Hamilə olduğunuzun deməyin ən əyləncəli yolları

Müəllif: Pure Love
Şərhlər: 2
Baxılıb: 4 748
Səs ver:
(səs: 4)
Hamiləlik şübhəsiz ki həyatınızda aldığınız ən gözəl xəbərlərdən biridir. Yaxşı  bunu sevdiklərinizlə necə paylaşacağınızı bilirsinizmi?
Əgər yoldaşınız ya da ailəniz uzaqdadırsa bunu necə paylaşmalı? Ən gözəl hamiləyəm sürprizi necə edilər? Hamilə olduğunuzu söyləmənin ən əyləncəli yolu nədir?
Gəlin birlikdə hamilə olduğunuzu söyləmənin ən əyləncəli yollarını tapaq!
"Hamiləyəm!" deməyin ən əyləncəli yolları
Hamilə olduğunuzu yeni öyrəndiyiniz zaman yanınızda yoldaşınız yoxsa o halda ona bir sürpriz etmənin tam zamanı! Bunu əyləncəli bir şəkildə izah etmək üçün axşam yeməyinə 3 dənə qab qoymağa nə deyərsiniz?
Hamilə olduğunuzu öyrəndiyiniz zaman evə gedərkən bir körpə oyuncağı alın və bunu yataqda yoldaşınızın yatdığı tərəfə saxlayın. İkiniz yatağa girdiyiniz zaman yoldaşınız yorğanı qaldırdığında bu körpə oyuncağını görəcək!
Əgər bütün ailənizə bu xoşbəxt xəbəri vermək istəyirsinizsə o halda hər kəsi bir axşam yeməyinə dəvət edin. Ailə fərdlərinə vermək üçün üzərində "ata, əmi, dayı, bibi, xala, nənə, ata tərəfdən nənə…." kimi yazılı olan tişörtler yazdırın və bunları yeməkdən sonra hər kəsə verin! Buraxın hər kəs tişörtü oxuyaraq bu xoşbəxt anı sizinlə paylaşsın.
Əgər hamilə olduğunuzu dərhal paylaşmaq istəyirsinizsə ultrason fotoşəkilini də yoldaşınıza ya da ailənizə göndərə bilərsiniz. Bu ən praktik və əyləncəli yollardan biridir.
Ailə fərdlərini bir yerə topladığınız bir zamanda fotoaparatı hazırlayın və hər kəsi əhatə edəcək şəkildə bir yerə yerləşdirin. Daha sonra "Mən Hamileyimmm!" deyə qışqırın. Buraxın o təəccüblik  anı fotoşəkil albomunuzun ilk kadrını bəzəsin!
Tərcümə etdi: Aytən Mələk
(səs: 4)
Şərhlər: 2
Baxılıb: 4 748
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri