Hamilə qadınlar neçənci aydan çimərlikdən istifadə edə bilər?

Müəllif: Diablo
Şərhlər: 0
Baxılıb: 2 377
Səs ver:
(səs: 0)
Hamiləlik dövrü üzmək çox xeyirlidir. Üzmə zamanı qol, ayaq və qarın nahiyəsində olan bütün əzələlər işlədiyi üçün, anada ürək vurğusu və alınan oksigenin miqdarı artır. Bunun sayəsində uşağa gedən oksigenin miqdarında da artma olur. Hamiləliyin ilk üç ayında üzmək ürəkbulanma və qusmanı da azalda bilər.

Digər aylarda bağ və vətərləri möhkəmləndirərək, bel və kürək ağrılarını azaldır. Ilk üçaylıqda həftədə 2-3 dəfə və gün ərzində 20 dəq üzmək kifayətdir. Sonra isə müddəti 30 dəqiqəyə qədər artırmaq olar. Yayın isti aylarında hamilə qadınları maraqlandıran ən aktual sual - "hamilə qadınlar çimərliyə gedə bilərmi?" - sualıdır. Bu suala cavabımız "bəli" dir. Hamilə qadınlara dənizdə üzmək ziyan deyil. Hətta dəniz üzgüçülük hovuzlarına nisbətən daha təmiz hesab olunur. Ancaq hamilələr getdikləri çimərliyin təmiz olmasına mütləq fikir verməlidir.

Çimərlik və su çirklidirsə, dənizdə çimmək məsləhət görülmür. Hamiləlik müddətində ayaqlarda qıcolma artdığından, hamilə qadınlar dayaz yerdə (suyun səviyyəsi sinəyə qədər olması şərti ilə) yaxın məsafələrdə üzməlidirlər ve suya tək girməməlidirlər. Həmçinin üzərkən nəfəsi uzun müddət saxlamaq olmaz. Hamilə qadınlar çimərlikdə hamilələr üçün xüsusi hazırlanmış çimərlik geyimindən istifadə edə bilərlər. Hamiləlik müddətində qaralma, ultrabənövşəyi şüaların təsirindən fol turşusu çatışmazlığına gətirə bilər. Buna görə də hamiləlik müddətində qaralmaga çalışmaq risklidir. Dənizə günün isti saatlarında girmək olmaz. Dənizə girmək üçün ən yaxşı vaxt - səhər saatları və ya axşamüstü günəş şüalarının azaldığı vaxtdır. Əlbəttə, bütün bu deyilənlər normal hamiləlik keçirən qadınlara aiddir.

Hamiləlik vaxtı düşük təhlükəsi, qanın, suyun gəlməsi və s. problemlər varsa, üzmək təhlükəlidir. Hamilə qadinlara səyahətə çıxmaq və çimərliyə getməyin planlaşdırarkən öz həkimləri ilə məsləhətləşmək tövsiyə olunur.
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 377
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri