Hamilə Qala Bilmirsiniz?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 8 863
Səs ver:
(səs: 7)

 Nə üçün hamilə qala bilmirəm?

Uzun zamandır ki, hamilə qalmağa çalışırsıznız və uğursuz olur. Artıq özünüzə sual verirsiniz  ki, problem nədir? Axı nə qaydasında deyil? Nə etməliyəm? Bu kimi suallar sizi narahat edir. İndi isə uzun zamandır hamilə qalmağa çalışıb uğursuzluqla qarşılaşan cütlüklərin bu suallarına cavab verək.

Uzun zaman cəhd edib, lakin hamilə qala bilməyən insanların ilk düşündükləri sonsuzluqdur. Sonsuzluq və onun səbəblərini Sonsuzluq bölməsində ətraflı izah etdik. Lakin, burada da qısa demək lazım gələrsə, bir illik qorunmasın cinsi əlaqə nəticəsində hamiləlik əldə edilməyibsə sonsuzluq ilk sonsuzluğun əlamətləridir. əlbəttə, yaşınız 35-dən yuxarıdırsa bu müddəti 6 ay olaraq nəzərdə tutun.


Nə zaman həkimə müraciət etməliyəm?

Yuxarıda da qeyd etdiyimiz kimi yaşınız 35-dən aşağıdırsa və bir illik sınaq nəticəsində hamilə qala bilməmişsinizsə, həkimə müraciət etməyinizi tövsiyə edirik. əlbəttə ki, uşaq dünyaya gətirməyinizə mənfi təsir edən probleminiz  və ya bundan əvvəl keçirdiyiniz xəstəlik olubsa bu müddəti gözləmədən həkimə müraciət etməlisiniz. Aşağıda qeyd etdiyimiz problemlərdən hər hansı biri sizdə varsa mütləq həkimə müraciət edin:


Aybaşı pozğunluğunuz varmı?

Aybaşınızda olan pozğunluq ilkin sonsuzluq göstəricilərindən biridir. Aybaşınız 24 gündən az və ya 35 gündən artıq müddətdə təkrarlanırsa bu qaydasız siklus mayalanma ilə bağlı problemlərin ən mühümüdür. Bu halda vaxt itirmədən həkimə müraciət etməlisiniz.


Aybaşı qanaxmaları nə qədər olur, qanaxma zamanı laxtalanma olurmu?

Normal aybaşı qanaxması 3-7 gün arasıdır. Lakin, aybaşı qanaxması çox az olursa və ya lap çox olursa həkimə müraciət etməlisiniz. Yenə aybaşı qanaxmaları hər ay rəng, müddət və çoxluq baxımından fərqli olursa və qanaxmalar zamanı ağır qıc olma baş verirsə bu dünyaya uşaq gətirməklə bağlı probleminiz ola biləcəyini göstərir.


Neçə yaşınız var?

Bundan əvvəl də qeyd etdiyimiz kimi hamilə qalmaq üçün ən mühüm faktorlardan biri yaş faktorudur. Əgər, yaşınız 35-dən yuxarıdırsa bu zaman daha gənc qadınlarla müqayisədə hamiləlik şansınız aşağı olar. Əgər yaşınız 35-dən yuxarıdırsa və 6 ay qorunmasız şəkildə cinsi əlaqədə olmusunuz və hamilə qala bilməmisinizsə bu zaman həkimə müraciət etməlisiniz.

(səs: 7)
Şərhlər: 2
Baxılıb: 8 863
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri