Birdən Çox Hamiləlik (Əkizlər və Üçüzlər)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 12 779
Səs ver:
(səs: 3)
Günümüzdə köməkçi artma texnologiyalarının (sonsuzluq, süni mayalanma) inkişafı ilə bərabər birdən çox hamiləlik faizləri də artmışdır. Yuxarı yaşlarda, xüsusilə də, 30-dan yuxarı yaşlarda bir çox hamiləlik ehtimalı daha çox  müşahidə edilir. Aparılan araşdırmalara əsasən, qadın yuxarı yaşda sonsuzluğa qarşı müalicə alırsa bir çox hamiləlik ehtimalı 4% nisbətində müşahidə olunur. Bir övlad sahibi olmaq istəyərkən, iki və daha artıq övlad sahibi olmaq əlbəttə ki, cütlüklər üçün çox  gözəl bir sürpriz olardı, lakin birdən çox hamiləliyin həm hamiləlik üçün, həm dünyaya gələcək körpələr üçün, həm də dölləri bətnində daşıyan ana üçün ciddi riskləri vardır. Bu risklərə bir qədər nəzər salaq:

Birdən çox hamiləlik əsasən iki hissəyə bölünür. Bir yumurta əkizləri və ayrı-ayrı yumurta əkizləri olmaqla iki növ birdən çox hamiləlik vardır.

Bir yumurtadan olan əkizlər

Adından da göründüyü kimi, bir yumurta və bir spermanın mayalanmasından sonra bölünərək meydana gələn, xarici görünüşcə bir-birinə çox oxşayan əkizlər dünyaya gəlir. Bu əkizlərə eyni yumurtadan olan əkizlər deyilir. Eyni yumurtadan olan əkizlərin doğuş faizi dünyanın heç yerində fərqli deyildir və bu nisbət orta hesabla 25%-dir.

Eyni yumurtadan olan əkizlərdə bir amniyon kisəsi və bir plesanta vardır. Embrionların hər biri genetik cəhətdən eynidir, yəni əkizlərin hər biri genetik cəhətdən eynidir. Aparılan araşdırmalara əsasən, xarici görünüşləri və cinsləri hər zaman eyni olur. Hətta, IQ səviyyələri, qan qrupları və demək olar ki, dünya görüşləri eyni olur. Müxtəlif təbiət amilləri və fərqli qidalanma şəkilləri irəliləyən zamanlarda kiçik dəyişikliklərə səbəb olur. Bir yumurtadan olan əkizlər genetik cəhətdən eyni olur, lakin barmaq izləri fərqli olur. Barmaq izlərinin müxtəlif olmasına baxmayaraq bir-birinə çox yaxındır.

Müxtəlif yumurtadan olan əkizlər

Ayrı yumurtaların və ayrı spermaların ayrı-ayrılıqda mayalanması nəticəsində dünyaya gələn əkiz uşaqlara müxtəlif yumurtadan olan əkizlər deyilir. Bu zaman əkizlərin hər birinin öz plesentası və hər birinin öz amniyo mayesi olur. Eyni yumurtadan olan əkizlərin əksi olaraq genetik quruluşları fərqli olur. Müxtəlif yumurtadan olan əkizlər fərqli cinsdə dünyaya gələ bilər və bir-birlərinə oxşamaya bilərlər. Eyni yumurtadan olan əkizlərdən fərqli olaraq ayrı yumurtadan olan əkizlərdə daha çox genetik problemlər meydana çıxır.

Birdən çox hamiləlik ehtimalının səbəbləri

  • Ananın yaşı

Yaş artdıqca və hamiləlik sayı artdıqca birdən çox hamiləlik ehtimalı da artır. 35-40 yaşlar arası 4 övlad və ya daha artıq övlada sahib olan qadınlarda 20 yaşlarında olan qadınlara nisbətən birdən çox hamiləlik ehtimalı 3 dəfə artıqdır. Yuxarı yaşlarda sonsuzluğa qarşı müalicə alan qadınlarda birdən çox hamiləlik ehtimalı daha gənc yaşlı qadınlara nisbətən yenə yüksəkdir.

  • Ananın fiziki xüsusiyyətləri

Uzun boylu və daha iri qadınlarda ayrı yumurtadan olan əkizlər xırda sümüklü və zərif qadınlara nisbətən daha çox müşahidə olunur. Bu fiziki xüsusiyyətlərdən əlavə qidalanmadan da asılı ola bilər. Məsələn, II Dünya Müharibəsində Avropada qida çatışmazlığı səbəbi ilə ayrı yumurtadan olan əkizlərin dünyaya gəlmə nisbəti aşağı düşmüşdür.

  • Doğum üçün olan dərmanlar və artma üçün müalicələr

Xüsusilə süni mayalanma müalicəsi zamanı istifadə olunan (mayalanma müalicəsi və ya supervulyasiya üçün) doğum üçün olan dərmanlar birdən çox hamiləlik ehtimalı artıran səbəblərdən biridir.

Birdən çox hamiləliyin qarşısının alınması

İlk olaraq süni mayalanma müalicəsini həyata keçirən həkim müalicəni həyata keçirdiyi laboratoriyanın hamiləlik nisbətini yaxşı bilməli, laboratoriyanın embrion dondurma texnologiyasının uğurundan əmin olmalı və embrionların qiymətləndirilməsi sahəsində mütəxəssis olmalıdır. Süni mayalanma müalicəsindən əvvəl klinika seçərkən, klinikada əldə edilən hamiləlik faizlərinə nəzər salarkən birdən çox hamilə olmaq nisbətinə də nəzər salmaq görəcəyiniz ilkin tədbirlərdən biridir. Münasib üsullardan istifadə edilərsə, embrion dondurularaq köçürüləcək embrion məhdudlaşdırıla bilər və qalan embrionlar asanlıqla saxlanıla bilər.

(səs: 3)
Şərhlər: 1
Baxılıb: 12 779
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri