Hamiləlikdən qoruyucusuz necə qorunmaq olar? - 4 EFFEKTİV TÜRKƏÇARƏ

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 4 491
Səs ver:
(səs: 0)
Ana olmaq hər bir qadının arzusudur. Tabii ki, qadının buna fiziki və psixi tərəfdən tam hazır olması vacibdir. Əks təqdirdə, arzulanmayan hamiləliklər insanın həyatına mənfi təsir göstərə bilər. Belə vəziyyətlərdə hamiləlikdən qorunma aktuallaşır.

Hamiləlikdən qorunmağın bir çox üsulları var. Bunlara kontroseptiv tabletlər, spiral, prezervativ, yarımçıq cinsi əlaqə, təqvim üsullarını aid etmək olar.

Yuxarıda sadalanan üsullar əlçatmaz olduqda isə, əl altında olan vasitələrdən istifadə etmək daha məqsədəuyğun hesab edilir.

Qadinla.com sizə bu gün xalq təbabəti üsulu ilə arzuolunmayan hamiləlikdən qorunmağın yollarını göstərir:

1. Cinsi əlaqədən əvvəl nanə bitkisinin təzə sıxılmış şirəsində isladılmış pambıq uşaqlıq yoluna qoyulduqda hamiləlikdən qorunmaq mümkündür.

2. Əlaqədən əvvəl uşaqlıq yoluna qoyulan bir dilim limona da etibar edə bilərsiniz. Bunun səbəbi spermotozoidlərin turş mühitdə məhv olmasıdır. Lakin əlaqədən sonra limon dilimini mütləq oradan çıxartmaq lazımdır.

3. İsti vanna qəbul etmək də çox effektiv üsuldur. Kişilər əlaqədən əvvəl 10 dəqiqə isti vanna qəbul etsələr, o zaman onlarda yaranan spermotozoidlər aktivliyini itirəcəklər. Qadınlar isə bu proseduru əlaqədən sonra etsələr müsbət nəticə əldə edərlər.

4. Hər gün cinsi əlaqədə olan zaman əmələ gələn spermotozoidlərin yaşam keyfiyyətinin aşağı olduğu məlumdur. Məhz bu xüsusiyyərdən istifadə edərək də arzuolunmayan hamiləlikdən yaxa qurtarmaq mümkündür.

Nəzərə alın ki, bütün bu sadalanan üsullar sizi hamiləlikdən 100% qorumayacaq. Düzdür, üsullar effektlidir, ancaq onlardan hər gün istifadə etməyiniz səhhətinizdə problemlərə yol aça bilər. Buna görə də, həkiminizlə məsləhətləşərək sizin üçün daha təhlükəsiz və effektiv üsulu seçməyiniz məsləhətdir.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 4 491
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri