Hamiləlik dövründə kilo almamaq üçün nə etməli

Müəllif: Pure Love
Şərhlər: 2
Baxılıb: 23 207
Səs ver:
(səs: 4)
Hamiləlik dövründə kilo idarəsini təmin etmək, sağlam bəslənmək və həddindən artıq kilo alışını önləmək üçün 4 bəslənmə təklifi:
Meyvə tükətini  artırın.
Hamiləlik dövründə bədəninizin kifayət qədər vitamin aldığına əmin olun. Mineral və lif cəhətdən zəngin olan meyvələri bolca istehlak etməyə diqqət edin. Meyvəylə aranız çox yoxsa təzə meyvələri qatıq və balla qarışdıraraq yeyə bilərsiniz.
Dəmir cəhətdən zəngin olan qidalar yeyin.
Hamiləlik dövründə özünüzü halsız hiss etməniz çox normal. Xüsusilə kilo idarənizə diqqət edərək bir hamiləlik dövrü keçirirsinizsə dəmir səviyyənizi qorumanız şərt. Bəslənmə proqramınıza dəmir cəhətdən zəngin tərəvəzlər əlavə edin, iki gündən bir ispanaq yeməyə diqqət edin.Həkim nəzarətində folik turşu möhkəmlətməsi də ala bilirsiniz.
Bol su için
Sağlam bir hamiləlik dövrü keçirmək və kilo idarəsi üçün bol su istehlakı şərt! Su dərini təzə saxlar, erkən doğum riskini və qəbizliyi önləyər, bədəninizdəki zərərli toksinləri çölə atmanızı təmin edər. Ayrıca təzə sıxılmış meyvə sularını da gündəlik bəslənmə proqramınıza əlavə edə bilərsiniz.
Zülallı qidalar istehlak edin
Hamiləlik müddətini həddindən artıq kilo almadan keçirmək istəyirsinizsə, bəslənmənizi zülal üzərinə qurmalısınız. Paxla, göy noxud, balıq, toyuq və yağsız ətlər istehlak etməniz həm sağlam bəslənərək həddindən artıq kilo almanıza səbəb olmaz həm də hipertansiyon və eklampsi deyilən hamiləlik zəhərlənməsi riskini azaldar.
Tərcümə etdi:Aytən Mələk
(səs: 4)
Şərhlər: 2
Baxılıb: 23 207
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri