Özəl günlərdə hamiləlik

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 4 699
Səs ver:
(səs: 1)

 

Bir çox qadın adət dövründə cinsi əlaqəyə girsə hamilə qalmayacağını düşünür. Hətta bəzi cütlər bu dövrdə normala görə daha çox cinsi arzu duya bilər.
Vajinal duş ilə hamiləlikdən qorunmaq mümkün mü?
Edilən bir araşdırmaya görə ölkəmizdə hər 100 qadından 10-u adət dövründə yoldaşıyla cinsi əlaqəyə girir.
Ancaq zənn edildiyinin əksinə bu üsul hamiləliyə qarşı qəti bir həll deyil. Bunun ən əhəmiyyətli səbəbi isə yumurtlama dövrlərinin dəyişənlik göstərəbilməsidir.

Yumurtlama zamanı
Çox qadın iki adət dövrü arasında yumurtlayar və bu da qadının bilinən ən verimli dövrüdür. Ancaq edilən araşdırmalara görə bəzən vaxtsız yumurtlamalar da reallaşa bilər.
Vajinada ibarət olan hər qanama adət qanaması deyil və yumurtlama dövründə yaranan bənzər bir vajinal qanama asanlıqla adət qanamasıyla qarışdırıla bilər.
Görəsən Hamiləyəm?
Adət dövründə olduğuna güvənərək cinsi əlaqəyə girən bir qadının isə belə bir vəziyyətdə hamilə qalma ehtimalı olduqca yüksəkdir.
Vaxtsız yumurtlamalar bəzən adət dövrü sona çatmadan və ya dərhal adət dövrünü təqib edən bir neçə gün içində də reallaşa bilər. Hər iki vəziyyətdə də hamilə qalma ehtimalı mövcuddur.

Təhlükəsi var mı?
Adət dövründə cinsi birləşmə yaşanması doğum idarəsi üçün etibarlı bir üsul deyil ancaq gigiyenaya diqqət edildiyi müddətcə bu dövrdə əlaqəyə girilməsinin elmi bir qorxusu yoxdur.
Ancaq bu dövrün qadın üçün olduqca həssas bir zaman olduğu göz ardı edilməməlidir. Adam vaginal yolla yoluxan infeksiyalara qarşı daha meyllidir və diqqət edilməzsə daha sonra ciddi problemlərlə qarşılaşa bilər.
Ayrıca cinsi əlaqənin rəhm üzərində yaradacağı təzyiq də adət qanamasının artmasına səbəb ola bilər. Belə bir vəziyyətdə yenə cinsi əlaqədən qaçınmaq faydalı olacaq.

Tərcümə etdi:Sadəcə Mən

 

(səs: 1)
Şərhlər: 3
Baxılıb: 4 699
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri