Hamiləliyin başlanğıcı olaraq nə qəbul edilir?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 7 045
Səs ver:
(səs: 0)

Hamiləliyinizin başlanğıcı olaraq, cinsi birləşmənin reallaşdığı tarix deyil, son adətinizin ilk günü qəbul edilir. Bu tarixin üzərinə 280 gündəlik müddət yüklənərək körpənizin doğulacağı tarix hesablanar. Ehtimalla siz də bir çox qadın kimi hamiləliyinizdən adətinizin gecikməsindən şübhələnərək xəbərdar olmuşsunuz­dur. Adətinizin gecikdiyi tarixlərdə əlinizdə "müsbət" bir hamiləlik testi varsa, sizin 2 həftə əvvəlki cinsi birləşmədən hamilə qaldığınızı bilməmizə baxmayaraq, 4 həftə əvvəlki son adətinizin ilk günündən etibarən hamilə qaldığınızı qəbul edərək he­saplarımızı edərik, yəni sizi 4 həftəlik hamilə olaraq qəbul edərik.

Hamiləlik testinizin müsbət nəticə verdiyi tarixlərdə yumurta və spermanın birləş­məsindən meydana gəlmiş olan körpənizin qabaqcılı blastokist, rəhminizin divarına yer­ləşmiş deməkdir. Döllənən məhsulun bir hissəsi körpəyə (embrion), bir hissəsi yoldaşına (plasenta), bir başqa hissəsi də amniyon mayesinin tapıldığı kisəyə dö­nüşür. Körpənin yoldaşı, yəni plasenta hamiləlik müddətin tərəfindən körpənizin oksigen almasını və bəslənməsini təmin edər, tullantıları uzaqlaşdırar. Beta HCG dediyimiz və hamiləlik tes­tinde "müsbət olaraq ölçdüyünüz hamiləlik hormonu buradan salınır.

Körpənizi çevrələyən kisənin içində iştirak edən amniyon mayesi isə körpənizi yumşaq bir yastıq kimi saral və qoruyar.

Bir çox ana namizədini rahatlaşdıracağına inandığımız bir məlumatı burada əlavə etmək istərik. Cinsi birləşmənin reallaşdığı tarix ilə adətinizin gecikməsi arasırida ke­çən 2 həftəlik müddətdə inkişaf edən embrion xarici faktorlara qarşı olduqca dayanıqlıdır. Yəni o müddət içində ana namizədi hamiləliyindən xəbərsiz bir şəkildə dərman almırsa, em­briyon bundan əksəriyyətlə təsirlənməyəcək. Yenə də siz siz olun,həkiminizə, ilk görüşünüzdə, bu müddət içində istehlak etdiyiniz spirt və aldığınız dərmanlayar barədə  məlumat verməyi unutmayın,

Birinci trimester dediyimiz bu ilk 13 həftəlik müddətdə özünüzü hamiləliyinizə və doğulacaq olan uşağınıza ruhi olaraq hazırlamanızın yanında, bədəninizdə də dəyişikliklər olmağa başlar. Sizinlə birlikdə körpəniz də sürətlə inkişaf etməkdə və şəkillənməkdədir. Bu hissədə sizin bədəninizdə və körpənizin inkişafında yaşanacaq olan dəyişmələri detallı olaraq ələ alacağıq. Ayrıca doğum əvvəli idarələrin başlamasıyla bu müayinələrdə hansı tətbiqlərin edildiyinə də toxunacağıq. Qarşılaşa biləcəyiniz risklərin yanında bunların həllərinin də tapıldığını bilmənizi istəyirik.


Tərcümə etdi: PRETTY GİRL
Redakte etdi: PRETTY GİRL

 

(səs: 0)
Şərhlər: 1
Baxılıb: 7 045
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri