Hamiləlik müddətində hansı məhsulların istifadəsi məsləhət görülmür?

Müəllif: Sweet Candy
Şərhlər: 2
Baxılıb: 108
Paylaş:
Səs ver:
(səs: 0)
Hamiləlik müddətində bəzi məhsulları istifadə etməkdən çəkinmək lazımdır, çünki onlar sizin uşağınız üçün təhlükəli ola bilər.

Yuyulmamış meyvə və tərəvəzlər! Bu qayda təzə sıxılmış meyvə şirələrinə də aiddir! Təzə meyvə və tərəvəzlər yaxşı-yaxşı yuyulmalıdır. Buna tam əmin olmaq üçün meyvə şirələrini ev şəraitində hazırlamaq lazımdır.

Tərkibində çiy yumurta olan yeməklər. Məsələn, restoran menyusunda olan yeməklərə əlavə edilən mayonez restoranın mətbəxində hazırlanıbsa, ona çiy yumurta da vura bilərlər. Dükandan alınan mayonezlərdə belə təhlükə yoxdur.

Acı badam (Amygdalus var. amara), ərik və şaftalı tumlarını yeməkdən imtina edin. Bu məhsulların tərkibində zəhərli maddə olan sinil turşusu var.

Bri və kamamber kimi ağ kifli pendirlər, eləcə də rokfor kimi göy kifli pendirlər. Bu pendirlərin tərkibində listeriyalar ola bilər. Listeriyalar bakteriyalardır. Onlar sizin uşağınıza ziyan vura bilərlər.

Paştet, yumurta, çiy, yaxşı qızardılmamış ət. Onlar dölə ziyan verə biləcək bakteriyaların mənbəyi ola bilərlər. Ət və yumurtanın bişirilməsi zamanı onların hazırlanma qaydalarına düzgün riayət edin.

Hazırlanmazdan əvvəl dondurulmamış çiy dəniz məhsulları, məsələn istridyə və ya suşi.

Akula, qılıncbalıq və ya marlin balığı. Bu balıqların ətlərində təhlükəli miqdarda təbii civə var. Tuna balığının ətində də müəyyən miqdarda civə var, ona görə də bu balıqdan hazırlanmış konservləri çox yemək olmaz (həftə ərzində ən çoxy dörd banka). İkidən çox təzə steyk də yemək tövsiyə edilmir.

Qidada qaraciyərdən və qaraciyər məhsullarından (məsələn, paştet və ya qaraciyər kolbasası) istifadə etməyin, çünki onların tərkibində xeyli miqdarda retinol ola bilər. Retinolun artıq miqdarda qəbulu isə uşağınıza ziyan verə bilər.

Hamiləlik dövründə spirtli içkilərin istifadəsindən də imtina etmək lazımdır.

Kofeinli içkilərin miqdarını gündəlik 200 mq-a qədər azaldın. Bu, gündəlik iki fincan tezhəllolan qəhvə, dörd fincan çay və ya beş kola bankası deməkdir. Siz onları tərkibində kofein olmayan isti içkilərlə əvəz edə bilərsiniz.

Qida məhsullarının istifadəsində hər hansı şübhəniz və ya sualınız olarsa, məlumat almaq üçün öz həkiminizə müraciət edin!

Kartof və çörək kimi karbohidratlarla zəngin qida məhsulları sizin menyunuzun vacib komponentləridir, lakin onların həddindən artıq bişirilməsinə və qızardılmasına imkan verməyin. Karbohidratlarla zəngin məhsulların yüksək temperaturda qızardılması, sobada bişirilməsi, yaxud qrildə hazırlanılması zamanı akrilamid adlanan təbii kimyəvi maddə yaranır. Bəzi tədqiqatlar göstərir ki, hamiləlik dövründə tərkibində akrilamid olan qida məhsullarının çox miqdarda istifadə edilməsi azçəkili uşaqların doğulmasına gətirib çıxara bilər.

Qida rasionunuzda akrilamidin miqdarını azaltmaq asandır. Bunun üçün aşağıdakı qaydalara riayət edin:

Kartof və ya çipsləri açıq rəngli qabıq əmələ gələnə qədər qızardın

Çörəyi (tostu) açıq qəhvəyi qabıq əmələ gələnə qədər qızardın

Qızardılması, yaxud mikrodalğa sobasında qızdırılması tələb edilən yarımfabrikatları məhsulun qablaşdırılmasında göstərilən təlimatlara müvafiq olaraq hazırlayın

Quru peçenye və ya hazır məhsullardan çox istifadə etməməyə çalışın, çünki akrilamidlər texnoloji emaldan keçən məhsullarda da aşkar edilmişdir.

Kartofu qaranlıq, sərin və quru yerdə saxlayın, lakin soyuducuda saxlamayın. Kartofu soyuducuda saxlayarkən onun tərkibindəki şəkərin miqdarı arta bilər, bu isə onun bişirilməsi, qızardılması və fri kartof hazırlanması zamanı akrilamidlərin səviyyəsinin artmasına səbəb ola bilər.

Hamiləlik dövründə dəniz məhsullarının istifadəsi təhlükəsizdirmi?
Düzgün hazırlandıqda əksər balıq növləri hamiləlik dövründə istifadə üçün təhlükəsizdir.

Amma təzə çiy dəniz məhsulları potensial təhlükə təşkil edirlər, çünki onların tərkibində parazitlər (məsələn, lentşəkilli qurdlardan olan soliter) ola bilər. Soliterlər sizdə halsızlıq yaradar və sizə və uşağınıza lazım olan qidalı maddələrin çatışmazlığına səbəb ola bilərlər. Yapon mətbəxi restoranında balıq sifariş edərkən onun lazımi qaydada hazırlanmasını tələb edin. Çiy balıqdan hazırlanan suşidən imtina etmək məsləhət görülür.

Çiy hisə verilmiş balıqlar (qızılbalıq və skumbriya) da istifadə üçün təhlükəsiz hesab edilirlər. Balıq hisə verilərkən parazitlər və listeriya bakteriyaları məhv olur. Lakin istifadə edilənə qədər hisə verilmiş qızılbalıq lazımi qaydada emal edilməyibsə, yaxud dondurulmayıbsa, onun tərkibində bakteriyalar qala bilərlər. Sizə təklif edilən hisə verilmiş qızılbalığın etibarlı mənbədən (məsələn, supermarketdən) alındığına əmin olun, şübhəniz olduqda isə bu barədə soruşun. Duzlu və ya marinad edilmiş balığın qəbulu təhlükəsizdir.

Əgər çiy istridyə, midiya və digər molyuskları xoşlayırsınızsa, hamiləlik dövründə onlardan imtina etməyiniz məsləhət görülür. Çiy halda molyusklar zərərli bakteriya və viruslara yoluxmuş ola bilər və bu da qida zəhərlənməsinə gətirib çıxara bilər.

Ev şəraitində dəniz məhsulları hazırlayarkən təhlükəsizlik məqsədilə aşağıdakı qaydalara riayət edin:

Balıq hazırlayarkən onun təzə olduğuna əmin olun və onu lazımi qaydada hazırlayın

Temperatura nəzarət üçün qida termometrindən istifadə edin

Hazırlanma temperaturu 63 dərəcə Selsidən aşağı olmamalıdır.

Yağlı balıq bişirərkən yadda saxlayın ki, onun tərkibində ətraf mühit çirkləndiriciləri, məsələn polixlorid difenillər (PXD) və dioksinlər ola bilər, buna görə də həftədə iki dəfədən artıq balıq yeməyin.

Yağlı balıq sizin üçün faydalıdır, ona görə də onu rasionunuza daxil etməyə dəyər. Onun tərkibində omeqa-3 yağ turşuları və digər vitaminlər və qidalı maddələr var. Çox sayda yağlı balıq mövcuddur, məsələn:
qızılbalıq
forel
skumbriya
siyənək
ivasi siyənəyi
sardinhisə verilmiş qızılbalıq
ilanbalığı
ançous
tuna balığı

Digər baıq növlərinin və xərçəngkimilərin də tərkibində yağlı balıqlardakı qədər dioksinlər və PXD ola bilər. Buraya dəniz çapağı, paltus, qalxanbalığı, katran (tikanlı akula) və yengəc daxildir. Bu balıqları da həftədə iki dəfədən çox yeməyin. Eyni şey tuna balığına da aiddir. Bu, onun tərkibində civə olması ilə bağlıdır. Elə bu səbəbdən də akula, qılıncbalıq və marlinin ətindən tam imtina etmək lazımdır, çünki onların da tərkibində çoxlu miqdarda civə var.

(səs: 0)
Şərhlər: 2
Baxılıb: 108
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
hamile xanimlarimiz oxusun
24 sentyabr 2018 14:10
2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
BARBI
Hamile qadinlar yediklerine cox diqqet etmelidir.Hamisini oxudum.Bezileri dogru qeyd edilib.Bu mehsullar hamile xanimlari zeherleye biler
24 sentyabr 2018 11:04
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri