Xarici hamiləlik

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 9 206
Səs ver:
(səs: 3)
Xarici hamiləlik mayalanmış yumurtanın uşaqlıqdan kənarda hər hansı bir yerdə yerləşərək böyüməyə başlamasıdır. Əsasən yerləşdikləri yer borulardır. Digər yerlər isə yumurtalıqlar, uşaqlıq yolu, qarın daxili və daha əvvəl kesar əməliyyatı ilə doğuş keçirən qadınların əməliyyat nahiyyələridir. Xarici hamiləlik ana üçün həyati təhlükə kəsb edir. Bu səbəblə dərhal cərrahi müdaxilə zərurəti meydana gəlir.

Xarici hamiləliyə səbəb olan faktorlar nələrdir?

-   Siqaret çəkmək;

-   Yuxarı yaşlarda hamilə qalmaq;

-   Bundan əvvəl kesar əməliyyatı ilə doğuş keçirmək;

-   Bundan əvvəl xarici hamiləlik yaşamaq;

-   Bundan əvvəl bətndaxili əməliyyat keçirmək;

-   Sonsuzluğa qarşı müalicə almaq;

-   Cinsi yolla keçən xəstəlik keçirmək xarici hamiləliyə səbəb ola bilər.

Xarici hamiləliyin göstəriciləri nədir?

Xarici hamiləliyin bir neçə göstəricisi vardır. İlk əvvəl xarici hamiləliyin göstəriciləri müəyyən olunmur və normal hamiləlik kimi aybaşı gecikməsi və digər şikayətlər meydana gəlir. Lakin, getdikcə qarının aşağı hissəsinin alt  tərəfində ağrı başlayır və nizamsız qanaxmalar başlayır.

Boruların yırtılması və qarın boşluğunda qanaxmanın başlaması ilə ağrılar şiddətlənir, təzyiqin düşməsi ilə əlaqədar baş gicəllənməsi və ürək getməsi kimi hallar ola bilir.  Qan analizi və ultrasəs müayinəsi ilə həkiminiz xarici hamiləliyi müəyyən edə bilər. Hamiləliyin uşaqlıqda və ya kənarda olması ultrasəs müayinəsi vasitəsi ilə müəyyən edilir.

Xarici hamiləliyin müalicəsi necə həyata keçirilir?

Xarici hamiləliyin göstəriciləri əvvəlcədən müəyyən edilərsə, yəni boru yırtılaraq daxili qanaxma başlamazdan əvvəl diaqnoz qoyularsa, bu zaman müxtəlif dərmanlarla bunun müalicəsi mümkündür. Xarici hamiləlik irəliləmişdirsə cərrahi müdaxilə vasitəsi ilə müalicə olunmalıdır. Cərrahi müdaxilə zamanı ya boru götürülür, ya da boru götürülmədən içərisindəki xarici hamiləlik kisəsi çıxarılır. Beləliklə boru qorunmuş sayılır.

Xarici hamiləlikdən sonra yenidən hamilə qalmaq mümkündürmü?

Xarici hamiləlik keçirmiş qadın yenidən hamilə qala bilər. Lakin, azda olsa yenidən xarici hamiləlik ehtimalı vardır. Əsasən, müalicədən sonra boru açıq qalacaqdır və 60% nisbətində uşaq dünyaya gətirmə şansınız olacaqdır. Bununla yanaşı, sonsuzluq testləri və müalicələri bu nisbəti daha da artırır.

(səs: 3)
Şərhlər: 3
Baxılıb: 9 206
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri