Doğum evinə gedərkən hamilənin çantasında nələr lazımdır?

Müəllif: Sweet Candy
Şərhlər: 5
Baxılıb: 5 095
Səs ver:
(səs: 0)
Həftələr, günlər yaxınlaşır və siz fiziki, psixoji, maddi olaraq doğuşa tam hazır olmalısınız. Vaxtınıza qalan gündən ən azı 3 həftə öncədən çantanız hazır şəkildə otağınızda olmalı, sancılar başlar-başlamaz onu götürüb xəstəxanaya yola düşməlisiniz.

Hamilələri maraqlandıran suallardan biri də doğuşa gedərkən özünlə nələri götürməkdir. Bu, təbii ki, dövlət və özəl xəstəxanalar üçün tam fərqlidir. Dövlət xəstəxanasında qeydiyyatdasınızsa, o zaman bir çox ləvazimat aparmağınız gərəkir. Lakin özəl tibb müəssisələri orada qalınan müddətcə ana və uşağın bütün tələbatlarını ödəyir.

Sənədlər. Doğuşa hazırlaşan qadının bütün sənədləri qaydasında və əlinin altında olmalıdır. Ən birinci, öz şəxsiyyət vəsiqəniz, 9 ay boyunca müayinələrdən keçdiyiniz dəyişmə kağızı (hansıki orada bütün xəstəlik və qeydləriniz yer alıb), tibbi sığortanız varsa, mütləq həmin kart, həyat yoldaşınızın şəxsiyyət vəsiqəsi, eləcə də Nikah haqqında şəhadətnamə. Bu, ən lazımlı sənədlərdir. İstisna hallarda nəsə əlavə edilə bilər;

Geyim. Dövlət xəstəxanaları hamiləni geyimlə təmin etmədiyi üçün çantada mütləq geyim də olmalıdır. Geyimlər təmiz, pambıq parçadan və rahat olması ilə seçilməlidir. Bura pijama, gün boyu geyinmək üçün idman dəsti və ya xalat, yumşaq corablar (unutmayın ki, doğuşa hazırlaşan və doğan qadınların ayaqları çox üşüyür), palata üçün başmaq və duş qəbul etmək üçün rezin başmaq;

Təzə doğulmuş körpə üçün geyim. Bu sıraya pambıq bodilər, əskilər, pijama, ədyal, eləcə də təzə doğulmuş körpənin ölçüsündə uşaq bezləri daxildir. Təxmini olaraq, günə ən azı 4-5 bez lazım olacaq ki, 4 gün xəstəxanada qalacaqsınızsa, bu da 20 bez deməkdir.

Əmizdirmək üçün aksesuarlar.
Doğuşdan sonra qadına bəxş edilən ikinci ən böyük hədiyyə ana südüdür. Körpəsini rahat əmizdirmək üçün o, xüsusi buzqalter almalı, döş gilələrinin gigiyenası üçün sabun və uşaq kremi götürməli, əgər gilələrdə yaralar olarsa, bunun üçün də xüsusi mazları olmalıdır.

Doğuşdan sonrakı bezlər. Bəzi xəstəxanalarda belə gigiyenik vasitələrdən istifadəyə qadağa qoysalar da, hər ehtimala qarşı çantanızda olması yaxşıdır.

Birdəfəlik alt geyimləri. Belə “tuman”lar elastiki setkalardan hazırlanır və birdəfəlik istifadə üçün nəzərdə tutulub. Onlar doğuşdan sonra alt geyimi əvəzinə istifadə edilir.

Kosmetika və şəxsi gigiyenik vasitələr. Bunlar hər bir hamilənin çantasında olmalıdır. Siyahıya daxildir: sabun, şampun, duş geli, quru və nəm salfetlər, diş fırçası və məcunu, əl-üz kremi (xüsusilə də nəmləndirici) və hər zaman istifadə etdiyiniz firmanın kosmetik vasitələri.

Qadjetlər. Buraya isə təbii ki, pleyer, qulaqcıq, mobil telefon və onun adapteri, e-book, notebook, datakart və s. daxildir. Xəstəxanada qaldığınız müddətcə asudə vaxtınız çox olacaq. Yaxşı olar ki, bir film yükləyib izləyəsiniz və ya kitab oxuyasınız. Bu həm zamanınızın səmərəli keçməsinə kömək edəcək, həm də çətin doğuş prosesindən sonra sizə əsl istirahət olacaq.

Bir sözlə, biz sizə bir hamilənin doğuş çantasının vacib əşyaların siyahısını təqdim etdik. Bura hər hansı ləvazimatlar daxil də edilə bilər, çıxarıla da. Odur ki, ümumi siyahı ilə yanaşı, gedəcəyiniz doğum evindəki qayda-qanunu da əvvəlcədən öyrənməyə çalışın.

Aygün Quliyeva
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 5 095
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri