Hamiləliyin ilk həftəsi

Müəllif: Love Angel
Şərhlər: 4
Baxılıb: 2 655
Səs ver:
(səs: 0)
Hamiləliyinizin 1-ci həftəsində bədəninizdəki və körpənizdəki dəyişikliklər nələrdir?
Əgər hamilə qalmağa çalışırsınızsa və ya bunu planlayırsınızsa hamiləlikdən əvvəl içkini tərgitmək lazımdır, hətta istifadə etdiyiniz dərmanlar varsa bu dərmanların hamiləliyinizə necə təsir edəcəyini araşdırmalısınız. Bundan başqa, siz, alkoqol, siqaret və narkotik maddələrdən uzaq durmalısınız. Bu maddələr doğuşu çətinləşdirməyə, uşaqda inkişaf geriliyinə, tənəffüs sistemi problemlərinə, çəki azlığına səbəb olur. Həkim nəzarəti olmadan dərman istifadəsi uşağın düşməsinə səbəb ola bilər. Sağlam bir uşaq dünyaya gətirmək baxımdan bu çox önəmlidir. Hamiləliyinizin başlanğıcı son mensturasiya tarixinizdir. Yumurtanın nə zaman parçalandığı və ya spermayla nə vaxt birləşdiyi dəqiq olmadığı üçün həkimlər son mensturasiya tarixini hamiləliyin başlanğıcı olaraq hesablayırlar.

Əsas məsələ: Psixolojik olaraq özünüzü hazırlayın!
İlk həftədə fiziki olaraq hamilə olmasanız belə bu fikrə özünüzü öyrəşdirmək çox vacibdir. Sadəcə fiziki olaraq hazır olmanız sağlam hamiləlik üçün kifayət deyil. Ruhi olaraq da hamilə olduğunuza və bir can daşıdığınız fikrinə fokuslanmalısınız. Bu zaman ərzində körpənin inkişafına müsbət təsir edəcək işlərlə məşğul olmalısınız. Məsələn, müntəzəm olaraq gedəcəyiniz bir idmana yazıla bilər və ya hamilələr üçün yoqa dərslərinə gedə bilərsiniz.

Unutmayın: stresdən uzaq, diqqətli bir ana olsanız sağlam uşaq dünyaya gətirməyiniz üçün qarşınızıda heç bir maneə olmayacaq.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 655
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri