Uşaqlıqdan kənar hamiləlik (araşdırma - ekskuziv)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 34 763
Səs ver:
(səs: 3)


Uşaqlıqdan kənar hamiləliyin simptom və əlamətləri. Normal hamiləlik zamanı ,mayalanmış yumurtahüceyrə uşaqlıqda məskən salır,yaxud tibbi dildə desək implantasiya olunur.Yumurtahüceyrə və spermatozoidin mayalanması uşaqlıq borusunda baş verir,bundan sonra isə ,bölünməyə başlayan ziqot,dölün inkişafı üçün hər cür şəraiti olan  uşaqlığa doğru irəliləyir. Lakin mayalanmış yumurtahüceyrə uşaqlıq borularının birində kləngiyərək uşaqlığa düşməyə bilər(uşaqlıqdan kənar hamiləliklərdə  95% hallarda belə olur),bəzən isə,çox nadir hallarda hamiləlik qarın boşluğunda və yumurtalıqda inkişaf edə bilər.

Uşaqlıqdan kənar hamiləliyin səbəbləri: Bu patologiya,uşaqlıq borularında mayalanmış yumurtahüceyrənin uşaqlğa doğru irəliləməsinə maneçilik yaradan bəzi quruluş pozuntuları səbəbindən baş verir.Ən başlıca səbəb-uşaqlıq və onun artımlarının və ya sidik kisəsinin iltihabi xəstəlikləridir.Bundan əlavə,uşaqlıq borularının anadangəlmə anomaliyaları,xoş xassəli şişləri,uşaqlıq borularında icra olunmuş cərrahi əməliyyatlar,endometrioz(uşaqlıq selikli qişasının iltihabi xəstəliyi),eləcə də abortlar və hormonal pozğunluqlar uşaqlıqdan kənar hamiləliyin inkişafına gətirib çıxara bilər.Bütün bu faktorlar uşaqlıq borularının mənfəzinin daralmasına  və peristaltikasının (hərəkətliliyinin) azalmaslna səbəb olur ki,bu da keçiriciliyi pozur. Uşaqlıqdan kənar hamiləliyin əlamətləri. İlk vaxtlar-adi hamiləlik kimi:menstruasiyanın gecikməsi,iştahanın dəyişməsi,ürəkbulanma,qusma,süd vəzlərinin bərkiməsi kimi müşahidə olunur.Bəzən isə qarnın aşağı hissəsində zəif ağrılar olur,buna isə az əhəmiyyət verildiyindən,ağırlaşmamış uşaqlıqdan kənar hamiləliyi(daha dəqiq isə boru hamiləliyini) həkimlər nadir hallarda erkən diaqnostika edirlər.Adətən  bu proses 4-6-cı həftədə sonlanır və bu da müxtəlif şəkildə baş verə bilər.Bəzən Boru Abortu baş verir,bu zaman embrion toxuması uşaqlıq borusu divarına birləşdiyi yerdən qopur ,belə olan vəziyyətdə  embrion uşaqlıq borusunda da qala bilər,qarın boşluğuna da düşə bilər,hər bir halda hamiləlik inkişafı sonlanmış olur. Bir çox hallarda isə uşaqlıq borusu,böyüyən emrionun təzyiqinə davam gətirməyək partlayır. Bu zaman simptomlar daha aşkar olur   ,onlara əhəmiyyət verməmək  mümkün deyil.-Qarnın aşağısında güclü ağrı,ümumi zəiflik,avazıma,tərləmə,bəzən isə bayılma.Borunun partlaması ilə həyati təhlükə törədən massiv qanaxma yaranır.  

Uşaqlıqdan kənar hamiləliyə şübhə varsa nə etməli? İlk öncə,əgər ağrı və qanaxma varsa mütləq Təcili Yardım çağırmaq!Həkim gələnə kimi heç bir tədbir görməmək:ağrıkəsici qəbul etmək,qarına isitqac yaxud buz qoymaq və imalə eləmək olmaz. Uşaqlıq borusunun partlaması və daxili qanaxma ola hallarda təcili cərrahi müdaxilə həyati vacib bir addımdır.Bu zaman,həkimlər  zədələnmiş uşaqlıq borusunu çıxartmaq məcburiyyətində qalırlar,bu qadını yenə hamilə qalmaq və normal yolla uşaq dünyaya gətirməsinə maneçilik törətməz(təbii ki,əgər digər  uşaqlıq borusunun fəaliyyəti normaldırsa). Son zamanlar,boru hamiləliyinin müalicəsində medikamentoz metodlar(dərman müalicəsi) araşdırılır.Ağırlaşmamış boru hamiləliyində borularda plastik əməliyyat da icra olunur.Bu zaman nəinki onun anatomik tamlığı qorunub saxlanılır,eyni zamanda,keçiriciliyə də bərpa olunur.

Uşaqlıqdan kənar hamiləliyə gətirib çıxaran səbəbi aşkar etmədən və aradan qaldırılmasa-onun təkrarlanmasının qaçınılmaz olduğunu unutmamaq çox vacibdir. Uşaqlıqdan kənar hamiləliyin diaqnostikası. Ginekoloq müayinəsi ilə yanaşı ,transvaginal USM(-ötürücünün uşaqlıq yoluna daxil edilməsi ilə)hamiləliyin ikinci həftəsində  diaqnoz qoymağa kömək edəcək Uşaqlıqdan kənar hamiləlikdən qorunma üsulları. İlk növbədə kiçik çanaq orqanlarının iltihabi xəstəliklərini vaxtında müalicə etdirmək.Planlaşdırılmış hamiləlikdən öncə xlamidiya,ureaplazma,mikoplazma və s. Patogen mikrobları aşkara çıxara bilən kompleks müayinələrdən keçmək,analiz vermək lazımdır.Bu analizləri ,qadınla yanaşı,onun həyat yoldaşı da verməlidir. Abort-uşaqlıdan kənar hamiləliyin əsas səbəkarlarından biridir.

Müasir kontrasepsiya üsulları haqqında xatırlatmağa ehtiyac varmı? Uşaqlıqdan kənar hamiləliklə əlaqədar keçirilmiş əmliyyatdan sonrakı reabilitasiya  çox vacibdir və növbəti hamiləliyə bir növ hazırlıqdır.Bu müddət ginekoloqnəzarətində və bir neçə mərhələdə keçir. Mütəxəssislər qeyd edir ki,borularda aparılmış əməliyyatdan sonra hamilə qalmaq üçün yarım il-bir il ən yaxşı müddətdir.

(səs: 3)
Şərhlər: 2
Baxılıb: 34 763
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri