Xoşbəxt bir hamiləyəm

Müəllif: Pure Love
Şərhlər: 1
Baxılıb: 5 716
Səs ver:
(səs: 0)

 

Hamiləlik müddəti qadının həyatında çox əhəmiyyətli bir dövrdür.  Bu dövrdə duyğular və davranışlar sürətlə dəyişən hormonlara bağlı olaraq fərqli olur və qadının hassaslığı artır.
Hər keçən ayda körpəsinin sağlamlığı ilə bağlı narahatlıqları artır və bu narahatlıqlarla əlaqədar  yaranan əsəbilik ətrafındakı yaxınları tərəfindən tez-tez müşahidə edilir. Emosional dəyişikliklər zamanı ətrafın dəstəyi və anlayışı çox əhəmiyyətlidir. Bu dövrdə ana namizədi də həm özü həm də körpəsinin sağlamlığı üçün bəzi səylər göstərməlidir.
Hamilə olduğunu ilk öyrəndiyi andan etibarən bu duyğununun gözəlliyindən zövq almalıdır. Körpəsi ilə danışmağa başlaya bilər, eyni zamanda yaşadığı gözəl duyğuları həyat yoldaşı və yaxın ətrafı ilə paylaşa bilər. Paylaşmaq bu duyğunu daha dərindən hiss etməsinə səbəb olacaq.
İlk həftədən etibarən stress yarada biləcək insanlara və hadisələrə qarşı özünü qorumalıdır. Sonrakı aylarda əhvalını korlayacaq adamlardan və hadisələrdən uzaq durmağı bacara bilməli və yalnız həyatına və körpəsinə fokuslanmalıdır. Bu mövzularda yarana biləcək narahatlıqları yoldaşı ilə birlikdə, lazım gəldikdə isə mütəxəssisin köməyi ilə aradan qaldırmalıdır.
Hamiləlik zamanı  onu müşahidə edən həkimi ilə yaxın ünsiyyət qurmalı  və ona güvənməlidir. Körpənin sağlamlığı ilə bağlı narahatlıqlarını əvvəlcə həkimi ilə paylaşmalıdır.
Gün ərzində tətbiq edə biləcəyi günlük plan hazırlaya bilər. Gündəlik planını görünən bir yerə asa  bilər. Beləcə hamiləliyi üçün bir motivasiya yaradaraq mənfi prosesləri həyatından daha asan çıxarda bilər. Planında necə qidalanmalı olduğu, həkiminin məsləhətləri, kitab-jurnal oxumaq saatları, həkiminin məsləhət gördüyü idman fəaliyyətləri və ünsiyyət zamanı zövq ala biləcəyi insanlarla görüşləri qeyd edə bilər.
Analıq, körpə sağlamlığı, inkişafı və psixologiyası ilə bağlı etibarlı mənbələrdən məlumatlar əldə edə bilər. Bu məlumatlar körpə doğulduqdan sonra ananın işini olduqca asanlaşdırır. Nə vaxt nə etməli olduğunu bilən bir ana narahat olmur, özünə güvənir və beləcə daha az yorulur.  
Həkimin məsləhət gördüyü sakitləşdirici  idman hərəkətləri nizamlı olaraq edilməlidir.
Ana namizədinin hamiləlik müddətində özünə ayırdığı hər gözəl an psixologiyası və sağlam bir hamiləlik müddəti üçün çox əhəmiyyətlidir. Xoşbəxt bir ana namizədi körpəsinin sağlam inkişafına nəzarət etməklə yanaşı, evliliyinin də bu müddət ərzində zərər görməməsi üçün səy göstərməlidir. Çətin keçən hamiləlik müddəti evlilik üçün də riskli ola bilər.  Bu dövrdə yoldaşların bir-birinə verəcəyi hər cür mənəvi dəstək çox əhəmiyyətlidir. Birlikdə edilən xoş söhbətlərə və fəaliyyətlərə xüsusilə diqqət yetirilməlidir.
Ana və ata namizədinin günün müəyyən saatlarında körpələri ilə edəcəyi söhbətlər unudulmamalıdır. Bu söhbətlər körpə qədər ananın psixologiyasını də müsbət təsir edir.
Ana namizədi dəyişən emosialarına diqqət göstərməli, gərginliyinin artdığını hiss etdiyi dövrlərdə özünə daha çox zaman ayırmalıdır.
Digər ana namizədləri ilə  görüşlər təşkil edərək, müvəffəqiyyətli və müsbət hamiləlik əhvalatlarından bəhs edən söhbətlər edə bilər. Mənfi nümunələri dinləməməyə diqqət etməkli, bu mövzuda qarşılaşdığı xəbərlər və televiziya proqramlarından yayınmalıdır. Bu vəziyyət ana namizədinin narahatlıqlarını daha da artıra bilər.
Ana namizədi hər şeyə fikir verən  bir xasiyyətə malikdirsə, yəni evinin nizamına və təmizliyinə çox əhəmiyyət verirsə hamiləlik zamanı bu məsələlərə fasilə verməli olduğunu xatırlamalıdır. Əvvəlcə özünə zaman ayırmalı olduğunu bilməli, özünü yormamalıdır.

 

Redaktə etdi: PURE LOVE

(səs: 0)
Şərhlər: 1
Baxılıb: 5 716
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri