Gələcək ananın sağlamlığı: diyeta, çəki və vitaminlər

Müəllif: Sweet Candy
Şərhlər: 3
Baxılıb: 1 563
Səs ver:
(səs: 0)
Hər bir müasir qadın hamiləliyi planlaşdırarkən belə bir sual qarşısında dayanır: orqanizmi buna necə hazırlamalı, necə qidalanmalı, rasion mayalanmaya və dölün inkişafına necə təsir edir. Qida ilə cinsi cəhətdən yetkin orqanizmin həyat qabiliyyətli varislər yaratmaq qabiliyyəti arasında, həqiqətən, sıx əlaqə mövcuddur, əgər siz və sizin partnyorunuz sağlam, balanslaşdırılmış qidalanmaya üstünlük verirsinizsə, mayalanma şansınız, sözsüz ki, artmış olur. Mayalanma və hamiləlik dövründə düzgün və sağlam qidanın incəlikləri barədə.

Sağlam qidanın əsasları
Sağlam qidalanmağa indidən başlamaq lazımdır, çünki sağlam qida yalnız hamiləlik dövründə deyil, onun planlaşdırılması mərhələsində də vacibdir.

Beləliklə, nəslini artırmağı qərara almış cütlük üçün sağlam qida nədir? Bu, ilk növbədə, balanslaşdırılmış və müxtəlif qidadır. Bunlara aşağıdakılar daxil olmalıdır:

Gündə ən azı 5 porsiya təzə, dondurulmuş, konservləşdirilmiş, həmçinin quru meyvə və tərəvəz qəbul edilməsi. Nəzərə alın ki, kartofun, xüsusən də hamının çox sevdiyi qızardılmış kartofun tərkibinin qida dəyəri çox aşağıdır. Onu təzə kahı və zeytun yağı ilə əvəz etməyə üstünlük verin. Həm də mayonezdən imtina edin.

Hər dəfə qida qəbul edəndə nişasta tərkibli yeməklərdən - çörək, makaron məmulatları, yarma, zülal və s. istifadə etməyə çalışın. Öz rasionunuza dənli bitkilər daxil edin, çünki bunlarda böyük miqdarda sellüloz var.

Sizə həmçinin gündə iki porsiya zülallı məhsullar - yağsız ət və toyuq, bal, yumurta, dənli bitkilər də yemək faydalı olar. Unutmayın ki, yumurtada dölün inkişafı üçün zəruri olan qida maddələri mövcuddur. Un məmulatları nə qədər cəlbedici olsa da, onun əvəzinə səhərlər bişmiş yumurta yeyin.

Həftədə iki dəfə süfrənizdə balıq olmalıdır, ancaq nəzərə alın ki, yağlı balığı həftədə bir dəfə yemək olar.

Tərkibində kalsium olan az yağlılıqlı süd məhsulları sizin rasionunuzda gündə üç dəfə olmalıdır. Yoqurt və ya aşağı yağlılıqlı bir stəkan süd sizin seçiminizdir.

Tərkibində dəmir olan bəzi məhsullar, məsələn; qırmızı ət, paxlalılar, quru meyvələr, çörək, göyərti və zənginləşdirilmiş dənli bitkilər səhər yeməyində faydalıdır. Bu, orqanizmə gözlənilən hamiləlik üçün dəmir ehtiyatı toplamağa kömək edir.

Öz rasionunuzu tərkibində C vitamini olan qidalarla da zənginləşdirməyə çalışın. Məsələn, tərkibində dəmir olan qidalarla su ilə qarışdırılmış portağal və ya limon şirəsi için. Bunlar qeyri-ət məhsullarındakı dəmirin yaxşı həzminə kömək edir.

Fastfud, tort, un məmulatları və qazlı suları tamamilə unutmaq lazımdır, çünki bunlarda olan yüksək faizli yağ, şəkər və duz sizi tez doyduracaq, ancaq orqanizmə qidalandırıcı maddələr verməyəcək.

Çəkinin normada saxlanmasının mühümlüyü
İstər mayalanmaya qədər, istərsə də hamiləlik dövründə düzgün çəki mühümdür. Bu, hamiləlik dövründə və doğuş zamanı fəsadlar baş verməməsinə kömək edir. Çəkinizin normaya uyğunluğunu öyrənmək üçün aşağıda verilən cədvələ diqqət yetirin. İdeal variantda bədən kütləsinin indeksi 18,5 və 25 arası olmalıdır. Tövsiyə olunan çəkiyə yaxınlaşmaqdan əlavə, həm də onu saxlamağa çalışın. Bunu da nəzərə alın ki, ovulyasiya həm artıq çəki, həm də az çəki zamanı gec-gec baş verir ki, bu da sizin mayalanma şansınızı azaldır. Bu barədə daha ətraflı məlumat almaq üçün öz həkiminizə müraciət edin.

Müsbət və mənfi cəhətlər
Mayalanmadan əvvəl gələcək ananın aşağı çəkisi aşağı çəkili uşaq doğulmasına və ya dölün inkişaf dövrünə uyğun olmaması ilə nəticələnə bilər.

Artıq çəki isə hamiləlik dövründə və doğuş zamanı fəsadlar törədə bilər. Məhz sizə uyğun diyet müəyyən etmək üçün həkimlə məsləhətləşin. Sizin məqsədininz çəkinizi həftədə 0,5- 1 kq azaltmaq olmalıdır, ancaq bundan artıq yolverilməzdir.

Hərəkətlər
Çəkini azaltmaq üçün idman hərəkətləri də mühümdür. Bunun üçün piyada gəzintilər və liftdən istifadə əvəzinə pilləkənlərlə qalxmaq yaxşı başlanğıc ola bilər. Ancaq məşqləri tədricən başlamaq və müəyyən normaları aşmamaq önəmlidir. Fitnes məşqləri barədə düşünün, bunlar çəkini məqsədyönlü və mütəxəssis nəzarəti altında azaltmağa kömək edə bilər. Hər hansı məşq kurslarına başlamağınız barədə mütləq həkimə məlumat verin.

Unutmayın ki, diyet saxlamaqla çəkinizin çox tez itirilməsi sizin orqanizminizin qidalı maddələr ehtiyatını azalda bilər. Ən yaxşı üsul sağlam qidalanma və müntəzəm məşqlər hesabına çəkinin tədricən azalmasıdır.

Düzgün çəkini saxlamaq üçün yaddaş
Hər gün mütləq səhər yeməyi yeyin! Bir boşqab yulaf sıyığı və ya qayğanaq yeməklə başladığınız gün ərzində sizin əlavə fastfudla qəlyanaltı etməyə heç bir həvəsiniz olmayacaq.

Yeməyinizin porsiyalarına fikir verin. Balaca boşqablardan yeyin, onlara az yemək yerləşir, ancaq onlar dolu görünür ki, bu da vizual olaraq insanı doydurur.

Sizin çantanızda həmişə təzə meyvə, bir ovuc quru meyvə və ya qoz olmalıdır. Gün ərzində bunlardan yeməklə evdən kənarda olanda yüksək şəkər və ya yağ tərkibli qidalardan istifadə etmədən keçinə bilərsiniz.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1 563
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri