı gələcək.
Qadın cinsi hüceyrəsi kişinin Y xromosomunu daşıyan hüceyrə tərəfindən mayalanarsa, XY dəsti yaranır ki, bu da onu göstərir ki, oğlan uşağı doğulacaq.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 133
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri