Hamilə qadınların geyimi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 10 533
Səs ver:
(səs: 0)

Qadın hər zaman gözəl və yaraşıqlı görünmək isteyir. Hamiləlik dövründə də qadınların bu istəyi dəyişmir. Bu məqsədlə gələcək analar üçün xüsusi dəb hazırlanıb.

Hamilələr üçün üst geyimi xüsusi qayğı və zövqlə hazırlanır. Model, rəng, furnitur və material seçimi xüsusi əhəmiyyət kəsb edir. Üst geyimi tez çirklənə biləcək parçalardan hazırlanmır. Cins və ya kombinzonlar isə elə tikilməlidir ki, hərəkətdə maneə yaratmasın və qarın nahiyəsinə təzyiq göstərməsin.
Hamilə qadınlar bədən formasına uyğun geyim seçmək üçün bizim məsləhətlərdən faydalana bilərlər.
Boydan hündür olmayan qadınlar tünd rəngli cinslərə üstünlük verməlidirlər. Həmçinin şalvarın balağı bir qədər qısaldılmış da ola bilər. Düzbalaqlı şalvarlar da uyğun gəlir. Bu cür şalvarlar ayaqqabınızın yuxarısına qədər olmalıdır. Cinslər isə dikdabanın başlanğıcına qədər olmalıdır. Ombaları iri olan xanımlar isə tünd rəngli, nisbətən çanaqda olan cinslərə üstünlük verməlidirlər. Arxada iri cibləri olan və qalın cins parçadan hazırlanmış şalvarlar tam məqsədəuyğundur. Bir az dolu olan xanımlar isə nazik, yumşaq parçalı cinsler geyinmelidirler. Şalvarlar enli olmamalı, bədən formasını gizlətməməlidir. Əksinə, bədən formasını büruze verdirecək şalvarlara üstünlük verin.
Vacib meqamlardan biri de ayaqqabı seçimidir. Hamile qadının ayaqqabısı yüngül olmalıdır. Hündürdaban ayaqqabı ise meslehet deyil. Çünki qarın böyüdükce ağırlıq merkezi deyişir. Ona göre de hündürdaban ayaqqabı veziyyeti daha da çetinleşdire biler. Bu aylarda tehlükeli yıxılma halları ile rastlaşa bilersiniz.
Alt paltarına gelince, onlar da enli ve geniş olmalıdır. Eger şort geyinirsinizse, nezere alın ki, göbeyinizi örtsün. Eger nazik-bikiniye üstünlük verirsinizse, böyük ölçüde alın ki, eyninize tam otursun ve qarnınızı sıxmasın. Byusqaltere gelince, o da rahat olmalıdır. Hamilelik zamanı döşler böyüyür buna göre de byusqalter seçimine diqqet yetirin. Sintetik ve berk byusqalterler almayın. Alt paltarları mütleq şekilde pambıqdan olmalıdır.

 

Redakte etdi: PRETTY GİRL

(səs: 0)
Şərhlər: 3
Baxılıb: 10 533
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri