Ana bətnində təxmini inkişaf dövrü

Müəllif: Sweet Candy
Şərhlər: 3
Baxılıb: 2 692
Səs ver:
(səs: 0)
Bətndaxili inkişaf üç üçaylıq dövrə bölünür.
İlk iki ay ərzində inkişaf edən insan orqanizmi embrion adlanır. Embrion üç qatdan ibarətdir və həmin qatlardan bütün bədən orqanları inkişaf edir. İkinci üçaylıqda insan orqanizmi döl adlanır. Üçüncü üçaylıqda orqanizm artıq çağadır və o yalnız əlavə qulluq göstərilərsə, yaşaya bilər. Üçüncü üçaylığa qədər vaxtından əvvəl doğuş baş verməsi halında yeni doğulmuşlar üçün intensiv terapiya şöbəsində müstəsna intensiv tibbi yardım göstərilsə belə, körpənin yaşama ehtimalı çox azdır.

İlk üçaylıq

Birinci ay

Mayalanma, toxum hüceyrəsinin borudan uşaqlığa düşməsi. Hüceyrələrin ilkin parçalanması və yeni orqanizmin inkişaf edəcəyi rüşeymin formalaşması. Üç hüceyrə qatının erkən formalaşması: (1) duyğu üzvlərinin və sinir sisteminin inkişaf edəcəyi ektodermalar, (2) qan dövranının, sümük sisteminin və dayaq - hərəkət aparatının inkişaf edəcəyi mezodermalar, (3) həzm sisteminin və sekresiya orqanlarına malik olan bəzi sistemlərin inkişaf edəcəyi ektodermalar. Uşaqlıqda xüsusi hüceyrə qatı yaranır, bu hüceyrə qatı sonradan plasentaya (ciftə) çevriləcək və onun vasitəsilə yeni orqanizmə qida maddələri daxil olacaq, həyat fəaliyyəti məhsulları ifraz ediləcək. Xüsusi hüceyrə qatı amnion və ya su kisəciyi əmələ gətirir ki, bu kisəcik göbək istisna olmaqla inkişaf edən embrionu əhatə edəcək. Qan daşıyıcı damarlar vasitəsilə qanı rüşeym diskinə yönəldən ürək kamerası formalaşır və döyünməyə başlayır. Başlanğıcda sinir novu şəklində olan sinir sistemi formalaşmağa başlayır. Mədə-bağırsaq sistemi, ağ ciyər, qara ciyər və böyrəklər inkişaf etməyə başlayır.

Ayın sonuna embrion boyu on santimetrə yaxın, bədənin yan tərəflərində əllərin və ayaqların əmələ gəlməyə başladığını göstərən kiçik çıxıntıları olan aypara şəklində bükülmüş bir forma alır.

İkinci ay
Embrionun ölçüsü təxminən 3,5 sm böyüyür. Sümüklər və əzələlər bədənin konturunu girdələşdirməyə başlayır. Sifət və boyun inkişaf edərək insan siması ştrixlərini əmələ gətirir. Alın daha seçkin olur, bu da bədənin başqa hissələrinə nisbətən beynin daha erkən formalaşmağa başladığını göstərir. Ətrafların cücərtiləri uzanır. Əzələlər və qığırdaq inkişaf edir. Cinsi orqanlar formalaşmağa başlayır.

Üçüncü ay
Dölün inkişaf dövrünün başlanğıcı. Cinsi seçilmə davam edir, kişi cinsi orqanları daha sürətlə inkişaf edir, amma həmin vaxt qadın cinsi orqanları daha neytral qalmaqda davam edir. Bütün 20 süd dişinin əsası qoyulur. Səs telləri əmələ gəlir, həzm sistemi aktivləşməyə başlayır; Mədə hüceyrələri maye ifraz etməyə başlayır; qara ciyər ödü onikibarmaq bağırsağa ötürür. Böyrəklər öz işinə başlayır, sidik tədricən döl ətrafı sulara sızır. Digər həyat fəaliyyəti məhsulları cift vasitəsilə ananın qanına daxil olur. Sümüklərin və əzələlərin inkişafı davam edir və üçüncü ayın sonuna doğru əllərin, ayaqların, çiyinlərin və barmaqların qeyri-iradi hərəkət etməsi mümkündür.

İkinci üçaylıq

Dördüncü ay

Bədənin aşağı hissələri nisbətən sürətlə inkişaf edir və beləcə başın ölçüsü bədən ölçüsünün yarısından dörddə birinə qədər kiçilir. Bel düzəlir, əllər və ayaqlar tam formalaşmış halda olur. Qanın dövran etməsi nəticəsində dəri tünd-qırmızı rəng alır, dərinin həddən artıq nazik olduğuna və dərialtı piy qatı olmadığına görə qanın hərəkətini görmək olur. Barmaqlar yumula bilər. Reflekslər getdikcə aktiv olur, çünki əzələ inkişafı davam edir. Döl tərpənməyə başlayır, buna görə də ana əllərin və ayaqların irəli gəlməsini asanlıqla hiss edə bilər.

Beşinci ay
Dərinin strukturu son görkəmini almağa başlayır. Tər və piy vəziləri yaranır və fəaliyyətə başlayır. Həmçinin dəri törəmələri: tüklər, əllərdə və ayaqlarda dırnaqlar əmələ gəlməyə başlayır. Onurğa sütunu tam düz şəkil alır, daha çox iradi olmayan aktivlik baş verir. Döl arıq və qırışlıdır, boyu 31 sm və çəkisi təxminən yarım kiloqramdır.

Altıncı ay
Üçüncü aydan etibarən bir- birinə yapışmış göz qapaqları açılır, artıq gözlər tam formalaşmış olur. Dildə və ağızda dad reseptorları əmələ gəlir.

Üçüncü üçaylıq

Yeddinci ay
Bu vaxtdan başlayaraq orqanizm müstəqil yaşamaq qabiliyyətinə malik olur. Baş beynin yarımkürələri demək olar ki, beyni tam tutmuşdur. Yeddi aylıq döl fərdi reaksiyanın müxtəlif formalarını verə bilər. İndi onun boyu təxminən 36 sm, çəkisi isə təxminən 1,5 kq-dır.

Səkkizinci və doqquzuncu ay
Bu zaman ərzində müxtəlif orqanlara və funksional qabiliyyətlərə tamamlayıcı ştrixlər vurulur. Bütün bədən boyu çox sürətlə piy əmələ gələrək qırışlı dərini hamarlayır və bədənin konturunu dəyirmi şəklə salır. Dərinin solğun qırmızı rəngi tutqunlaşır, bu səbəbdən də dəri piqmentasiyası başlanğıcda bütün irqlərdə, bir qayda olaraq, çox güclü olmur. Aktivlik intensivdir, körpə xeyli böyümüş uşaqlıq daxilində öz vəziyyətini dəyişə bilər. Aktivlik dövrləri sükut dövrləri ilə əvəz olunur. Dölün orqanları öz fəaliyyətini aktivləşdirir. Dölün ürək döyüntülərinin tezliyi çox olur. Həzm orqanları böyük miqdarda həyat fəaliyyəti məhsulları ifraz edə bilir, bu da fekaliya kütləsi əmələ gətirir. Həmin kütlə mekoniy adlanır və doğuşdan az sonra xaric olur. Uşaqlığın intensiv yığılması başlayır, bu yığılmaların daha yüngülləri bir az əvvəl başlayır və nəhayət, döl müstəqil fizioloji mövcudiyyət üçün ana bətnindən xaric olur.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 692
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri