Polivitaminlər və əlavələr

Müəllif: Sweet Candy
Şərhlər: 2
Baxılıb: 2 466
Səs ver:
(səs: 0)
Hamiləlik kimi mühüm və məsuliyyətli bir dövrdə ana olmağa hazırlaşan qadın öz orqanizm və rasionuna daha diqqətli olmalıdır. Bu və ya digər məhsulların tərkibindəki vitaminlər haqqında məlumatlı olmaq, həmçinin istifadə edilən qida nə qədər faydalı olsa da, onların miqdarını nəzərə almaq lazımdır. Hətta hamiləlik dövründə fəal həyat tərzi sürən müasir qadınlar çoxdur; onlar heç də həmişə vaxtında meyvə və tərəvəz yeməyə imkan tapmırlar, əsas faydalı maddələr mənbəyi kimi vitamin əlavələrinə, polivitaminlərə üstünlük verirlər. Ancaq bu məhsulların tərkibinin necə olduğunu, bundan hədsiz istifadə etməyin ziyanlı olduğunu və artıq qəbul etdikdə əks effekt verdiyini hamı bilmir.

Hamilələrə hər gün polivitamin preparatları qəbul etmək lazımdırmı?
Hamilələrin polivitamin preparatları qəbul etməsi orqanizmə qidalandırıcı maddələrin düzgün daxil olmasını təmin edir. Bu, müəyyən günlərdə tövsiyə olunan 5 meyvə və tərəvəzi yeyə bilmədiyiniz hallarda xüsusən faydalı ola bilər. Ancaq qidalandırıcı maddələri balanslaşdırılmış yeməkdə qəbul etmək və tamamilə vitamin həblərinə arxalanmamaq daha yaxşı olar. Bunu da unutmayın ki, yüksək yağlılığı tərkibində xeyli şəkər olan məhsullardan istifadə edilməsi sizi yalnız qısa müddətə doydurur və zəruri mineral maddə və vitaminlərlə təmin etmir.

Mütləq qəbul edilməli vitaminlər varmı?
Əgər hamiləliyiniz normal keçirsə, əlavə olaraq yalnız iki vitamini qəbul etmək tövsiyə olunur. Bu, tərkibində foll turşusu olan B və D vitaminləridir.

Müxtəlif sağlam qidalar qəbul etməyi də unutmayın, axı balanslaşdırılmış qida sizin orqanizminiz və körpəniz üçün faydalı maddələr qəbul etməyin ən yaxşı üsuludur. Gündəlik qida rasionuna meyvə və tərəvəzlər, tərkibində böyük miqdarda karbohidratlar və protein olan məhsullar daxil edilməlidir. Süd məhsullarını da unutmayın, bunlar dəniz məhsulları və dəniz duzu ilə yanaşı, böyük miqdarda yod mənbəyidir: uşağın beyin fəaliyyətinin düzgün inkişafı üçün böyük miqdarda yod tələb olunur. Əslində hətta bu və ya digər məhsulun faydası və ya ziyanını bilə-bilə də, hamı üçün düzgün qidalanma rejiminə əməl etmək o qədər də asan deyil. Əgər ürək bulanması və ya işdə məşğulluqla əlaqədar olaraq, kifayət qədər qida qəbul edə bilmirsinizsə, xüsusi əlavələr köməyinizə gələ bilər.

Hamilə qadınlar üçün əlavələrin tərkibində nə olmalıdır?
Hamilələr üçün polivitamin preparatların əksəriyyəti sutkalıq rasionu tövsiyə olunan bütün vitamin və mineral maddələrlə yüz faiz təmin edir. Tövsiyə olunan dozadan artıq qəbul etməyin, çünki sox zaman bu, gündə bir dəfə qəbul etməklə kifayət edir. Bir sıra vitaminlərin həddindən artıq qəbulu orqanizminizə və körpənizə ziyan vura bilər.

Hamilələr üçün polivitamin preparatlarının tərkibində retinol, A vitamininin heyvani tərkibi yoxdur: bunların çox qəbul edilməsi döl üçün toksik ola bilər. Əgər üzərində «Hamilələr üçün» qeydi olan vitamin kompleksində A vitamini varsa, deməli, ona bitki forması əlavə edilmişdir. Bu, beta-karotindir və uşağınıza heç bir ziyan vura bilməz.

Əgər hər gün polivitamin və mineral əlavələr qəbul etməyi qərarlaşdırmısınızsa, özünüz və körpəniz üçün belə mühüm aylarda bunların zəruri olduğunu dəqiqləşdirin.

Belə əlavələr aşağıdakılar ola bilər:

400 mikroqram (mkq) foll turşusu – 12 həftə ərzində hər gün

10 mkq D vitamini – bütün hamiləlik dövründə hər gün

Əlavələri almamışdan əvvəl onlara verilmiş təlimatı oxuyun, orada həmin preparatın tərkibindəki komponentlər göstərilməlidir.

Foll turşusu
Hamiləliyin ilk 12 həftəsində hər gün əlavə şəklində 400 mkq foll turşusu qəbul etmək lazımdır. Əgər polivitamin qəbul etmirsinizsə də, bu əlavəni bütün ilk trimestr ərzində qəbul etməlisiniz. Foll turşusunun qəbul edilməsi çox faydalıdır, çünki o, onurğa beyni sinirlərinin açılması və zədələnməsi nəticəsində yaranan inkişaf qüsurları sinir borusunun defekti təhlükəsini azaldır.

D vitamini
Həkim foll turşusundan əlavə , gündə tərkibində 10 mkq D vitamini olan əlavələr qəbul etməyi də məsləhət görə bilər. Bu, sümük və dişlərin sağlamlığını qorumaq üçün orqanizminizdə kalsium və fosfor turşusu duzlarının (fosfat) səviyyəsini tənzimləməyə kömək edir. Bundan əlavə, D vitamini uşağınızın da dişlərinin və sümüklərinin möhkəm formalaşmasına kömək edir.

D vitamini az miqdarda balıq yağı və yumurtanın tərkibində var. Ancaq bunu daha çox miqdarda yayda günəş şüaları altında qaralarkən alırıq. Əgər siz günəş şüalarından qorunursunuzsa, orqanizminizdə D vitamininin çatışmazlığı hiss oluna bilər. Əgər 20 dəqiqə ərzində günəş şüalarına sizin üzünüzü və çiyinlərinizi «qızdırmağa» imkan versəniz, orqanizminizdə D vitamini ehtiyatı xeyli artmış olar. Ancaq əvvəlcədən bu zonalara qoruyucu krem sürtməyi unutmayın.

Daha hansı əlavələr lazım ola bilər?
Həkiminiz hamiləlik dövründə edilmiş qan analizinin nəticələrinə əsasən, orqanizminizdə kifayət qədər dəmir olduğunu müəyyən edəcək. Əgər qanınızda dəmir tərkibi çox aşağıdırsa (qan azığı), sizə tərkibində dəmir olun xüsusi əlavələr təyin edəcəklər. Sizin orqanizminizdə dəmirin səviyyəsi kifayət qədər yüksək olmalıdır, çünki hamilə qadının bədənində qanın həcmi fasiləsiz olaraq artır, əlavə qan isə uşağın inkişafı üçün zəruridir.

Ancaq orqanizm özü də lazım olan qədər dəmir əldə etməyə kömək göstərir. Hamiləlik dövründə o, qidadan maksimum miqdarda dəmir almağa köklənir, buna görə də ət və ya paxlalı bitkilər kimi qida məhsullarının istifadəsi sizə faydalı ola bilər.

Hamiləlik dövründə probiotik və predbiotiklər
Əvvəlcə probiotik və predbiotikin nə olduğunu aydınlaşdıraq.

Probiotik canlı mikroorqanizmlər, adətən bakteriyalardır. Bunlar bizim bağırsaqlarımızda mövcud olan faydalı mikroorqanizmlər kimidir. Probiotikləri, adətən, dost bakteriyalar adlandırırlar.

Predbiotiklər bu dost bakteriyalar üçün qidadır. Bunlar bizim orqanizmimizdə mənimsənilmir, əsasən, zədələnmədən, çox zaman qalın bağırsaqda fermentləşərək həzm yolu ilə keçir.

Dost bakteriyalar həzm yolunda yeyilmiş qidaların parçalanmasına kömək edir və həzm yolunun hüceyrələri üçün enerji ayırır.

Belə hesab edirlər ki, dost bakteriyaların fəaliyyəti zərərli bakteriyaları sıxışdırmaqla bizim immun sistemimizə kömək edir və orqanizmdə antitellərin formalaşmasına təsir göstərir. İmmun sisteminin belə stimullaşdırılması zamanı orqanizmin infeksiyalara qarşı müqaviməti güclənir.

Hansı ərzaqlarda probiotiklər var?
Tərkibində probiotiklər olan əlavələri kapsul, toz və ya maye şəklində əldə etmək olar. Bunlar həmçinin bəzi ərzaqlarda da mövcuddur. Ancaq elə də olur ki, probiotiklər hazırlanma prosesində formalaşır.

Tərkibində probiotik olan ərzaqlar:
təbii yolla hazırlanmış yoqurt («canlı» yoqurt)
təbii yoqurt əsaslı içkilər
misa soya makaron məmulatları ilə şorbalar

Hansı ərzaqların tərkibində predbiotiklər var?
Fruktooliqosaxarid (FOS) adlanan karbohidratlar dost bakteriyaların inkişafına kömək edən ən yaxşı predbiotiklərdir. FOS karbohidratları təbii şəkildə aşağıdakı ərzaqların tərkibində mövcuddur:
baş soğan
banan
arpa
sarımsaq
soya paxlaları
yulaf

FOS karbohidratlarını həmçinin əlavələr şəklində də əldə etmək olar. Onu da qeyd edək ki, ana südündə faydalı bakteriyaların artmasına təsir göstərən predbiotiklər mövcuddur. Başqa sözlə, əmizdirilən uşaqlar ana südü vasitəsi ilə bütün zəruri maddələri alırlar.

Prebiotik və predbiotik qəbul edilməsi təhlükəsizdirmi?
Təbii mənbələrdən alınmış prebiotik və predbiotiklər, həmçinin tərkibində prebiotik və predbiotik olan əlavələr hamiləlik dövrü üçün təhlükəsiz hesab edilir. Ancaq bunları qəbul etməzdən əvvəl hər halda həkimlə məsləhətləşmək yaxşı olar. Əgər siz istənilən halda prebiotik və predbiotik qəbul edirsinizsə, onda istehsalçının göstərişlərinə mütləq əməl edin.

Daha qidalı ərzaq məhsulları
Hər gün qəbul etdiyiniz ərzaqlardan maksimum miqdarda mineral və vitaminlər almağa çalışın.

kalsium almaq üçün mənbə: süd, yoqurt və əncir qurusu

xrom almaq üçün mənbə: qrildə hazırlanmış dərisiz cücə, bir dilim üyüdülməmiş buğda çörəyi

mis almaq üçün mənbə: suda bişirilmiş yaşıl mərci, keşu qozları, manqo

foll turşusu (Vitamin B9) almaq üçün mənbə: brüssel kələmi, yumaqşəkilli kəpək (branflakes), 2 dilim kəpəkli çörək, brokkoli, portağal, xurma, cilalanmamış düyü, bərk bişirilmiş yumurta, bişirilmiş kartof

yod almaq üçün mənbə: yodlaşdırılmış xörək duzu, balıq, dəniz yosunları, süd və süd məhsulları

dəmir almaq üçün mənbə: mal əti, suda bişirilmiş noxud, suda bişirilmiş təzə kələm, yumaqşəkilli kəpək və bişirilmiş paxla

maqnium almaq üçün mənbə: 7 Braziliya fındığı, ispanaq, suda bişirilmiş cilalanmamış düyü

manqan almaq üçün mənbə: 7 pekan qozu, yulaf sıyığı, suda bişirilmiş qara lobya

pantoten turşusu almaq üçün mənbə: 1 ilıq bişirilmiş yumurta, orta ölçülü yarım avokado bitkisi, yarım yağsızlaşdırılmış süd

fosfor almaq üçün mənbə: konservləşdirilmiş sümüklü qızılbalıq, suda bişirilmiş pinto lobyası, 200 ml yarım yağsızlaşdırılmış süd

kalium almaq üçün mənbə: orta ölçülü qabıqlı bişirilmiş kartof, qreypfrut şirəsi, kişmiş və orta ölçülü 1 banan

riboflavin almaq üçün mənbə: karton qabda yoqurt, donuz filesi (нужно ли это оставить), göbələk və 50 q. orta yağlı bərk pendir

tiamin (Vitamin B1) almaq üçün mənbə: 100 q hindtoyuğu filesi, səhər yeməyi üçün 45 q vitaminləşdirilmiş dənli qida və 1 ədəd naan

beta-karotin almaq üçün mənbə: 1 bişirilmiş batat kartofu, 1 çiy kök, 150 q yemiş və yarım manqo bitkisi

B6 vitamini almaq üçün mənbə: orta ölçülü 1 banan, soyulmamış orta ölçülü 1 kartof, 100 q konservləşdirilmiş tunes və 100 hindtoyuğu döşü

C vitamini almaq üçün mənbə: 160 ml portağal şirəsi, 100q çiyələk, brokkoli və pomidor

D vitamini almaq üçün mənbə: 100 q qızılbalıq steyki, 1 bişirilmiş yumurta

sink almaq üçün mənbə: 2 iri tikə mal və ya qoyun əti, günəbaxan tumları və 100 q konservləşdirilmiş sardina

Əgər bu materialdakı informasiya bir-iki çap olunmuş vərəq şəklində yemək stolunuzun üstündə yer alsa, sizin üçün xilasediciyə çevriləcək, hər qida qəbulu zamanı düzgün seçim etməyə kömək edəcək.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 466
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri