Təbrik edirik! Siz tezliklə ana olacaqsınız!

Müəllif: Sweet Candy
Şərhlər: 4
Baxılıb: 1 966
Səs ver:
(səs: 0)
Gənc ailənin həyatında baş verən ilk həyəcanlı hadisə qadının hamiləliyi haqqında xəbərdir. Bu xəbərdən istər lap gənc qadın, istərsə də illərlə nikahda olan və hamiləliyini planlaşdırmış qadın da özünü itirə bilər. Ancaq bu halda məhz həyəcanlanmaq və narahat olmaq lazım deyil. Bundan sonrakı hərəkətləri son dərəcə sakitliklə “planlaşdırmaq” lazımdır ki, panikaya düşməyəsiniz və yaxın gələcəkdə ana olmağa tam hazır olasınız.

Həkim müayinəsinə
Əgər hamiləlik testi müsbət cavablanmışdırsa və siz özünüzü əla hiss edirsinizsə, bu sizə həkimə getməyi və analizlər verməyi sonraya qoymağa əsas vermir. Bunu mümkün qədər tez edin ki, həm hamiləliyin necə keçdiyini biləsiniz və eyni zamanda, öz həkiminizdən düzgün və dəqiq informasiya alasınız. «Düzgün informasiya» ifadəsi təsadüfi işlədilməmişdir, çünki forumlarda oxuduqlarınız və rəfiqələrinizin məsləhətləri nəinki kifayət deyil, hətta məhz sizin üçün yararlı olmaya bilər.

Orqanizminizdə hiss etdiklərinizə diqqətli olun. İlk trimestr (rüb) çox mühümdür, buna görə də qəflətən zəiflik, hər hansı bir narahatlıq hiss edirsinizsə, bu barədə öz yaxınlarınızdan birinə və indi sizin səhhətinizdə baş verə biləcək hər bir dəyişiklikdən xəbərdar olmalı olan həkimə məlumat verin. Əlbəttə, hamiləliyə xəstəlik kimi də yanaşmaq olmaz. Əgər ümumilikdə səhhətiniz dəyişməmişdirsə, adi həyat tərzi sürmək qadağan edilmir. Bir daha xatırlatmaq istəyərdik ki, sizi maraqlandıran suallara internetdə cavab axtarmaq məsləhət görülmür, çünki bəzi əhvalatlar, xoşagəlməz hadisələr sizin səhhətinizə mənfi təsir göstərə bilər.

Rasiona diqqət
Hətta siqaret çəkmək və tez-tez alkoqollu içkilər qəbul etmək vərdişləri olmayan qadınlar da öz rasionlarını yenidən nəzərdən keçirməlidirlər. Yağlı yeməklərdə olan zərərli yağların, xüsusən də transyağların miqdarını azaltmaq, bəlkə də tamamilə istisna etmək lazımdır. Şirniyyatı sevən xanımları da məyus etməli olacağıq, çünki həmin məhdudiyyətlər həm də un məmulatlarına aiddir.

Nəfəsalma
Əgər siz hər hansı bir idman növü ilə məğul olursunuzsa və ya məşq zalına gedirsinizsə, bu barədə mütləq həkim-ginekoloqa məlumat verin ki, o, vaxtında sizə düzgün hərəkətlər məsləhət görsün və ya bəzi hərəkətlərinizi məhdudlaşdırsın. Bu o demək deyil ki, hamiləliyinizi bilən kimi idmanla məşğul olmağı dayandırmalısınız, axı hətta ana olmağa hazırlaşanlar üçün onlara faydası olan xüsüsi hərəkət kompleksləri də var. Əsas mütəxəssisə müraciət etmək və onun göstərişlərinə əməl etməkdir.

Əhvali-ruhiyyə
Öz-özünlə daxili harmoniyanı qoruyub saxlamaq və mümkün qədər çox pozitiv almaq önəmlidir. Niyə də köhnə xeyirxah muliplikasiya filmləri və ya uşaq kitablarını yada salmayaq? Yaxınlarınızla, sizə xoş olan insanlarla ünsiyyət saxlayın, şən filmlərə, uşaqlar haqqında gülməli verilişlərə baxın, axı sizin xoş, pozitiv əhvali-ruhiyyəniz, daxili sakitliyiniz bətninizdəki körpəyə də ötürülür.

Hamilə qadın yoldaşını da unutmamalıdır, onunla ünsiyyət tam nəvazişli olmalıdır, axı dəyişkən əhvali-ruhiyyəsi və şıltaqlıqları haqqında bu qədər lətifə və zarafatlar qoşulan hamilə qadının həyat yoldaşı olmaq onun üçün də yeni hislər və yeni keyfiyyətdir. Çalışın, narazılıqlardan və mübahisələrdən uzaq olasınız, bir-birinizi başa düşməyə çalışın, çünki lap yaxın vaxtlarda körpənizlə ünsiyyətdə bu sizə lazım olacaq.

Qoy həyat yoldaşınız və sizin üçün həyəcanlı olan bu dövr bir-birinizi daha yaxşı tanımaq, hər şeyə yenidən nəzər salmaq, bir-birinizə daha da yaxınlaşmaq məqamı olsun. Unutmayın, irəlidə sizin cütlüyünüzü gözəl aylar gözləyir, bu aylar sizi günbəgün körpənizlə görüşə yaxınlaşdıracaq.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1 966
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri