Hamiləlikdə yuxusuzluq

Müəllif: _Mrs_
Şərhlər: 3
Baxılıb: 1 622
Səs ver:
(səs: 0)
Hamiləlik dövründə qadınların 80%-də müxtəlif yuxu pozulmaları qeyd edilir. Hamiləliyin 3-cü üçaylığında yuxusuzluq onları daha çox narahat edir. Həkimlərin ümumi rəyinə əsasən, normal sağlam yuxunun müddəti 7-8 saatdan az olmamalıdır. Yuxu üçün ən yaxşı vaxt isə axşam saat 23-dən səhər saat 7-yə qədərdir.
Hamiləlik dövründə baş verən yuxusuzluq ilə necə mübarizə aparmaq olar? Bunun üçün hamilə qadınlara aşağıdakı məsləhətlərə əməl etmək tövsiyə olunur.

- Gərginlikdən uzaq olun. Yorğunluq çox vaxt rahat yuxuya getməyə əngəl olur.
- Yatmamışdan əvvəl fiziki və zehni əməkdən uzaq olun, kompyuterdə işləməyin və televizora baxmayın. Gündəlik axşam gəzintiləri yuxuya getməyə sizə kömək edəcək.
- Hamiləliliyin 1-ci üçaylığında qadınlara məsləhət görülən günorta saatlarında bir neçə saat yatmaq tövsiyyəsi, yaxşı olar ki, hamiləliyin 2-ci və xüsusən də 3-cü üçaylığında ləğv edilsin.
- Fiziki hərəkətlərdən tamamilə imtina etməmək. Hamilə qadınlar üçün fiziki hərəkətlərin optimal növləri onlar üçün nəzərdə tutulan xüsusi bədən tərbiyəsi və yatmamışdan bir qədər əvvəl piyada gəzintidir.
- Gələcək ana əsasən böyrü üstə yatmalıdır. Məhz bu vəziyyətdə plasentar qan dövranı yaxşılaşır, hamiləliyə görə ölçüsü böyüməkdə olan uşaqlığın arxa tərəfində yerləşən iri damarlar və orqanlar sıxılmır, böyrəklərin fəaliyyəti yaxşılaşır, bədəndə olan şişkinliklər azalır, dölün qida maddələri və oksigenlə olan təminatı yaxşılaşır.
- Ayaqlarda qıcolmalar baş verdiyi halda müalicə həkimi ilə məsləhətləşmək lazımdır: ola bilər ki, bu zaman sizə həkim tərəfindən əlavə olaraq kalsium və maqnezium preparatları da təyin edilsin.
- Dərinin dartılması nəticəsində baş verən qaşınmalardan qurtulmaq üçün qarının dərisinə hamilə qadınlar üçün nəzərdə tutulan xüsusi kremlər sürtmək məsləhət görülür. Bu kremlər dərinin elastikliyini artırmaqla yanaşı, onun nəmləndirilməsinə, qidalandırılmasına da kömək edir, qarının dərisində genəlmə sahələrinin yaranmasının qarşısını alır.
- Hamilə qadınların yuxuya normal getməsinə mane olan səbəblərdən biri də qıcqırmadır. Qıcqırmanı azaltmaq üçün qida rasionunda olan kəskin və duzlu yeməkləri mümkün qədər azaltmaq, daha yaxşı olar ki, onların qəbulundan tamamilə imtina etmək lazımdır. Axşam yeməyinin qəbulu çox gecikdirilməməli və süd məhsullarından (yoqurt, kəsmik, kefir və.s.), meyvələrdən ibarət olmalıdır. Mədə turşuluğunu azaldan dərman preparatlarının qəbul edilməsi də (yalnız həkim tərəfindən təyin edildiklə) sizi bu xoşagəlməz narahatlıqdan azad edə bilər.
- Sidik ifrazı saylarının artması yuxunun normal olmasına mane olan faktorlardan biridir. Buna görə də sidik ifrazı sisteminin üzərinə düşən yükləməni və gecələr sidik ifrazı üçün yataqdan qalxma hallarının sayını azaltmaq üçün yuxuya getməzdən 4-5 saat əvvəl maye qəbulunu məhdudlaşdırmaq lazımdır.
- Ana bətnində olan uşağın xeyli dərəcədə hiss olunan hərəkətləri də ananın yuxuya getməsinə mane ola bilər. Bunun qarşısını almaq üçün yataqda bədənin vəziyyətini dəyişməyə cəhd edin: bəzi hallarda bədənin vəziyyəti dəyişən kimi, uşaq da sakitləşir.
- Gələcək analar yuxugətirici dərmanların qəbulundan imtina etməlidirlər. Tam zərərsiz olan yuxugətirici dərmanlar yoxdur: onların hamısı ciftdən keçərək dölə mənfi təsir (bəzi hallarda cox ciddi zərər!) edə bilərlər. Hamiləliyin 1-ci üçaylığında yuxugətirici dərmanların qəbulu birmənalı olaraq qadağan edilir! 2-ci və 3-cü üçaylığında isə sakitləşdirici və yuxugətirici dərman preparatları yalnız buna ciddi (!) göstəriş olduqda və yalnız (!) həkim tərəfindən təyin edilə bilər (mümkün qədər minimal miqdarda olmaqla).
- 1 çay qaşığı bal əlavə edilməklə 1 stəkan isti süd və aptek çobanyastığının dəmləməsi yuxugətirici təsirə malikdir. Ancaq yadda saxlamaq lazımdır ki, hamilə qadın hər gün bal qəbul etməməlidir. Çünki gündəlik olaraq balın qəbul edilməsi gələcəkdə doğulacaq uşaqda allergik reaksiyaların inkişaf etmə ehtimalını xeyli dərəcədə artırır. Melissa, çabor, nanə, lavanda çayları, səhraotu, pişikotu (valerian) dəmləmələri də hamilə qadınları sakitləşdirərək onların yuxuya getməsinə kömək edə bilər (istifadə etdikdən əvvəl həkimlə məsləhətləşin).
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1 622
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri