Hamilə qalmağı asanlaşdıran üsullar

Müəllif: Onun_Mələyi
Şərhlər: 3
Baxılıb: 3 137
Səs ver:
(səs: 0)
Hamilə qalmağı asanlaşdıran mövqelər, qidalar və vaxtı haqqında bilməyiniz lazım olanlar Qadınla.Com da.

Hamilə qalmaq üçün ən doğru zaman, yumurtlamağa yaxın olduğunuz zamandır. Bu da əsasən aybaşı dövrü ardıcıl olan, 28 gündə bir olan qadınlar üçün 14-ci günü deməkdir. 30 gündə bir menstuasiya olan qadınlar üçün isə təxminən 16-ci gününə təsadüf edir. Diqqət edilməsi lazım olan ən əhəmiyyətli nöqtə son menstruasiyanın ilk gününün 1-ci gün olaraq əsas alınmasıdır.

Hamilə qalmağı asanlaşdıran cinsi mövqelər var mı?

Hamilə qalmaq üçün xalq arasında danışılan bəzı mövqelər var. Ancaq elmi araştırmalar sübut etmişdir ki bir cinsi mövqe yoxdur. Yalnız qadınların əlaqə sonrası dərhal ayağa qalxmaması tövsiyə edilir. Bunun səbəbi hüceyrələrin yumurtalıqlarda daha uzun müddət gözləməsi vacib olmasıdır.
Zamanlama mövqedən daha əhəmiyyətlidir. Əgər doğru zamanda əlaqədə olsanız hamilə qalmaq şansınız artar.
Hamiləlik üçün zamanlama hamilə qalmaq üçün ən uyğun zaman, yumurtlama dövrünüzün başladığı vaxtdır. Nizamlı menstruasiya olan qadınlarda yumurtlama vaxtının təxmin edilməsi çox çətin olmaz. O dövrlərdə nizamlı cinsi əlaqə tövsiyə edilir. Yumurtlama baş verdikdən sonra 24 saat, spermalar isə qadın orqanizminə daxil olduqdan sonra 48 saat canlı qalır.
Cinsi həyat üçün ideal zaman ərzində 2 gündə 1dir. Həmin gün içərisində 1den çox əlaqəyə girmək və ya sıx əlaqəyə girmək sperma keyfiyyəti baxımından problem yaradacağı üçün hamilə qalma ehtimalınızı azaltır.

Hamile qalmağa köməkçi qidalar
- E, C və bir sıra andı oksidant tərkibli vitaminlər hamiləliyi asanlaşdırmaq məqsədilə istifadə oluna bilər.
Bunların çoxalma orqanlarının üzərində müsbət təsirləri ola biləcəyi söylenmektedir.

Qadınlar qorunmağı buraxdıqdan sonra gündəlik olaraq 400 mq fol turşusu almalıdır. Bunun məqsədi hamilə qalmağı asanlaşdırmaq deyil, hamilə qaldıqdan sonra uşaqda yarana biləcək xəstəlikləri, əlillikləri önlemektir.

Hansı yaşlar hamilə qalmaq üçün idealdir?

Qadınların ən fəal olduğu 20li yaşların ortaları və ya sonları ilə 30lu yaşların əvvəlləri hamilə qalmaq üçün ən ideal vaxtlardır. Elmi olaraq 35 yaşından sonra çoxalma hüceyrələri səviyyəsində getdikcə azalma müşahidə edilmişfir.35 yaşından gənc cütlərdə 1 il sonunda, 35 yaşından gələcəkdə olan cütlərdə isə 6 ayın sonunda hər hansı bir hamiləlik aşkar edilmədikdə bir sıra test və müayinəyə başlanmalıdır.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 3 137
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri