Hamiləlik zamanı fol turşusu qəbulu niyə bu qədər vacibdir?

Şərhlər: 0
Baxılıb: 963
Səs ver:
(səs: 1)
Həkimlər hamiləlik planlaşdıran qadınlara və ya hamilə olanlara istisnasız olaraq bu fol turşusu təyin edirlər. Bəs bu nə möcüzəli vasitədir və nə üçün gələcək ananın və doğulacaq körpənin orqanizmi üçün bu qədər vacibdir?

Fol turşusunun xassəsi və funksiyası

Fol turşusu çatışmazlığı hər ikinci qadında müşahidə olunur. Fol turşusu hamilə qadınlar və hamiliyi planlaşdıran qadınlar üçün xüsusilə vacibdir. Tədqiqatlara əsasən, fol turşusunun hamiləlikdən bir neçə ay əvvəl gündəlik olaraq qəbulu 80% hallarda dölün anadangəlmə qüsur riskini azalda bilər.

Hamiləlik zamanı qadın orqanizmi adi hallardan daha çox miqdarda fol turşusu sərf edir. Həmçinin bu vitaminin orqanizmdə az miqdarda sintez edildiyi və ehtiyatda az miqdarda saxlanıldığı üçün fol turşusunu əlavə qəbul etməklə gündəlik tələb olunan səviyyəni qorumaq vacibdir.

Fol turşusu qəbulu xüsusilə hamiləliyin ilk trimestrində (ilk üç ay) vacibdir. Məhz bu zaman insanın sinir sisteminin ilkin forması olan onurğa və baş beynin sələfi - sinir borusu formalaşır. Bu zaman fol turşusu çatışmazlığı ən ciddi, çox vaxt geridönməz nəticələrə səbəb ola bilər.

Anada fol turşusu defisiti fonunda döldə sinir borusu qüsurları yaranmasa belə, sonradan belə uşaqlar psixozlardan, nevrozlardan və ya əqli gerilikdən əziyyət çəkə bilərlər. Bundan əlavə körpə doğulduqdan sonra fol turşusu qəbulunu dayandırmaq tövsiyə edilmir, çünki körpə onu yalnız ana südü ilə qəbul edir.

Hamilələrdə fol turşusunun çatışmazlığı

Təəssüf ki, fol turşusu çatışmazlığı elə də nadir hal deyil. Qeyd edildiyi kimi, fol turşusu orqanizmdə demək olar ki, toplanmır və bağırsaq mikroflorası tərəfindən cüzi miqdarda istehsal olunur.

Fol turşusu çatışmazlığı sürətlə inkişaf edir, ilk simptomlar artıq hamiləliyin birinci həftəsində nəzərə çarpır və bir aydan sonra vəziyyət kritik həddə çatır. Hamilədə fol turşusu çatışmazlığının əlamətləri kimi dərinin solğunluğu, əsəbilik, qıcıqlanma, yorğunluq, yaddaş və diqqət problemləri, sızanaqların, piqment ləkələrinin yaranması, kəskin çəki itkisi və s. misal göstərmək olar.

Təəssüf ki, bu simptomlara heç də hər zaman diqqət yetirilmir və onlar hamiləlikdə adi bir hal kimi qəbul edilir. Ancaq fol turşusu çatışmazlığı aradan qaldırılmasa, bu həm hamilə qadının özünün, həm də gələcək uşağın sağlamlığı üçün təhlükəli ola bilər.

Fol turşusunun orqanizmdəki əsas funksiyası DNT sintezində gərəkli olan purin və timin sintezində iştirakıdır. Buna görə də fol turşusu və vitamin B12 hüceyrə genlərinin ikiləşməsində mühüm rol oynayır.

Fol turşusu serin və qlisin aminturşularının, serotonin və adrenalin kimi neyromediatorların sintezində iştirak edir, eritrositlərin yetişməsi və formalaşmasında mühüm rol oynayır.

Fol turşusu catışmazlığının fəsadları:

- Bətndaxili hipoksiya və döldə qanyaranmanın pozulması – sinir borusunun formalaşma defektlinə (neyronlar hipoksiya şəraitində tam böyüyüb-inkişaf edə bilmir) səbəb olur.

- sinir borusunun defekti: yenidoğulmuşlarda 1000:1 nisbətində rast gəlinir

- anensefaliya (beyin rüşeyminin yaranmaması)

- spina bifidus – fəqərə qövslərinin defekti

- digər qüsurlar: hidrosefaliya, ürək-damar sisteminin anomaliyası (böyük arteriyaların qüsuru, anadangəlmə ürək qüsurları 1:100 nisbətində rast gəlinir) və sidikçıxarıcı sistemin defekti, yuxarı damağın yarıqları.

Fol turşusu estrogenəbənzər təsirə malikdir. Müəyyən olunmuşdur ki, tərkibində 50 mkq estrogen olan oral kontraseptivlər (OK) folatların mübadiləsini pozur. Döldə sinir borusunun defektinin inkişaf riski oral kontraseptivləri ləğv edən hamilə qadınlarda daha yüksəkdir. Həmçinin, fol turşusundan istifadəsi fonunda hormonal kontraseptiv qəbul edən qadınlarda uşaqlıq boynu xərçənginin riski azalır.

Fol turşusu qidalarda:

Qida məhsullarında fol turşusu qeyri-stabil folat formasında olur. Folatlarla daha zəngin olan qidalar: yaşıl yarpaqlı bitkilər (ispanaq, kahı, qulançar), kök, qaraciyər, yumurta sarısı, pendir, yemiş, ərik, balqabaq, avokado, lobya, buğda və çovdar ununu misal göstərmək olar.

Folat ilə zəngin qidaların müntəzəm istifadəsi (mərcimək, lobya, ispanaq, qulançar və s.) fol turşusuna olan tələbatı qismən ödəyə bilər.

Cədvəl. Folatlarla zəngin qidalar

Qidanın adı
Bir payda folatın
miqdarı,
mkq

Gündəlik istehlak
normasının
faizi
Mərci
358
90 %

Lobya
294
74%

İspanaq
263
65%

Qulançar
262
65%

Kahı
177
44%

Ancaq normanı tam təmin etmək üçün, xüsusən də hamiləlik dövründə, yalnız qida məhsulları yetərli deyil. Yeməyin bişirilməsi və ya soyuducudan kənar uzun müddət saxlanılması onun tərkibindəki fol turşusunun parçalanmasına səbəb olur. Beləliklə də, adi qidalanma ilə lazımi miqdarda vitamin əldə etmək mümkün olmur. Orqanizmin bu vitaminə olan ehtiyacını tam ödəmək üçün mütəxəssislər fol turşusu preparatını qəbul etməyi məsləhət görürlər. Yaşlı insanlarda Fol turşusuna sutkalıq tələbat - 200 mkq, hamilə qadınlarda 400 - 600 mkq. Südverən qadınlarda sutkada 500 mkq ekvivalentində istifadə etmək tövsiyə olunur.

Yalnız tək fol turşusu qəbulu sağlam körpənin doğulması üçün kifayətdirmi?

Davranışdakı dəyişikliklər və iştahanın azalması nəticəsində tez-tez fol turşusu çatışmazlığı ilə yanaşı, Vitamin B12 və Yod kimi nutrientlərin də defisiti müşahidə olunur.

Qeyd edildiyi kimi, gündə 400 mkq dozada fol turşusunun əlavə edilməsi mütəxəssislər tərəfindən tövsiyə olunur ki, bu da hamilənin qidalanmasında olan kənarçıxmalar və iştahanın azalması ilə izah olunur. Belə "qastronomik" dəyişikliklərin nəticəsi fol turşusunun çatışmazlığına eləcə də Vitamin B 12 və yod kimi bir sıra digər vitamin və mineralların çatışmamazlığına da əlavə olunur.

Vitamin B12

Vitamin B12 bir çox metabolik proseslərdə iştirak edir. Ən önəmlisi gen ikiləşməsində ribonukleotidin deoksiribonukleotidə çevrilməsində iştirak etməsidir. Beləliklə, vitamin B12 hüceyrələrin normal böyüməsinə və eritrositlərin əmələ gəlməsinə və normal yetişməsinə təsir edir.

Fol turşusu və Vitamin B12-nin çatışmazlığı homosisteinin artmasına səbəb olur ki, bu da damar divarının zədələnməsinə və aterosklerozun inkişafına səbəb olur.

Hamiləlik zamanı homosisteinin çox olması fetoplasentar çatışmazlığa, yarımçıq hamiləliyə, rüşeym implantasiyasının defekti nəticəsində sonsuzluğa səbəb ola bilər. Hamiləliyin gec dövründə xroniki fetoplasentar çatışmazlığa və dölün bətndaxili hipoksiyasına səbəb olur. Hamiləliyin II yarısında generalizəolunmuş mikroangiopatiya nefropatiya, preeklampsiya və eklampsiyaya səbəb olur.

Yod

Yod tiroksin və triyodtironin əmələ gəlməsi üçün lazımdır. Bu iki tiroid hormonu orqanizmin bütün hüceyrələrində metabolizmin normal getməsini təmin edir.

Uşaqda yod çatışmazlığı nəticəsində əqli inkişafdan geri qalma, hipotrofiya, boyun inkişafdan qalması, eşitmə və nitq qüsuru, çəpgözlük, spastik iflic baş verə bilər.

Aşağıdakı qruplarda hipovitaminoz riski yüksəkdir:

- Erkən mərhələlərdə toksikozu olan hamilə qadınlar

- 18 yaşdan aşağı və 35 yaşdan yuxarı hamilə qadınlar

- Çəkisi 25%-dən artıq olan və ya çəki defisiti olan qadınlar

- Vegetarian pəhrizdə olan və ya qeyri-düzgün qidalanan qadınlar

- Çoxdöllü hamiləliyi olan qadınlar

- Doğuş arasında 2 ildən az fasilə olan hamilə qadınlar.

- Ayrıca olaraq, mədə-bağırsaq xəstəliklərindən, miopiyadan, hipertoniyadan əziyyət çəkən; düşük və yarımçıq hamiləlik təhlükəsi olan qadınları qeyd etmək lazımdır. Tədqiqatlar göstərir ki, bu qadınlarda antioksidant qrupundan olan vitamin və mineralların səviyyəsi, demək olar ki, 40% azalır.

Bütün bu patologiyaların inkişaf riskini azaltmaq üçün tam dəyərli vitamin-mineral kompleksi qəbul etmək lazımdır. Fol turşusundan əlavə bura vitamin B12 və yod daxil edilməlidir. Bunlar həmçinin hamiləliyin gedişatını asanlaşdırır və sonrakı mərhələlərdə orqanizmi doğuşa hazırlaşmasına kömək edir.

Problemin həlli - ehtiyac duyduğunuz hər şeyin bir tabletdə balanslı şəkildə birləşdirən yeganə dərmanın alınması ola bilər.

Bu yanaşma həm iqtisadi baxımdan əlverişlidir, çünki ayrıca monopreparatların alınması ciddi şəkildə "cibə zərər vura" bilər, həm də qəbulu rahatdır: çoxsaylı dərman qəbulu cədvəli düzəltməyə ehtiyac yoxdur - yalnız bir tablet içmək kifayətdir.

Məqalə Bioloji təbabət klinikası tərəfindən təqdim olunub
(səs: 1)
Şərhlər: 0
Baxılıb: 963
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri