Ekstrakorporal mayalanma

Müəllif: Sweet Candy
Şərhlər: 1
Baxılıb: 1 870
Səs ver:
(səs: 0)
Uşağa təbii yolla hamilə qalmaq cəhdləri həmişə müvəffəqiyyətlə nəticələnmir. Ancaq elm bir yerdə dayanmır, çoxsaylı cütlüklərə çoxdan gözlənilən körpənin valideyni olmağa kömək etmək üçün yollar tapır. Belə metodlardan biri də ekstrakorporal mayalanma və ya EKM-dir. Bu, ixtisaslaşdırılmış həkimlərin köməyi ilə ailələrə körpə bəxş etmək üçün istifadə edilən məşhur metodlardan biridir.

Bu necə baş verir ?
EKM zamanı toxum hüceyrəsi qadının yumurtalıqlarından cərrahi yolla çıxarılır və laboratoriya şəraitində spermatozoidlə mayalandırılır. Bu yolla mayalandırılmış toxum hüceyrəsi embrion adlandırılır və sonrakı artma və inkişaf üçün qadının uşaqlığına yerləşdirilir.

EKM kimə tövsiyə edilir?
EKM-ə aşağıdakı hallarda müraciət etmək olar:

Əgər uşaqlıq boruları qapanmış və ya zədələnmişdirsə, ya da hər hansı bir başqa problem mövcuddursa, EKM mayalanma üçün yeganə yol kimi tövsiyə olunur.

Əgər sizin partnyorunuzun kiçik sperma problemləri varsa (Böyük problemlər daha çox İKSİ vasitəsi ilə həll edilir).

Əgər siz artıq sonsuzluqdan müalicənin başqa metodlarını sınamış, klomifen kimi dərmanlar qəbul etmişsinizsə və ya uşaqlıqdaxili inseminasiya üsulu da uğursuzluqla nəticələnmişdirsə.

Əgər siz ən azı iki il ərzində hamilə qalmağa çalışmışsınızsa və bunun baş verməməsinin səbəbləri tapılmamışdırsa.

Ehtimallar
EKM - kifayət qədər mürəkkəb prosesdir; buna sonsuzluğun müalicəsi, hamiləliyin gedişatında və uşaqda bir sıra fəsadların artma riski də daxildir. Bundan əlavə, müvəffəqiyyətə 100 faiz zəmanət verilmir, çünki ona müəyyən amillər, məsələn yaş təsir edə bilər.

2010-cu ilin məlumatlarına əsaslanaraq, dondurulmuş toxum hüceyrələri deyil, öz toxum hüceyrələrindən istifadə edən qadınların və sağlam uşaq doğulmasının faiş göstəriciləri belədir:

əgər yaşınız 35-dən azdırsa, 32 %

əgər yaşınız 35-dən 37-ə qədərdirsə, 28 %

əgər yaşınız 38-dən 39-a qədərdirsə, 21 %

əgər yaşınız 40-dan 42-ə qədərdirsə, 14 %

əgər yaşınız 43-dən 44-ə qədərdirsə, 5 %

əgər yaşınız 45 və ya daha çoxdırsa, 2 %

Həmçinin qeyd etmək lazımdır ki, əgər siz nə vaxtsa hamilə olmusunuzsa və ya hətta uşaqlarınız varsa, müvəffəqiyyət şansınız xeyli artmış olur.

Konkret olaraq sizin EKM imkanlarınızı həkimlə məsləhətləşməklə öyrənə bilərsiniz.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 1 870
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri