Pəhriz saxlaya bilərəm?

Müəllif: Sweet Candy
Şərhlər: 2
Baxılıb: 260
Səs ver:
(səs: 0)
Hamiləlik dövründə pəhriz saxlamaq həm sizə, həm də uşağınızın inkişafına ziyan vura bilər. Bəzi pəhriz növləri orqanizmdə dəmir, foliy turşusu və digər vacib vitamin və mineralların səviyyəsinin azalmasına gətirib çıxara bilər. Unutmayın ki, çəkinizin artması hamiləliyin düzgün gedişinin ən əsas göstəricilərindən biridir.

Odur ki, əgər siz təzə, faydalı məhsullarla qidalanırsınızsa və bu zaman çəkiniz artırsa, narahat olmayın. Bu qanunauyğun prosesdir! Əgər artıq çəkiniz varsa, öz rasionunuzdan tərkibində yağ və şəkər çox olan qidaları çıxardın və yüngül fiziki hərəkətlər edin. Lakin qidalanma rejiminizi dəyişməzdən və fiziki yükü artırmazdan əvvəl məsləhət üçün öz həkiminizə müraciət edin.

Çəkini artırmağın sağlam yolu
Çəkiniz tədricən artsa yaxşıdır. Hamiləlik dövründə çəkinizin 10-12,5 kq artması normal hesab edilir.

Unutmayın ki, hər qadında çəki artımı müxtəlif tərzdə gedir və hamiləlik müddətində nə qədər kökəlməyiniz bir sıra amillərdən asılıdır. Çəkinizin nə yolla artması da çəki artımı qədər vacib məsələdir. Ona görə də karbohidratlarla zəngin məhsullar, meyvə və tərəvəzlər, zülallarla zəngin məhsullar, eləcə də süddən və süd məhsullarından istifadə etməklə sağlam qidalanmağa çalışın. Tərkibində yağ və şəkər çox olan məhsulların istifadəsini məhdudlaşdırın. Ən az çəki artımı ilk trimestrdə olacaq. İkinci trimestrdə isə çəkiniz durmadan artacaq. Üçüncü trimestrdə uşaq daha çox inkişaf etdiyi üçün sizin də çəkiniz çox artacaq.

Hər trimestrdə bizim məsləhətlərimizə əsasən qidalanmağa çalışın ki, sağlam qidalanma rejimi sizin üçün çətinlik törətməsin.

Hərdən şirniyyat yemək olarmı?
Hamilə olduğunuza görə sevimli məhsullarınızdan imtina etmək lazım deyil. Lakin unutmayın ki, yağ və şəkərlə zəngin yeməklər və qəlyanaltılar sizin qidanızın əsas hissəsini təşkil etməməlidir. Yüngül qəlyanaltılara gəlincə, çips paketinin əvəzinə banan, dondurmanın əvəzinə qatıq yemək daha yaxşıdır. Əgər hərdən özünüzə sevdiyiniz bir şeyi yeməyə icazə verirsinizsə, buna görə özünüzü günahkar hiss etməyin. Yediyinizin hər tikəsindən zövq alın!

(səs: 0)
Şərhlər: 2
Baxılıb: 260
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
hamile xanimlar oxusun
24 sentyabr 2018 12:52
2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
BARBI
Hamilelikde saglam sekilde kilo almaq lazimdir.
22 sentyabr 2018 11:11
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri