Hamiləlik dövründə seksual həyat

Müəllif: Sweet Candy
Şərhlər: 3
Baxılıb: 625
Səs ver:
(səs: 0)
Valideyn olmağa hazırlaşanların əksəriyyətini hamiləlik dövründə cinsi əlaqə ilə bağlı məsələlər narahat edir. Bəzi cütlüklər maraqlı vəziyyət haqqında məlumat alan kimi intim həyata son qoyurlar. Ancaq belə yanaşmanı düzgün hesab etmək olmaz, xüsusən də hamiləlik normal keçirsə, bunu etmək lazım deyil, çünki bununla hamiləliyin lap sonuna kimi - su açılana qədər məşğul olmaq olar.

Hamiləlik normal keçəndə cinsi əlaqələr, geniş yayılmış yanlış fikirlərin əksinə olaraq, hamiləliyin ilkin dövründə uşaqsalma ilə nəticələnmir və vaginal infeksiyaya səbəb olmur. Ancaq elə hallar olur ki, bəzi məhdudiyyətlərə əməl etmək lazım gəlir, məsələn əgər anamnezdə uşaqlıq boynunun zəifliyi müşahidə edilirsə, siz ciftin aşağı olmasından əziyyət çəkirsinizsə və ya qanaxmanız varsa, ehtiyatlı olmalısınız. Biz bütün bunlar barədə sizi məlumatlandıracağıq, ancaq daha ətraflı məsləhət üçün çəkinmədən həkimə müraciət edin.

Vaginal infeksiyalar
Əgər vaginal infeksiya ilə yoluxmusunuzsa, həyəcanlanmamağa çalışın. Sekslə məşğul olmaq antibiotiklərlə müalicənin nəticələrinə təsir etməyəcək, hətta bu, vaxtından əvvəl doğuş riskini azaldacaq; bunu aparılan tədqiqatlar təsdiq etmişdir. Əgər sizdə infeksiya aşkar etmişlərsə, partnyorunuz prezervativlərdən istifadə etməlidir ki, o da yoluxmasın.

Dölə ziyan vurmaq qorxusu
Cütlüklərin əksəriyyəti bundan ehtiyat edir ki, bu da hamiləlik zamanı bir çox hallarda cinsi əlaqədən imtina etməyə səbəb olur. Ancaq siz bilməlisiniz ki, cinsi əlaqə zamanı hətta partnyor yuxarıda olduqda belə ana bətnində olan dölə heç bir ziyan vurmayacaq. Döl qovuğu və uşaqlığın möhkəm əzələləri uşağı müdafiə edir, uşaqlıq boynunu bağlayan möhkəm selikli qişa epiteli isə infeksiyalara yoluxmadan müdafiə edir.

İntim həyatı dayandırma səbəbləri

Həkim aşağıdakı hallarda seksdən imtina etməyi tövsiyə edə bilər:

Qanaxma

Qarında ağrılar və ya spazmalar

Döl qovuğunun yırtılması

Anamnezdə uşaqlıq boynunun zəifliyi müşahidə edilir

Cift gəlişi, xüsusən də bu, qanaxma ilə müşayiət edilərsə

Əgər partnyorunuzun cinsiyyət orqanında herpes aşkar edilmişdirsə, onda sizə hamiləlik dövründə cinsi əlaqədən imtina etmək tövsiyə oluna bilər, ancaq hamiləlik dövründə siz ilk dəfə cinsiyyət orqanlarının herpesi ilə yoluxmuş olsanız, onda xəstəliyin uşağın inkişafına təsir riski çox az olur.

Cinsi həyatda dəyişikliklər
Hamiləlik dövründə çanaq sahəsinə qan axınının artması seksual münasibətləri gücləndirə bilər. Ancaq bəzi qadınlar söyləyirlər ki, cinsi akt bitdikdən sonra narahatlıq hiss edirlər. Gələcək anaların hamiləlik dövründə cinsi münasibətlər zamanı, xüsusən də partnyorun dərinə keçdiyi anlarda ağrı hiss etdikləri hallar olur. Belə halların baş verməməsi üçün elə pozalar seçmək lazımdır ki, dərin keçid olmasın, ya da prosesə müstəqil nəzarət etmək lazımdır.

Əgər siz orqazmdan sonra qarnınızda sancılar hiss edirsinizsə, bu, əzələlərin yığılma dalğalarının yaranması ilə izah edilir. Bu xüsusən üçüncü trimestrdə (rübdə) hiss olunur. Bir qədər gözləmək lazımdır, bir neçə dəqiqədən sonra uşaqlıq sakitləşəcək, həm də Brekston-Hiks tutmaları adlanan hislər də keçəcək.

Bütün hamiləlik dövrü ərzində intim həyatı müəyyən səviyyədə saxlamağa çalışın. Bu həm sağlam qarşılıqlı münasibətləri saxlamağa kömək edər, həm də uşaq doğulduqdan sonra seksual problemlərin yaranma ehtimalını azaldar.

Seksual istəklərin azalması
Orqanizminizdəki əsaslı dəyişikliklər həmçinin sizin seksual həyatınızda da dəyişikliklərə gətirib çıxarır. Bəzi qadınlar arzuolunmaz hamiləlik və kontrasepsiya tədbirləri ilə bağlı həyəcanlardan tamamilə azad olduqdan sonra seksual cəhətdən özlərini əvvəlki dövrlərdən qat-qat azad hiss edirlər. Ancaq onları tamamilə əks hisslər, xüsusən də ilk trimestrdə hətta intim münasibətlərə nifrət də müşayiət edə bilər. Hesab edirlər ki, cinsi həvəsin itməsinin səbəblərindən biri orqanizmin hamiləlik dövründə hazırladığı hormonlardır.

Başqa bir səbəb isə qadının öz hamiləliyindən səadət hissi duymaması ilə bağlı ruhi halı və ya qarnının get-gedə böyüməsi, ya da hər hansı bir başqa səbəbdən özündə əminlik hiss etməməsi ilə bağlıdır; bütün bunlar mənfi emosiyalar doğura bilər.

Əgər hamiləlik arzu olunubsa, orqanizmdəki dəyişikliklər isə öz qaydasında baş verirsə, siz, yəqin ki, daha sox seksual həvəs hiss edəcəksiniz.

Seksual həvəs çox zaman üçüncü trimestrdə aşağı düşür, çünki uşağın doğulması və doğuş qaçılmaz olur, qarın isə daha da böyüyür. Ana olmağa hazırlaşan qadınların əksəriyyəti sadəcə olaraq özlərini eybəcər hiss edir, ya da öz partnyorlarının seksual rahatlığı üçün narahat olurlar.

Buna baxmayaraq, unutmaq olmaz ki, hamiləliyin istənilən dövründə hər bir cütlüklərin tam intim həyatları üçün müxtəlif variantlar mövcuddur.

Cinsi partnyorun hissiyyatları
Bir çox qadınları belə bir sual düşündürür: hamiləlikdən sonra partnyorunun seksual həvəsi dəyişəcəkmi? İlk iki trimetsr ərzində kişilər öz qadınlarına qarşı ehtiras hiss edirlər, ancaq üçüncü trimestrdə onların seksə maraqları azalır. Ancaq bu o demək deyil ki, partnyorunuz daha sizi cazibədar hesab etmir.

Gələcək atalarda həvəsin olmamasının səbəblərinə aşağıdakılar aiddir:
Cinsi aktın uşağa ziyan vura bilmə qorxusu

Sizin və gələcək uşağınızın sağlamlığı üçün narahatlıq

Gələcək atalığın çətinlikləri ilə bağlı düşüncələr

Hələ doğulmamış uşağın qarşısında sekslə məşğul olmaqdan yaranan narahatlıq

Partnyorla onun narahatlıqları ilə bağlı və hamiləlik dövründə cinsi münasibətlərin uşağa heç bir ziyan vurmayacağı haqqında səmimi söhbətlərin faydası ola bilər.

(səs: 0)
Şərhlər: 3
Baxılıb: 625
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Miss_Oxatan
bu baxir sen hamileliyi nece kecirirsen ve hekimin icazesi ile olmalidir
15 sentyabr 2018 00:42
3
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
Offline
Cema_Axodova
Heqiqeten problem yoxsa niyede yox.
14 sentyabr 2018 12:56
2
p.s
Offline
vipbetul
hamile xanimlar oxusunlar
14 sentyabr 2018 12:26
1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri