Hamiləlik vaxtı qrip uşağa ziyan vura bilər

Müəllif: Diablo
Şərhlər: 1
Baxılıb: 2 455
Səs ver:
(səs: 0)
Hamiləlikdə immun sistemi zəiflədiyindən qripp daha ağır və uzunmüddətli olur.

Qrip, insandan insana yaxın təmasda hava-damcı yolu ilə keçir. Xəstəliyin sürəsi 1- 4 gündür. Böyüklərdə simptomlar başlamadan 1 gün əvvəl və başladıqdan 5 gün sonra keçiriciliyi aktiv olur.

Qrip anadan dölə keçə bilir.
Hamiləlik müddətində ürək vurğusunda, ürəyin pompaladığı qan miqdarında, oksigen tükətimində, ağciyər tutumunda və immun sistemində ortaya çıxan fizioloji dəyişikliklər qriplə bağlı ağırlaşmaların ola biləcək riskini artırır. Hamiləliyin son həftələrində qripə tutulan hamilə qadının doğuş sonrası xəstəliyini uşağına keçirmə riski çoxdur.

Hamiləlikdə qrip peyvəndi edilə bilər.
Qrip ilə bağlı ciddi ağırlaşmaların qarşısını almağın tək və effekti yolu qrip peyvəndidir. Peyvənd vurulduqdan sonra anada əmələ gələn antitellərin bir miqdarı uşağa da keçərək həyatının ilk aylarında onu da qripə qarşı qoruyacaqdır. Qrip peyvəndi canlı virus olmadığından hamiləlikdə işlədilməsinin də bir əks göstərişi yoxdur. Qrip peyvəndi eyni zamanda əmizdirən analara da edilə bilər. Peyvənd, əzələdaxili inyeksiya olaraq qoldan vurulur. Hamilə qadınların qrip sezonunda hamiləliklərinin ikinci və üçüncü aylarında qrip peyvəndi olunması məsləhətdir. Qrip peyvəndi hamiləliyin hər dönəmində etibarlı olsa da, ilk ay çox lazım olmadıqca dərman istifadəsindən çəkinmək və peyvəndi ilk ücaylığın sonunda edilməsi daha uyğundur.

Hamiləlikdə qripi daha yüngül keçirmək üçün diqqət edilməsi məqamlar:

- Bakterial infeksiyanın olmadığı təqdirdə antibiotik istifadə edilməməlidir.

- Müalicədən çox xəstəliyə tutulmamaq vacibdir. Bu səbəblə epidemiya dönəmində bağlı yerlərdə çox qalmamaq və əlləri tez-tez yumaq qoruyucu ola bilər.

- Ən yaxşı və ən effektiv dəstək müalicəsi yataq istirahətidir. Yatarkən başı yuxarıda tutmaq (2 və daha çox sayıda yastıq ilə yatmaq) burun axıntısının verəcəyi rahatsızlığı da azaldacaqdır.

- Ətraf mühitin kifayət qədər isti olmasına və yaxşı havalandırılmasına diqqət edilməlidir.

- Havanın qurumasının qarşısı alınmalıdır, nəmli olması təmin edilməlidir.

- Kifayət qədər maye qəbulu son dərəcədə vacibdir.

- Xəstəlik müddətində qidalanmağa diqqət edilməlidir, iştahasızlıq varsa enerji ehtiyacını qarşılamaq üçün karbohidrat tərəfindən zəngin pəhrizə üstünlük verilməlidir.

- Boğaz ağrısını götürmək üçün pastil işlədilə bilər.

- Burun tutulması üçün duzlu su ya da dəniz suyu işlədilə bilər.

- Xəstənin vəziyyəti yüngülləşdikdə dərhal aktiv fəalliyyətə qayıdılmamalıdır, tam sağalma üçün bir vaxt daha istirahət edilməlidir.

Ana namizədlərində qrip bəzən ciddi fəsadlar yarada bilər. Hərarət uzun müddət 38.5 C üzərinə çıxdıqda, nəfəs alıb vermədə güclük varsa, sinə ağrısı əlavə olunursa, şiddətli qulaq ağrısı, qulaqdan axıntı və qanaxma olarsa, axıntı və qızarıqlıq varsa, ənsə sərtliyi ortaya çıxarsa və xroniki öksürək olursa mütləq həkimə müraciət edilməlidir.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 455
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri