Hamiləlikdə tetanos peyvəndi

Müəllif: Sweet Candy
Şərhlər: 3
Baxılıb: 2 306
Səs ver:
(səs: 0)
Hamiləlik dövründə ana namizədlərinə ediləcək peyvəndlərdən biri tetanos peyvəndidir. Su çiçəyi, qızılca, kızamıkçık və qulaq dibi peyvəndi kimi canlı virus peyvəndi olmadığı üçün hamiləlikdə təhlükəli vəziyyətlər yaratmayan etibarlı bir peyvənddir. Difteriya tetanos peyvəndi, effektiv tetanos və difteriya toksinlərindən təmizlənilərək hazırlanmış bir toksoid peyvəndidir. Daha əvvəl heç tetanos peyvəndi edilməmiş ya da edilən peyvəndin üstündən 10 ildən çox bir vaxtın keçmiş olması halında ana namizədlərinə tetanos peyvəndinin edilməsi tövsiyə edilir.

Tetanos peyvəndi edilən ana namizədindəki anticisimlər körpəyə də keçərək, onun yeni doğan dövründə oluşa biləcək tetanosa qarşı təsirli qoruma təmin edər. Hamiləlik dövründə edilən tetanos peyvəndlərinin məqsədi də körpəni yeni doğan tetanosundan qorumaqdır. Doğum əsnasında göbək ciyəsinin steril olmayan kəsici bir alətlə kəsilməsi nəticəsində tetanos xəstəliyi oluşa bilər. Yeni doğan ölümlərinin qarşısının alınması baxımından tetanos peryvəndi olduqca əhəmiyyətli bir yerə malikdir.

Hamiləlikdə tetanos peyvəndi lazımmıdır?
Bütün dünya daxilində hər il 18.000 körpə və 30.000 ana, tetanos xəstəliyi səbəbi ilə həyatını itirir. Bu səbəblə ana namizədinə kafi dozada tetanos peyvəndi edilmiş isə, həm özünün həm də körpəsinin sağlamlığı baxımından qoruma sağlanır. Tetanos xəstəliyi, tetanos mikrobunun ifraz etmiş olduğu bir toksinin təsiri ilə meydana gəlir. Bir yara ya da kəsilmiş göbək ciyəsinin bakteriya mikrobları ilə təmas etməsi halında oluşur. Ümumiyyətlə iqtisadi səviyyəsi iyi olmayan cəmiyyətlərdə, gigiyenik mühitin olmaması və kafi sahiyyə xidmətlərinin olmaması tetanos riskini artırır.

Hamiləlikdə tetanos xəstəliyinin səbə olduğu ana və körpə ölümlərinin qarşısının alınması məqsvdi ilə edilən tetanos peyvəndi, şərt deyil, ancaq lazımlıdır. Doğum edən hər ana namizədinin tetanosa qarşı immunitetinin olması lazımdır. Sağlam bir hamiləlik dövrü və doğumdan sonrakı körpə sağlamlığı üçün ana namizədlərinin bütün peyvəndlərini tamamlamış olması tövsiyə edilir. Lakin peyvəndlərin edilməmiş olması halında, ciddi risk oluşturan tetanos xəstəliyi üçün hamiləlik dövründə ana namizədlərinə tetanos peyvəndinin edilməsi lazımdırr.

Hamiləlikdə tetanos peyvəndi niyə edilir?
Artım dövründə və hamiləlik dövründə tetanos peyvəndinin edilməsinin məqsədi, həm ana namizədinin həm də körpənin həyatını təhdid edən tetanos xəstəliyinə qarşı qorur. İki doza tetanos peyvəndindən sonra ana namizədinin orqanizmi 80 faiz ətrafında qoruyuculuq xüsusiyyətinə sahib anticisim yaradır. İki doza tetanos peyvəndi təxmini 1-3 il qoruma təmin edərək, ana namizədləri üçün etibarlı bir peyvənddir.

Tetanos peyvəndi hamiləliyin neçənci həftəsində edilir?
Tetanos, hamiləliyin hər həftəsində edilə bilir ancaq ümumiyyətlə ilk trimester (ilk 3 ay) dövrünün bitməsindən sonra edilməsi seçim edilir. Egər ana namizədi daha əvvəl tetanos peyvəndlərini tam olaraq etdirmiş və son peyvəndin üstündən 10 ildən daha az müdət keçmiş isə, hamiləlikdə tetanos peyvəndinin edilməsinə ehtiyac yoxdur. Ancaq daha əvvəl bütün tetanos peyvəndləri edilməmiş və son peyvəndin üstündən 10 ildən çox vaxt keçmiş olması halında hamiləliyin ümumiyyətlə 5-ci və 6-cı aylarında 1 ay aralıqlarla ümumi 2 doza peyvəndin edilməsi lazımdır. İkinci peyvənddən 6 ay sonra bir doza tetanos peyvəndi edilir. Hamiləlikdə vurulan son peyvəndin ardından 1 il sonra bir doza daha və bu peyvənddən 1 il sonra 1 doza daha edilərək toplamda 5 doza tetanos peyvəndi edilir. Ayrıca hamiləlik müddətində paslı bir metal ilə kəsilmə və ya batma kimi vəziyyətlərdə tetanos riskinə əlavə olaraq tetanos immunglobulin də edilə bilir.

Daha əvvəl heç tetanos peyvəndi olmayan ana namizədlərinə ən az iki doza tetanos peyvəndinin edilməsi lazımdır. İkinci dozanın doğumdan ən az iki həftə əvvəl tamamlanması tövsiyə edilir. Egər hamiləlik dövründə kafi müddətdə tetanos peyvəndi təmin edilməmiş, yani tək doza doza peyvənd edilmiş isə, ana namizədinin və körpənin tetanos xəstəliğinə qarşı risk faktoru artır. Bu səbəblə gigiyenik doğum şərtlərinin təmin edilməsinə və körpənin göbək baxımına çox diqqət edilməsi lazımdır.

Hamiləlikdə tetanos peyvəndi ağrıya səbəb olarmı?
Hamiləlikdə tetanos peyvəndi edilən hər on ana namizədinin birində peyvəndin edildiği bölgədə 1-2 gün müddətli zəif ağrı, qızarıqlıq, isdilik artışı və şişlik görülür. Bu zəif reaksiya sonrakı dozalarda daha sıx ortaya çıxır.

Hamilelikdə tetanos peyvəndi yüksək qızdırmaya səbəb olarmı?
Tetanos peyvəndinin yan təsiri olaraq, hər on ana namizədinin birində zəif qızdırma görülür. Bunun xaricində ciddi bir komplikasiyaya yol açmır.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 306
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri