Hamiləliyin və doğuşun vaxtı necə təyin olunur? Ginekoloqdan ətraflı İZAH

Müəllif: Diablo
Şərhlər: 1
Baxılıb: 3 673
Səs ver:
(səs: 0)
Tez-tez verilən suallardan biri “Hamiləliyin həftəsi necə hesablanır?” Buna aydınlıq gətirmək məqsədi ilə bir neçə üsulu izah etmək istəyirəm.

Hamiləliyin müddəti və doğuşun vaxtının hesablanması anamnestik və obyektiv məlumatlara əsaslanır:

- Son aybaşının ilk günündən hesablanma: ilk günün tarixinə 280 gün əlavə edilir.

- Ovulyasiya günündən: son aybaşının ilk gününə 11 gündən 15 günə kimi, aybaşı dövrünün (sikl) müddətindən asılı olaraq ( 21 günlük sikldə - 10-11 gün, 24 günlük sikldə - 12 gün, 28 günlük sikldə - 15 gün), sonra alınan tarixə 10 dəfə 4 həftə əlavə olunur.

- Dölün ilk tərpənişindən: ilk doğanlarda dölün tərpənişi 18-20-ci həftədə, təkrar doğanlarda 14-16-ci həftədə hiss olunur. Tərpəniş hiss olunduğu həftəyə ilk doğanlarda 20-22 həftə. Təkrar doğanlarda 24-26 həftə əlavə olunur.

- Neqel üsulu ilə təxmin edilən doğuşun tarixi təyin edilir - son aybaşının ilk günündən arxaya 3 ay çıxılır, üstünə 7 gün əlavə edilir.

39-40 həftəlik hamiləik obyektiv məlumatlara əsasən təyin edilir:

Qarnın çevrəsi - 95-100 sm
Uşaqlığın dibinin hündürlüyü - 34-36 sm (boylama vəziyətində)
Yetişmim dölün alın-ənsə ölçüsü – 12 sm
Dölün uzunluğu. Çanaq ölçənlə olçülür - 24-25 sm və daha cox
Yetişmiş hamiləlik zamanı uşaqlığın dibi xəncərə bənzər çıxıntı və göbək nahiyəsinin ortasında yerləşir.

Hamiləliyi planlaşdıran cütlüklər bilmədilər ki, hamiləliyin baş tutması üçün ovulyasiya mütləq olmalıdı. Partlamış yumurta 1 sutka ərzində mayalanma qabiliyyətində olur, sperma 3 sutka ərzində qadının genital orqanında canlı qalır. Biz pasientə tövsiyə edirik ki, ovulyasiya günü və ya bir gün öncədən cinsi əlaqə baş versin. Bu hamilə qalmaq şansını artırır.

Ovulyasiyanın baş verməsini bazal temperaturun olçülməsi ilə bilmək olar. Ovulyasiyadan bir gün öncədən hərarət 37 dərəcə və 0,4 dərəcə qalxa bilər, 3 gün yüksək olur. Sperma ücün ideal şərait zəif gələvi mühitdir. Bunu öncədən spermoqramı və uşaqlıq yolunun mühitini yoxlanmaqla bilmək olar. Türş və gələvi mühit spermanın müxtəlif potalogiyalarının göstəricisidir.

Nüşabə Əlişova, mama-ginekoloq, t.üzrə f.d, ATU, Cərrahiyyə klinikası
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 3 673
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri