Hamiləliyə necə hazırlaşmaq olar? - Hamiləlik zamanı qadağalar və məhdudiyyətlər

Müəllif: Sweet Candy
Şərhlər: 3
Baxılıb: 2 961
Səs ver:
(səs: 0)
Mən siqaret çəkə bilərəm mi? Sağlam ana olmaq Ana olmağı planlaşdıran qadınlar tez-tez belə suallar qarşısında qalırlar: görəsən hansı vərdişlər və qidalar, hansı idman növləri gələcək uşağın sağlamlığı üçün təhlükəli ola bilər. Bu materialda bütün bu suallara cavab verməyə çalışacağıq.

Mən siqaret çəkə bilərəm mi?
Siqaretin bütövlükdə sağlamlıq üçün ziyanlı olması hamıya məlum faktdır. Lakin siz həyat yoldaşınızla övlad sahibi olmaq istəyirsinizsə, bu zərərli vərdişin döllənməyə və uşağın inkişafına təsirini nəzərə almalısınız. Onu da bilməlisiniz ki, siqaret çəkən kişilərdə spermatozoidlərin sayı azalır, bu da bütövlükdə qadının hamilə qalmaq şansını azaldır. Odur ki, uşaq barədə düşünürsünüzsə, ilk öncə siqareti atın.

Mən spirtli içki qəbul edə bilərəm mi?​
Alkoqol qadının hamilə qalmaq şansını azaldan pis vərdişlərdən biridir. Bundan əlavə o, uşaqda müxtəlif anadangəlmə anomaliyalara və digər ciddi problemlərə səbəb ola bilər. Bəzi tədqiqatların nəticələrinə görə, kişinin həddindən artıq spirtli içki qəbul etməsi onun spermasının keyfiyyətini xeyli aşağı salır. Qadınlar döşlə əmizdirmə zamanı da spirtli içkilərdən imtina etməlidirlər.

Mən dərman qəbul edə bilərəm mi?
İstənilən dərman vasitəsi, hətta tərkibi tamamilə otlardan ibarət olsa belə, uşağa ziyan ola bilər və hətta düşüyə səbəb ola bilər. Tərkibində A vitamini olan əlavələr, həmçinin işlətmə dərmanları da uşağa zərə vura bilər. Döllənmə zamanı və ya hamiləlik dövründə hər hansı dərman vasitəsini qəbul etməzdən əvvəl həkimlə məsləhətləşin və mütləq partnyorunuzun qəbul etdiyi dərmanlar haqqında da ona məlumat verin.

Mən bitki çayları içə bilərəm mi?
Bəzi bitki çayları düşüyə səbəb ola bilər, yaxud da uşağa ziyan vura bilərlər. Buna görə də, bu məsələ ilə bağlı həkiminizlə məsləhətləşin. Ən təhlükəsiz bitki çayları çobanyastığı və nanə çaylarıdır ki, onları da gündə iki fincandan artıq içmək olmaz.

Mən fiziki hərəkətlərlə məşğul ola bilərəm mi?
Yalnız yüngül fiziki hərəkətlər tövsiyə olunur, axı siz özünüz də bilmədən artıq hamilə ola bilərsiniz. At minmə və digər ekstremal idman növləri ilə məşğul olmasanız yaxşıdır. Lakin sakit yerimə, rəqs, yoqa və üzgüçülük həm sizin üçün, həm də gələcək körpəniz üçün son dərəcə faydalı ola bilər. Unutmayın ki, siz və partnyorunuz nə qədər sağlam olarsınızsa, sizin gələcək körpəniz də bir o qədər sağlam olar!

Mən tərkibində kofein olan içkilər – qəhvə, çay və koka-kola içə bilərəm mi?

Hamiləlik dövründə tərkibində kofein olan qəhvə, çay, şokolad və koka-kolanın çoxlu miqdarda qəbul edilməsi ziyan vura bilər. Buna görə hələ döllənmə dövründə sadal-anan ərzaqların qəbulunu azaltmaq tövsiyə olunur. Kofeinin gündəlik dozası 200 mq-dan artıq olmamalıdır. Bu miqdarda kofein aşağıdakı məhsulların tərkibinə daxildir:


Iki fincan qəhvənin (hər birində 100 mq)
Dörd fincan çayın (hər birində 50 mq)
Beş banka kolanın (hər birində 40 mq-a yaxın)
200 q tünd (acı) və ya 400 q südlü şokoladın
10 fincan yaşıl çayın (hər birində təxminən 20 mq)
Bəzi soyuqdəymə və qrip dərmanlarının tərkibində də kofein var. Hər zaman dərmanın qablaşdırmasında göstərilən tərkibi diqqətlə yoxlayın, şübhə yarandıqda isə əczaçı ilə məsləhətləşin.

Hansı ərzaq məhsullarının, içkilərin qəbulu zamanı ehtiyatlı olmaq lazımdır?
Tərkibində yüksək miqdarda retinol (yağda həll olunan A vitamini) olan ərzaqları, qara ciyər və ondan hazırlanmış yeməklər, o cümlədən paştet yeməyin. Lakin A vitamininin bitki forması, kökün tərkibində olan beta-karotin təhlükəli deyil.

Retinol bəzi əlavələrin tərkibində də vardır, çünki bu əlavələrin istehsalında balığın qara ciyərinin yağı istifadə olunur. Odur ki, onların qəbulundan çəkinmək lazımdır. Hamiləlik zamanı həddindən artıq retinol qəbul edərsinizsə, bu sizin körpənizə ziyan vura bilər.

Balıqla, daha dəqiq desək tərkibində civə olan balıqlarla da ehtiyatlı olun. Bu, sizin körpəniz üçün təhlükəli ola bilər. Həmin balıqlara akula, qılınc balığı və marlini aid etmək olar. Qızıl balığı, alabalığı və sardinanı rahatlıqla yeyə bilərsiniz.

Əgər hər hansı balığın tərkibində civənin olub-olmadığına əmin deyilsinizsə, həkimlə məsləhətləşin. Yağlı balığın həftədə iki dəfə yemək olar. Yağlı balıq növlərinə sardina, skumbriya, qızıl balıq, alabalıq, təzə ton balığı və siyənək daxildir. Bu balıqların tərkibində sonradan orqanizmdə yığılıb qalan dioksin və polixlorlaşmış bifenil kimi zərərli maddələr ola bilər.

Bri və ya kamamber kimi yumşaq kifli pendirləri yemək tövsiyə olunmur.

Paştetlə yanaşı, onlar da listerioza kimi təhlükəli yoluxucu xəstəliyin yaranması riskini artırır.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 961
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri