Hamiləlikdə qarın ağrısı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 157 071
Səs ver:
(səs: 3)

 

Hamiləlikdə qarın ağrısı

Qarın ağrısı yüngül sancılarla başlayıb olduqca narahat edici səviyyələrə çatan bir xəstəlikdir. Hamiləliyin erkən həftələrində və irəliləyən aylarda, doğuma yaxın həftələrdə müxtəlif səbəblərlə ana namizədi zaman zaman qarın və qasıq ağrısı hiss edə bilər. Bu ağrıların müxtəlif səbəbləri ola bilər, bu səbəblərdən bəziləri əhəmiyyətsiz və müalicə tələb etməz ikən bəziləri əhəmiyyətlidir və müalicə hətta xəstəxanaya yatış belə tələb edir.

Hamiləliyin ilk günlərində hətta adətin gecikdiyininin fərqinə varıldığı ilk günlərdə qarın və qasıq bölgələrində yüngül narahatlıq hissi ümumiyyətlə bir çox qadın tərəfindən hiss edilər. Hamiləliyin 3. və 4. aylarından qasıq bölgələrində bıçaq batırar kimi iti bir ağrı hiss edilə bilər.

Hamiləliyin son aylarında Braxton-Hicks kontraksiyonları deyilən yalançı doğum ağrıları da qarın ağrısı hiss edilməsinə səbəb ola bilər. Bu sıxılmalar nizamsız və yüngül şiddətdə olmasıyla və istirahət etməklə keçməsiylə gerçək doğum sancılarından ayrılar. Əgər bu cür sıxılmalar sıx və şiddətli gəlirsə və keçmirsə mütləq doktor/həkimə müraciət etməlisiniz, gerçək doğum sancıları və ya erkən doğum hərəkəti əlaməti ola bilər.

Hamiləliyin hansı dövründə olursa olsun ağrının yoldaşlıq etdiyi və ya etmədiyi hər növ vajinal qanama vəziyyətində mütləq dərhal həkimə müraciət etməlisiniz.

Qarın və ya böyür ağrısına yoldaşlıq edən atəş, bulanma, qusma, sidik edərkən yanma və ya sidikdə qan kimi şikayətlər sidik yolları infeksiyasından qaynaqlanır ola bilər.

Qarının üst qisimində (xüsusilə sağ üstdə qaraciyər bölgəsində) ağrı və buna yoldaşlıq edən baş ağrısı, bulanma, qusma, bulanıq görmə kimi şikayətlər təzyiq yüksəlməsi (preeklampsi) işarəsi ola bilər.

Hamiləlik əsnasında nadir olaraq pelvis yəni ləyən sümüyü oynaqlarında həddindən artıq ağrı hissi meydana gələ bilər. Xüsusilə simfizis pubis bölgəsində (qabaqda orta hətta pubis tüklərinin olduğu bölgəyə bərabər gələn oynaq yeri) hormonlara bağlı oynaqda həddindən artıq boşalmağa bağlı dam sümüyü ağrısı (pubik ağrı) deyilən şiddətli ağrılar ola bilməkdədir. Bu hormonlar doğum kanalını körpənin doğumuna hazırlıq məqsədiylə boşaldarlar.

Hamiləlikdə qasıq və qarın ağrısının "hamiləliklə əlaqəsi olmayan" bir səbəbi də ola bilər. Məsələn appendisit, öd kisəsi iltihabı (kolesistit) , divertikülit, mədə xorası kimi bir çox səbəb qarın ağrısı səbəbi ola bilər. Bu səbəblə hamiləlikdə qarın ağrısının səbəbi çox diqqətli araşdırılmalıdır, hamiləliyə bağlı normal bir qasıq ağrısımı, hamiləliklə əlaqədar bir problemə bağlı ağrımı, yoxsa hamiləliklə əlaqəsi olmayan bir xəstəliyə bağlı ağrımı ayırd edilməlidir. Müalicəsi ağrının səbəbinə görə planlanar.

 

 

Tərcümə etdi: PRETTY GİRL

Redakte etdi: PRETTY GİRL

(səs: 3)
Şərhlər: 2
Baxılıb: 157 071
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri