Hamiləlik zamanı yuxu

Müəllif: Sweet Candy
Şərhlər: 4
Baxılıb: 2 357
Səs ver:
(səs: 0)
Demək olar ki, bütün qadınlar hamilə olarkən yuxusuzluq problemi ilə qarşılaşırlar. Çəkimiz artdıqca nəfəs almağımız xüsusən də uzanarkən daha çox çətinləşir. Tez-tez sidik ifrazatı tələbləri də həmçinin oyadıcı vasitə olur, tez-tez oyanırıq ki, sidik kisəsini boşaldaq. Bundan əlavə, hər birimizin yatarkən sevimli pozamız var, məhz bu halda biz səhərə kimi rahat oluruq. Ancaq təəssüf ki, qarın böyüdükcə əvvəlki rahat və istədiyimiz vəziyyətdə uzanmaq şanslarımız azalır.

Həkimlərin məsləhətlərinə görə, hamilə qadın sol böyrü üstündə uzansa daha yaxşı olar, bu vəziyyətdə böyrəklər artıq mayedən daha tez azad olur ki, bu da öz növbəsində şişkinliyin yaranma faizini azaldır. Təbii və aydındır ki, hamiləliyin ilk həftələrindən etibarən üzü üstə yatmaq olmaz. Axı qarın hələ görünməsə də, artıq orada yeni həyat yaranmaqdadır, siz isə onun üzərində uzanmaqla körpəni sıxmış olursunuz.

Arxası üstündə yatmağı da yaxşı variant hesab edə bilmərik, çünki uşaqlığın çəkisi beli sıxmağa başlayır, nəticədə ana olmağa hazırlaşan qadın kürəyindəki bərk ağrılardan şikayət etməyə başlayır.

Mən bütün ömrüm boyu arxası üstündə yatmağı sevmişəm və hamilə olanda başa düşdüm ki, 9 ay müddətinə bunu unutmalı olacağam. Etiraf edim ki, yuxuya getmək çox çətin olurdu, bircə dizlərimin arasına qoyduğum balış və ya yorğan kömək edirdi. Ancaq bu dünyada hər şey vərdişdən ibarət olduğuna görə mən buna da alışdım, beləliklə də həm özümün, həm də körpəmin həyatını rahatlaşdırdım.

Hamiləliyə xəstəlik kimi deyil, həyatınızın ən möcüzəli bir mərhələsi kimi yanaşın. Bəzən hətta ilk baxışda ən çətin görünən vəziyyətlərdən belə çıxış yolu tapmağı öyrənin.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 357
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri