Hamiləlikdə təzyiqin oynaması təhlükə yaradırmı?

Müəllif: Love Angel
Şərhlər: 2
Baxılıb: 1 889
Səs ver:
(səs: 0)
Hamiləlik bir qadının ən qarışıq dönəmlərindən biridir.

Bu dönəmdə gözəl təcrübələrlə yanaşı bir neçə sağlamlıq problemləri də özünü göstərir. Bunlardan biri təzyiqin düşüb-qalxmasıdır. Hamiləlikdə aşağı təzyiq təhlükəlidir? Hamiləlikdə təzyiqin düşməsi tez-tez müşahidə olunan haldır. Bir çox ana hamiləliyin ilk 3 ayında təzyiqinin aşağı olmasından şikayət edir.

Ümumi olaraq hər hansısa bir problemə səbəb olmayan aşağı təzyiq, ağır vəziyyətlərdə pis nəticələr doğura bilər. Bəs təzyiqin aşağı düşməsinə nə səbəb olur? Uşağa oksigen və qida ilə təmin etmək üçün qan həcmində sürətli artış meydana gəlir.

Bu artış damarları genişlədərək qan təzyiqinin aşağı düşməsinə yol açır.

Bunun yanaşı:
• Hormonlardakı dəyişiklik,
• Əkizlərə hamilə olmaq,
• Susuz qalmaq,
• Qansızlıq, anemiya,
• Endokrin xəstəlikləri,
• Qorxu, qayğı, stress,
• Qaraciyər xəstəlikləri,
• Daha əvvəl də təzyiqinizin bu şəkildə düşməsi kimi faktorlar da səbəb ola bilər. Aşağı təzyiqin əlamətləri nələrdir?
• Bağ ağrısı,
• Baş dönməsi,
• Bulanıq görmə,
• Qusma,
• Ürəkbulanma,
• Halsızlıq və yorğunluq,

• Ürək döyüntüsünün sürətlənməsi Təzyiq problemini necə müalicə etməli? Təzyiqin müalicəsi, onun yaranma səbəbinə görə fərqlənir. Əgər qan itkisinə görə təzyiqiniz düşürsə, bu zaman qan nəqlinə ehtiyac ola bilər. Bundan əlavə:

• Çoxlu maye qəbul etməli,
• Qidalanmanızla yetərli duz olmalı,
• Karbonhidratlardan qaçmalı,
• Həkimin verdiyi məsləhətlərə əməl etməli,
• Çoxlu kofein istifadəsindən uzaq durmalı,

• Alkoqol qəbul etməməlisiniz. Hamiləlikdə yüksək təzyiq niyə meydana gəlir? Hamiləliklə birlikdə bədəndə fiziki və hormonal dəyişikliklər baş verir. Hər nə qədər hamiləlik müddətində təzyiqin düşməsi və yüksəlməsi normal qəbul edilən bir vəziyyət olsa da, ana və uşaq üçün əndişə doğuran bir vəziyyət ola bilər. Xüsusilə əvvəlki hamiləliklərdə də yuxarı təzyiq qeydə alınıbsa, bu mütləq həkimə bildirilməlidir. Çünki yüksək təzyiq riski həm hamiləlik, həm də doğuş zamanı ciddi problemlərə səbəb ola bilər. Hamiləlikdə yüksək təzyiqin yol açdığı risklər nələrdir?

• Hamiləliyin 20-ci həftəsində yüksək təzyiq problemi varsa, bu vəziyyət preeklampsi olaraq tanınan sağlamlıq probleminı çevrilə bilər. Hippertəzyiq və ya hamiləlik zəhərlənməsi olaraq tanınan, orqanlara, həyati orqanların bir çoxuna zərər verə bilər.

• Əgər preeklampsi və sıxılmalar kimi riski artıran vəziyyətlər; keçinmə, ataklar da varsa, bu təhlükəli bir vəziyyətdir. Hamiləlikdə yüksək təzyiqə nə səbəb olur?
• Genetik səbəblər,
• Çox duzlu yemək,
• İmmunitetin zəif olması,
• Yetərsiz qidalanma,
• Diabet,
• Obezlik,
• Ananın yaşının 20-dən kiçik və ya 40-dan böyük olması,
• Qansızlıq,
• Molar hamiləlik,
• Xroniki böyrək xəstəliyi Hamiləlikdə yüksək təzyiq əlamətləri nələrdir?
• Baş ağrısı,
• Bulanıq görmə,
• Qanlı idrar,
• İdrar miqdarında azalma,
• Ürəkbulanma və qusma,
• Halsızlıq, yorğunluq,
• Ani və sürətli kilo alma,
• Qanama Hamiləlikdə yüksək təzyiq necə müalicə olunur? Əgər yüksək təzyiq problemi hamiləliyin ortasında əmələ gəlibsə, ən effektiv müalicə üsulu istirahətdir.

Ananın istirahət etməsi qan təzyiqinin düşməsini təmin edəcəkdir. Əgər qan təzyiqi idarə ediləməyəcək dərəcədədirsə, ana mütləq həkimə müraciət etməlidir.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 889
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri