Gecikmiş hamiləlik barədə bütün həqiqətlər

Müəllif: Sweet Candy
Şərhlər: 5
Baxılıb: 2 332
Səs ver:
(səs: 0)
30 yaşdan sonrakı hamiləlik haqqında müxtəlif söhbətlər gəzir, buna görə də bu yaşda hamilə olmaq istəyən hər bir qadın öz şansları barədə düşünür. Şanslar kifayət qədər yaxşıdır, ancaq bunu da bilmək lazımdır ki, 40 yaşa yaxınlaşdıqda deyil, 30 yaşdan az keçdikdə hamilə olmaq yaxşıdır. Əgər siz birdən artıq uşağınız olmasını istəyirsinizsə, onda vaxtı uzatmayın, axı statistik məlumatlara əsasən, 35 yaşlı qadınların 20%-nə hamilə olmaq üçün bir ildən artıq vaxt ərzində sekslə müntəzəm məşğul olmaq lazımdır.

30 yaşdan sonrakı hamiləliyin müsbət və mənfi cəhətləri
Əvvəl müsbət cəhətlərdən danışaq. 30 yaşdan sonra ana olmağın bir çox üstünlükləri var. Əminliklə bildirmak olar ki, bu yaşda artıq sizin karyera və ailə münasibətləriniz daha sabit olacaq ki, bu da artmaqda olan ailə üçün yaxşı əsasdır.

Əgər analıq məzuniyyətindən sonra işə qayıtmağa qərar versəniz, çox güman ki, maaşınızı əvvəlki səviyyədə saxlaya biləcəksiniz. Halbuki erkən hamiləlik və dekret sonrakı qazancınıza təsir edə bilər.

Qeyd etmək lazımdır ki, yeni ana olan qadınlar 30 yaşda, adətən, daha dözümlü, daha enerjili olurlar. Bu isə uşaqların tərbiyəsində lazım olan çox mühüm keyfiyyətlərdir. Əlbəttə, biz hamımız tamamilə fərqliyik, ancaq güman ki, məhz 30 yaşdan sonra özünüzü 20 yaşınızda olduğundan daha yaxşı tanımağa başlayırsınız. Həm də siz bu yaşda daha çevik olacaqsınız və 40 yaşınızdan sonrakı dövrdən fərqli olaraq, kompromisə getməyə hazır olacaqsınız.

Sizi daha bir yaxşı yeniliklə sevindirmək istəyirik. 30 yaşdan sonra bir hamiləliklə uşaqların sayı üzrə planı tam doldurmaq ehtimalı artır və sizin hətta xüsusi müalicəsiz də əkiz doğmaq şansınız daha çoxdur. Əgər statistik məlumatları müqayisə etsək, əkiz doğulma şansının nə qədər atrması aydın olar:

20 yaşdan sonrakı analar üçün: 16 hamiləlikdən biri əkiz doğulması ilə nəticələnir;

35-39 yaş arasında olan analar üçün: 5 hamiləlikdən biri əkiz doğulması ilə nəticələnir;

Bütün bunlar hormonlarla bağlıdır, çünki yaş artdıqca aybaşı tsiklində ifraz olunan follikul stimullaşdırıcı hormonun (FSH) səviyyəsi də artır. Bu hormon ifraz olunan kimi bir neçə toxum hüceyrəsi yaranır ki, bu da əkiz doğmaq şansını artırır.

İndi isə 30 yaşdan sonrakı dövrdə hamiləliyin mənfi cəhətləri barədə danışmaq lazımdır.

Təəssüf ki, 35 yaşdan sonra zaman sizin xeyrinizə işləmir, çünki toxum hüceyrələrinin keyfiyyəti xeyli aşağı düşür. Sizin yaşınız 30-u təzəcə keçəndə hamilə olmaq şansı 30 yaşdakına nisbətən çox da aşağı olmur. Ancaq 35 yaşdan sonra hamilə olsanız, onda uğurlu hamiləlik şansı azalır, yaşınız artdıqca isə uşaqsalma faizi artır.

Əgər siz 35 yaşınızdan sonra ana olmağa hazırlaşırsınızsa, nəzərə almalısınız ki, aşağıdakı fəsadlarla qarşılaşa bilərsiniz:

uşaqlıq xaricində olan hamiləlik

cift gəlişi

vaxtından əvvəl doğuş

körpənin aşağı çəkisi

35 yaş elə bir dövrdür ki, bu zaman Daun sindromu və digər anomaliyalara daha tez-tez təsadüf edilir. 30-34 yaş arasında sizin Daun sindromu ilə uşaq doğmaq şansınız təqribən 1200-də 1 olur. 35-39 yaş arasında isə bu şans hər 700-ə 1 artır.

Bütün qadınlara Daun sindromu üçün skrininq testi etmək təklif olunur. Xəstə uşaq doğulması imkanının müəyyən edərkən sizin əsas amil kimi yaşınız nəzərə alınacaq. Beləliklə, bu yaşda və ya bir qədər də gec hamilə olsanız, aşağıdakı əlavə testləri keçmək də tövsiyə olunacaq:

amniosentez - sizin uşaqlığınızdan dölyanı su nümunəsinin götürülməsinlən ibarət olan test

xorionun biopsiyası - sizin ciftinizdən nümunə götürülməsindən ibarət olan test

Məlumdur ki, 35 yaşdan sonra doğan qadınlar arasında keysəriyyə əməliyyatının faizi daha çox olur, çünki bu yaşda ana olan qadınların 40 %-i məhz keysəriyyə əməliyyatına məruz qalır. 20-30 yaş arasındakı qadınların isə yalnız 14% keysəriyyə əməliyyatı ilə doğuşa gedir.

Hələlik daha yaşlı qadınlar arasında keysəriyyə əməliyyatı ilə doğanların faizinin daha çox olmasının səbəbləri məlum deyil. Bu onunla da izah edilə bilər ki, həkimlər yaşı 35-dən yuxarı olan analar üçün, hətta hamiləlik normal keçəndə belə, daha çox narahat olurlar.

Əgər siz mayalanma ilə bağlı problemlərlə qarşılaşırsınızsa, onda çox uzatmağa dəyməz, yaşınız 30-u ötmüşdürsə, bu problemi aradan qaldırmağa tələsin. Qadının yaşı 35-i ötmüşdürsə, süni inseminasiya və ya süni mayalandırma kimi müalicə daha səmərəlidir.

Yaşdan asılı olmayaraq, bəzi məqamlar vardır ki, bunlar sizin təbii yolla hamilə olmaq və sağlam uşaq doğmaq şanslarınızı artırır. Sizə də faydalı ola biləcək qeydlərimizi oxuyun:

Əgər sizin yaşınız 35 və ya daha azdırsa və siz il ərzində müntəzəm olaraq sekslə məşğul olursunuzsa, hamiləlik isə yenə də baş tutmamışdırsa, ləngimədən həkimə müraciət edin. Həkim sizi qan analizinə göndərəcək ki, sizə hamilə olmağa mane olan hər hansı bir tibbi göstəricinin mövcudluğunu müəyyən etsinlər.

Əgər yaşınız 35-dən çoxdursa, 12 ay hamilə olmaq üçün çalışmağa dəyməz. Siz dərhal həkimə müraciət etməlisiniz.

Sizin hamiləliyinizə bəzi tibbi göstəricilər də mane ola bilər. Əgər aşağıda göstərilənlərdən heç olmazsa biri sizin orqanizminizə aiddirsə, dərhal həkimə müraciət edin:

qeyri-müntəzəm aybaşı

yumurtalıqların polikistozu

Cinsiyyət yolları ilə ötürülən xəstəliklər
Əgər sizin partnyorunuzda fertillik problemləri olduğu məlumdursa

Unutmayın ki, mütəxəssisin vaxtında verdiyi məsləhətlər sizin problemlərinizin həll olunması imkanını artırır.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 332
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri