Hamilələr daha az çay içməlidir!

Müəllif: Diablo
Şərhlər: 2
Baxılıb: 2 988
Səs ver:
(səs: 1)
Dublin Uvibersitetinin (Böyük Britaniya) alimləri aşkar ediblər ki, hamiləlik zamanı qəhvə və ya çaydan sui-istifadə dölün çəkisinə mənfi təsir edir.

Qadınla.Com xəbər verir ki, araşdırma zamanı 1000-ə yaxın hamilə qadının rasionu və doğulan uşaqların sağlamlıq göstəriciləri araşdırılıb. Məlum olub ki, kofeinin çoxlu miqdarda qəbulu azçəkili uşaqların doğulmasına səbəb olur.

Azçəkili uşaqlarda bəzi ciddi ağırlaşmaların riski yüksək olur. Bu ağırlaşmalar arasında: anemiya (qanazlığı), beyinin zədələnməsinə səbəb ola bilən hipoqlikemiya (qanda şəkərin normadan az olması) və s.

Kofeinin əsas mənbələri: qəhvə, çay (həm qara, həm də yaşıl). Araşdırmada iştirak edən qadınlar kofeini əsasən çaydan alırdı.

Bütün bunları nəzərə alaraq, alimlər hamiləlik zamanı daha az çay içməyi tövisyə edirlər.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 2 988
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri