İşləyən hamilələrə ofisdə qidalanma tövsiyyəsi

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 1 595
Səs ver:
(səs: 0)
İnkişaf edən bir uşağın bədən hüceyrələri əsasən zülaldan edilir. Bədəninizdəki dəyişikliklər və xüsusilə də plesanta, zülala ehtiyac duyar. Hamiləlik dövründə gündəlik 10 q zülala ehtiyacınız var. Bunun üçün günə, mütləq zülal ağırlıqlı bir səhər yemək ilə başlanmalı, evdə və ya iş yerində fərq etmədən süd, pendir, yumurta (bərk/yaxşı bişmiş), qoz, tam buğda çörəyi kimi qidalarla qidalanmalıdır.

Səhər yemək sonrası və gün ərzində ana paylar arasında, mütləq ara pay aparılmalı, kiçik paylar sıx aralarla yeyilməlidir. Bu cür olarsa baş verəcək qan şəkəri problemləri ortadan qalxacaqdır.

Ara paylarda, qoz, fındıq, badam kimi çərəzlər, mövsüm meyvələri, hamiləliklə birlikdə artan kalsium ehtiyacını qarşılamağa dəstək olaraq süd, qatıq, ayran, kefir və buna bənzər süd qrupu ərzaqlar çalışan hamilələrin yanında olan, ya da asanlıqla çatacağı sağlam variantlardır.

KARBOHİDRAT ƏVƏZİNƏ ZÜLAL AĞIRLIQLI BƏSLƏNİN

Günorta və axşam yeməklərində lazımsız kalori alınmasının qarşısı alınmalı, xüsusən çox istehlak edilən çörək, plov, makaron kimi qidalar ehtiyac daxilində istehlak edilərək, zülal mənbəyi (ət, toyuq, balıq, quru lobyalılar, qatıq, ayran) yeməklərin və tərəvəz-salat kimi ərzaqların istehlakına daha çox əhəmiyyət verilməlidir. Günün bir payında olunmayan bu qida qrupları yəqin ki, digər payla balanslaşdırılmalıdır.

OFİS XARİCİNDƏ NƏ YEDİYİNİZİ BİLİN

Kənardan yemək seçimi etmək məcburiyyətində olduğunuz hallarda, salat və xüsusilə yaşıl yarpaqlı tərəvəzlərdə (ispanaq, semizotu kimi) yuma şəraitinin lazımi gigiyena qaydalara uyğunluğundan, əmin olduğunuz yerlərdə istehlakına diqqət edin. Eyni zamanda Ət, toyuq, balıq kimi qidaların sağlam bişirilmə üsulları ilə hazırlanaraq (qızart və ya sobada), hər gün 3 - 4 pay və yaxşı bişmiş olaraq istehlak etməyə diqqət veriniz.

OFİSDƏ ÇAY QƏHVƏ FASİLƏLƏRİNİ AZALDIN

Hamiləlik dəmir ehtiyacını ödəmək üçün kifayət miqdarda dəmir qəbulu çətindir. Dəmir hər nə qədər qidalarda geniş miqdarda olsa da kifayət qədər mənimsənilmir və çox ananın hamiləlik öncəsi dəmir ehtiyatları çox azdır.

Bunun üçün iş yerində çalışarkən tez-tez işlətdiyimiz çay, qəhvə kimi kofein ehtiva edən və dəmirin mənimsənilməsini azaldan içkilərə diqqət etməliyik. Çayı azaltmalı, qırmızı ət yedikdən sonra çay içməmək, qırmızı ət ilə birlikdə gün ərzində çox miqdarda kalsium almamağa və əti C vitamini ilə birlikdə (kotlet + limonlu salat kimi) istehlak etməyə çalışmalıyıq. Qəhvə də daha çox kofein olduğu üçün bu dövrdə uzaq durulmalı, ediləcəksə kofeinsiz qəhvələrə üstünlük verilməlidir.

HAMİLƏLİKDƏ BƏDƏN ŞİŞİNİN ƏN BÖYÜK DÜŞMƏNİ: SU VƏ YERİŞ

Su əhəmiyyətli qida elementlərindəndir. Bədənin daşıma sisteminin bir hissəsi olan su, qida elementlərini bədən hüceyrələrinə daşıyır və bəzi məhsulları mühitdən uzaqlaşdırır. Qida elementlərinin uşağınıza plesenta yolu ilə daşınmasını təmin edən su əsla laqeydlik edilməməli, gündə ən az 2 litr içməlidir.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 595
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri