Hamiləliyin əlamətləri nələrdir?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 6 813
Səs ver:
(səs: 2)

Hamiləliyin əlamətləri nələrdir?Hamiləliyin ilkin əlamətləri aşağıdakılardır:
1. Ən başlıca əlamət normal aybaşının bir ay gecikməsidir.
2. Hamiləliyin ilk həftələrində qadının sinələri böyüyür və döş ucları yüngülcə ağrayır.
3.Hamiləliyin ilk həftələrində sidik ifrazı artır.
4. Səhərlər ürəkbulanma və qusma müşahidə olunur. Bu əlamət hamiləliyin ikinci ayında özünü göstərir. Hamiləlik irəlilədikcə toksikoz günün hər hansı bir saatında özünü göstərə bilər.
5. Hamiləliyin daha irəliləmiş mərhələlərində qarın fərq ediləcək dərəcədə böyüməyə başlayır.
6. Hamiləliyin dördüncü və beşinci aylarında körpə tərpənməyə başlayır.
Bu əlamətlər hər zaman hamiləliyə dəlalət edir?
Xeyir. Bu əlamətlərin bəziləri hormonal pozğunluq nəticəsində də meydana gələ bilər.
Dəqiq hamiləlik diaqnozu nə zaman qoyula bilər?
Təxminən ikinci aybaşı gəlmədiyi zaman, yəni hamiləliyin dörd ilə altıncı həftəsi arası həkim müayinəsində hamiləliyin baş verməsi təsdiq olunur. Birinci aybaşının gecikməsindən 1 həftə sonra evdə hər bir qadın hamiləlik testi edib hamilə olub olmamasını isbat edə bilər

 

Redakte etdi: PRETTY GİRL

(səs: 2)
Şərhlər: 0
Baxılıb: 6 813
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri