Hamiləlik dövründə başqa cür qidalanmalıyam?

Müəllif: Sweet Candy
Şərhlər: 5
Baxılıb: 1 839
Səs ver:
(səs: 0)
Siz ana olmağa hazırlaşırsınız. İndi yaxşı qidalanmaq çox vacibdir. Bu, sizə və inkişaf edən körpənizə lazım olan bütün qidalı maddələri almağa imkan verəcək.

Əgər siz başa düşürsünüz ki, bu günə kimi çox da düzgün qidalanmamısınız, elə indi balanslaşdırılmış qidalanmaya başlaya bilərsiniz. Gündəlik rasionunuza aşağıdakı məhsullar daxil olmalıdır.

Meyvə və tərəvəzlər. Onları təzə, dondurulmuş, konservləşdirilmiş və qurudulmuş halda yemək olar. Meyvə və tərəvəz şirələri içmək də çox faydalıdır.

Tərkibində karbohidratlar olan qida maddələri. Buraya çörək, makaron məhsulları, düyü və kartof daxildir. İmkan daxilində kəpəkli undan hazırlanmış çörək məhsullarını seçin.

Zülallarla zəngin məhsullar. Onlara yağsız ət, toyuq, balıq, yumurta və paxlalılar (məsələn, lobya və mərcimək) daxildir. Həftəlik rasionunuza ən azı iki dəfə balıq (o cümlədən yağlı balıqlar) daxil etməyə çalışın.

Süd məhsulları. Bunlara kalsiumla zəngin olan süd, pendir və qatıq daxildir.

Süd məhsulları, dəniz balığı və dəniz duzu yaxşı yod mənbələridir. Uşağın düzgün inkişaf etməsi üçün qida rasionunuzda çoxlu miqdarda yod olması vacibdir.

Hamiləlik dövründə porsiyalar artmalıdırmı?
Hamiləlik dövründə sizin orqanizminiz daha fəal olur və qidadan alınan enerjini əvvəlkindən daha effektiv şəkildə sərf edir. Bu o deməkdir ki, hamiləliyin ilk altı ayı ərzində əlavə kalorilərə, faktiki olaraq, ehtiyac yoxdur. Gündəlik əlavə 200 kaloriyə yalnız hamiləliyin son üç ayında ehtiyac olacaq.

Qəbul edilən qidanın miqdarının təyin edilməsi üçün ən yaxşı məsləhətçi iştahadır. İştaha hamiləlik zamanı dəyişə bilər.

İlk bir neçə həftə ərzində sizin iştahanız xeyli azala bilər, xüsusən də ürəkbulanma və halsızlıq varsa, bəzi qidaları yemək istəməyəcəksiniz.

Hamiləliyin orta dövründə iştahanız hamiləlikdən əvvəlki kimi olacaq, bəlkə də bir qədər artacaq.

Hamiləliyin sonuna doğru, ola bilsin ki, iştahanız çox artsın. Əgər sizdə qıcqırma varsa, yaxud qida qəbul etdikdən sonra tam doyursunuzsa, xoşagəlməz hisslərdən qurtulmaq üçün tez-tez, amma az miqdarda yemək yeyə bilərsiniz.

Əsas qaydanı unutmayın: aclıq hiss etdiyiniz zaman bir şey yeyin. Gündəlik rasionun düzgün balansına riayət etsəniz uşağınızın inkişaf etməsi ilə yanaşı çəkiniz də artacaq.

Qəbul etdiyiniz qidanın miqdarı
Ola bilsin ki, siz özünüz aclıq hiss etmirsiniz. Lakin körpənizin yeməyə ehtiyacı var. Odur ki, siz müntəzəm olaraq qidalanmalısınız. Gündə üç dəfə yemək lazımdır, lakin əsas yeməklərin arasında iki-üç dəfə faydalı məhsullar yeməlisiniz. Əgər səhərlər (və ya həmişə) ürəyiniz bulanırsa, yeməyə baxa bilmirsiniz, qıcqırmadan və ya bağırsaq pozuntusundan əziyyət çəkirsinizsə, qida qəbuluna gündəlik bir vəzifə kimi baxın. Az-az, amma tez-tez yeyin. Bu halda sizin orqanizminiz az miqdarda qəbul edilmiş qidanı nisbətən asan həzm edə bilər.Qidanıza irilifli ərzaqları (tərəvəzlər, qabığı soyulmamış meyvələr) və kəpəkli undan hazırlanmış məhsulları daxil edin. Bu məhsullar həm tezdoydurucudur, həm də qidalıdır.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 1 839
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri