Hamiləlikdə ürək bulanmasına çarə

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 77 315
Səs ver:
(səs: 7)

Hamiləlikdə ürək bulanmasına çarə

 Ana namizədləri körpəsinin olacağını eşitdiyi andan etibarən böyük bir həyəcan və xoşbəxtlik hissi yaşayır. Ancaq bəzən keçirdikləri ürək bulanmalar, halsızlıqlar xoşbəxtliyi kölgədə qoyur. Yaxşı, bəs hamiləlikdə bulanmanı azaltmağın yolu varmı?

Mütəxəssislər hamilələrdə 6 həftədən etibarən körpənin böyümə hormonu dediyimiz Beta HcG hormonu səviyyəsi qanda yüksəldikcə, ürək bulanmaların artdığını deyir. Bunlar, səhər şiddətli şəkildə başlayır və gün içində də təkrarlanan bulanmalar iştahsızlıq, qusma, mədədə yanma halları kimi müşahidə olunur. Bunun səbəbi sürətli kilo itkisi və halsızlıq, yorğunluq, mineral, vitamin çatışmazlıqları ola bilər. Bu vəziyyət ümumiyyətlə, 12 həftəyə qədər davam edir. Bu vaxta qədər bu səbəblərdən kilonun azalması körpəyə ziyan vermir. 12 həftədən sonra isə bulanmalar sona çatır və  körpənin zehni inkişafının başladığı dövrdə ananın qidalanmasında iştah və kilo artımı yaxşılaşır.
İlk üç ay ürək bulanma körpəyə zərər verməsə də ananı narahat edir. Bunun  qarşısını almaq üçün aşağıdakı vasitələri nəzərdən keiçirin:
1. Mütəxəssislər məsləhət görür ki, hamilələr yedikləri hər bir qidanı ağız suyunda yaxşı islanana qədər çeynəsin. Qidaları yaxşı çeynəmədən udmayın.
2. Az duzlu ya duzsuz qoz-fındığı əskik etməyin.
3. Əlinizin altında çovdarlı unundan hazırlanmış suxarılar saxlayın.
4. Yavaş-yavaş fındıq yeyə bilərsiniz.
5. Az duzlu ayran məsləhətlidir.
6. Seçiminiz çox isti və ya çox soyuq olmayan şəkərsiz süd ola bilər.
7.  Şəkərli içkilərdən uzaq olun, bunlar da ürək bulanmanı artıra bilər.
8. Əgər yalnız bulanmanız varsa, mədədə yanma şikayətləriniz yoxdursa, gün ərzində içdiyiniz suyun içinə bir az limon sıxın.
9.  Naringi də bulanma kəsmə xüsusiyyətinə malikdir və eyni şəkildə limon kimi suda içə bilərsiniz. 
10. Bir oturumda yalnız bir qida yemeyə çalışın.
11. Çiy salatlardan istifadə edə bilərsiniz.
12. Yarma da mədə turşusunu yaxşı təsir edir. 
13. Acı olmayan ədviyyatlar, küncüt, kətan toxumu, kəpəkli qidalardan və mədə çəpərinə yapışa biləcək qidalardan uzaq durun.
14. Şorba, ayran, su kimi mayeləri çox içmədən (mədəni çox doldurmağa çalışmayın).
15. Dar paltarlardan, mədəni sıxan geyimlərdən uzaq olun.
(səs: 7)
Şərhlər: 1
Baxılıb: 77 315
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri